Oxatan.com » » Facebook sosial şəbəkəsi azərbaycan dilinə tərcümə olunur

İyul 14

: Facebook sosial şəbəkəsi azərbaycan dilinə tərcümə olunur

Ustune dinqildat.

Mincom.gov.az `dan belə bir məlumat əldə etdimki dünyanın ən papulyar sosial şəbəkələrindən olan Facebook Azərbaycan dilinə tərcümə olunur. Əvvəla xəbəri oxuyun:

Facebook – ümumdünya sosial şəbəkəsi azərbaycan dilinə tərcümə olunur.
Bu bərədə məlumat verən, könüllü tərcüməçilərdən biri Turxan Kərimov qeyd edib ki, hazırda bütün saytın tərcümə işləri başa çatmaq üzrədir. Şəbəkənin azərbaycan dilinə tərcüməsi nəticəsində saytda, ingilis dilini bilməyən azərbaycanlı istifadəçilərinin sayı artacaq, 1news yazır. Qeyd edək ki, hazırda Facebook-un dəstəklədiyi dillərin sayı 17-yə çatıb.
2004-cü ildən fəaliyyət göstərən Facebook sosial şəbəkəsi uzun zaman MySpace-dən sonra qlobal şəbəkədə istifadəçi sayına ikinci yerdə olub. Lakin cari ilin aprel ayında hər iki resursun istifadəçi sayı bərabər, yəni 115 milyon istifadəçi təşkil edib.


Ancaq niyəsə xəbər mənə bir az qeyri ciddi təsiri bağışladı. Əvvəla şəbəkənin rus dilli versiyası çox yaxın zamandırki hazır olubdu. Yəni Rusiya kimi, rus dili kimi böyük auditoriyanı belə gec nəzər alan Facebook, Azərbaycan dilini çətin bu tezliklə nəzərə ala. Xəbərdən də görsənirki bunu istifadəçilər tərcümə eləyib yollayacaqlarki saytda yerləşdirsinlər. Ancaq inanılası deyilki Facebook kimi bir şirkət dili redaktə etmədən, mütəxəsislərə göstərmədən saytda yerləşdirsin. Mən də inanmıramki, Azərbaycan dili üzrə onlarda mütəxəsis ola. Yəni yəqinki Facebook`u yaxın zamanlarda Azərbaycan dilində görməyəcəyik.


Subscribe      Qaynaq - Oxatan.

Tags: facebook social network sosial şəbəkə shebeke

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Facebook öz şəbəkəsinin rus dilli versiyasın& ...
  • MySpace sosial şəbəkəsi dizaynı dəyişib
  • Facebook türk dilli versiyasını rəsmi olaraq iş ...
  • Şəbəkənin 68% sosial şəbəkələr ...
  • Facebook texniki direktorunu itirdi
  • #1 yazdı: Ramin




    Qrup: İstifadəçi
    Qeydiyyat: 23.04.2008
    Maraqlı xəbərdir... daha doğrusu sizin bu barədə fikirləriniz maraqlı oldu. Təbii ki, hər xəbərə, onu analiz etmədən, inanmaq olmaz, burda sizinlə tamamiylə razıyam. Xəbərnamədə, buna oxşar xəbər var, amma, bunu da ora göndərəcəyəm, əgər etiraz etmirsinizsə.


    --------------------
       

    #2 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Ramin,

    əlbəttə etiraz etmirik. bunu da göndərə bilərsiniz...


       

    #3 yazdı: Memmed Emin




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    nese mende inanmiram buna..
       

    #4 yazdı: LagLagi




    Qrup: İstifadəçi
    Qeydiyyat: 16.07.2008
    Mən inanıram. inşallah baş tutar.
       

    #5 yazdı: Farhad




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Facebook-dan istifadə etməyənləri bunun qəti əleyhinə çıxmaqları düzgün deyil. Çünki dəqiq bir fikir yazmaqçün gərək Facebook-un istifadəçisi olmaq lazımdı. Facebook-da kim necə gəldi tərcümə etmir. Burada hər bir sözü bir neçə istifadəçi tərcümə etdikdən sonra bütün istifadəçilər hansı söz düzgündüsə həmin sözə səs verirlər. Yə`ni ən çox səs toplayan düzgün tərcümə olunmuş söz tərcümə üçün nəzərə alınaraq seçilir. Bu prosses bütün işin yalnız 1, 2%-ni təşkil edir. Yə`ni bu asan bir iş deyil, və ya qeyri-ciddi yanaşılmır buna.
       

    #6 yazdı: Private




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Çox yaxşı olardı.İşlərinizdə ugurlar.
       

    #7 yazdı: Ejder




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Men artiq Azerice Isledirem, bezi kelimelerin tercumesinde de komek etmisem.


    Yeni herkese aciqdi, dili bilenler tercumeye komek ede bilerler.

    http://www.facebook.com/translations/?app=1

    http://www.facebook.com/invite.php?ref_lang=az_AZ
       

    Məlumat


    "Ãîñòè" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!