Oxatan.com » Xəbərlərin siyahısı 10.07.2008

İyul 10

Oxatan.comGoogle üçölçülü sosial şəbəkə istifadəyə verib.
Google axtarış sisteminin rəsmi bloqunda, şirkətin personajları hərəkət edən, üçölçülü sosial şəbəkənin istifadəyə verməsi haqda deyilir. Yeni məhsul Lively adlanır və bir çox cəhəti ilə Second Life oynunu xatırladır. Lakin oyundan fərqli olaraq, müvafiq plaqini qurduqdan sonra o, brauzerdə birbaşa işə düşür.

Lively istifadəçilərinə özlərinin üçölçülü hərəkət edən personajlarını yaratmağa təklif olunur. Personajın cinsini, üz cizgilərini, saç düzümünü və geyimini seçmək olar. Personajı seçdikdən sonra, adi sosial şəbəkə səhifəsinin analoqu olan özünüzün virtual otağınızı tərtib etməlisiniz.

Otaq üçün, müxtəlif növ interyer əşyalarını əlavə etməyə mümkün olan bir neçə şablon nəzərdə tutulub. Məsələn YouTube videogörüntüsünü göstərən televizor, mebel və ya fotoşəkilli çərçəvələr.

Kataloqun köməyi ilə, müxtəlif iştirakçıların otaqlarını gəzmək mümkündür. Otaqların içində ünsiyyət zamanı, hər bir dialoq iştirakçısının yanında komikslərdə olduğu kimi, şərhli “qabarcıq” peyda olur.

İstənilən sosial şəbəkədə olduğu kimi, Lively şəbəkəsindədə dost tapmaq olar. Bundan ötrü istifadəçiləri öz otağınıza dəvət etmək kifayətdir. Lively yaradıcıları, üçölçülü hərəkətli sosial şəbəkənin – “iş vaxtınızın 20%-ni şəxsi layihələrinizə xərcləyə bilərsiniz” – şüarını əsas tutan, Google şirkətinin fəaliyyət prinsipləri sayəsində, onların şəxsi təşəbbüslərilə hazırlandığını qeyd ediblər. Hazırda Lively sosial şəbəkəsini ancaq Microsoft Internet Explorer və Mozilla Firefox brauzerləri dəstəkləyirlər.



Google XML dilinin əvəzedicisini təklif edib.
Oxatan.comInformationWeek nəşrinin yazdığına görə, 7 iyul tarixində Google şirkəti bütün istəyənlərə, hamı tərəfindən qəbul olunmuş XML əvəzinə, verilənləri daha effektiv təsvir edən Protocol Buffers dilindən istifadə etməyə təklif edib. Protocol Buffers formatındakı məlumatlar faylı, XML fayllarından 3-10 dəfə kiçikdir və məlumatların çeşidlənməsi 20-100 dəfə sürətli olur.

XML-dən fərqli olaraq, Protocol Buffer formatı istifadəçi tərəfindən oxunmaq üçün nəzərdə tutulmayıb. Bundan əlavə, verilənlərin anlaşılması üçün .proto-fayl lazımdır. Protocol Buffers formatı 2001-ci ildə hazırlanılıb və praktiki olaraq Google tərəfindən, strukturlaşdırılmış informasiyanın saxlanılması lazım olan hər yerdə istifadə olunur. Öncə o, axtarış indeksinin yerləşdiyi serverlərin sorğu və cavablarının formalaşdırılması üçün hazırlanmışdır.




Google əməkdaşlarının özəl məlumatlarını itirib.
Oxatan.comGoolge şirkətinin hüquqşünası Levis Siqal tərəfindən baş prokuror Nyu-Gemprişə ünvanlanmış məktubuna əsaslanaraq InformationWeek nəşri, Google internet-şirkətinin əməkdaşları haqda məlumatların ötən ay itirilməsi barədə xəbər verib. Axtarış-sistemi əməkdaşlarına məxsus şəxsi informasiyalar, personalın idarə olunmasında Google-a xidmət göstərən Colt Express Outsourcing Services şirkətinin ofisindən oğurlanmış kompüterlərdə saxlanılırdı.
Oxşar məktubu axtarış-sisteminin zərər çəkmiş əməkdaşlarıda alıblar. Colt Express Outsourcing Services şirkətinə məxsus kompüterlərin yaddaşında, əməkdaşın adı, soy adı və doğum tarixi, sosial sığorta kartının nömrəsi, sürücü vəsiqəsi və bank kartının nömrəsi kimi məlumatlar saxlanılıb.
Google nümayəndələri qeyd edirlər ki, hələki ziyankarlar tərəfindən oğurlanmış məlumatlar istifadə olunmayıb. Oğurlanmış kompüterlərdə saxlanılan məlumatlar, Google şirkətinin 31 dekabr 2005-ci ilə dək bütün keçmiş və işə qəbul olunmuş indiki əməkdaşlarına aiddir.
Kompüterlər Express Outsourcing Services şirkətinin, Kaliforniyanın Uolnat Krik şəhərində yerləşən ofisindən 26 may tarixində oğurlanılıb. Google əməkdaşlarına məxsus məlumatlardan əlavə, oğurlanmış kompüterlərdə Avant Corp, Bebe, CBS, CNET Networks, Ebara Technologies və Punahou School kimi şirkətlərin işçilərinə aid informasiyalar da olub.

Tags:

İyul 10

Ustune dinqildat.

Təhqiqatlar aparan Net Applications şirkəti maraqlı məlumatlar təqdim edib. Sən demə, hamı tərəfindən yaxşı tanınan Windows Vista əməliyyat sistemi, bütün dünya kompüterlərinin 16.14 faizində qurlaşdırılıb.
Bu göstərici yeni istifadəyə verilmiş əməliyyat sistemi üçün heç də pis deyil. Lakin bu rəqəm, sözügedən əməliyyat sisteminin yayılması üçün şirkətin göstərdiyi səylər qarşısında müqaisə edilməz dərəcədə azdır. Özünüz müqaisə edin – liderliyi hamı tərəfindən sevilmiş, planetimizin 71.2% kompüterlərini əsarəti altında saxlayan Windows XP əməliyyat sistemi edir.
Çoxlarının unutduğu, 2.11% kompüterin əməliyyat sistemi olan Windows 2000 hələdə mövcudluğunu davam etdirir. Softver nəhəngi ilə apardığı mübarizəyə baxmayaraq, Linux əməliyyat sistemi sevənlərin sayı 1 faizə çatmır. Onların miqdarı çox sadə – 0.88% rəqəmi ilə kifayətlənir. Gözlənilməz olsa da, lakin faktdır ki – Aplle tərəfindən hazırlanan əməliyyat sistemlərinin populyarlığı artmaqda davam edir. İndi bu göstərici ümumi bazarın 7.94 faizini təşkil edir.

Tags:

İyul 10

Ustune dinqildat.

ZDNet yazır ki, bir neçə iri İT-korporasiyaları, həmçinin Microsoft, Sun və Cisco, əlaqəli olaraq, domen adları internet-ünvanının uyğun olmasına cavab verən DNS sistemdə aşkar olunan ciddi zəifliyi aradan qaldıran patç hazırlayıblar. Zəiflikdən istifadə edən ziyankarlar, trafiki istənilən veb-ünvandan öz serverlərinə yönəldə bilərdilər.
DNS-də mövcud olan səhfi, yarım il bundan öncə, IOActive şirkətinin təhlükəsizlik üzrə mütəxəssisi Den Kaminski açkar edib. O, bu barədə informasiyanı birbaşa olaraq aidiyyatı olan şirkətlərə ötürmək qərarına gəlib və müzakirə zamanı sinxron olaraq patç hazırlamağa xahiş edib.
Kaminskinin sözlərinə görə, ziyankar, 0-65000-ə dək olan təsadüfi identifikasiyalaşdırılmış nömrəni tapa bilər və serverin cavabını saxtalaşdıra bilər. Məsələn, bu halda istifadəçi bankın və ya internet-mağazanın saxta serverinə düşür.
Düzəlişdən sonra idendifikasiyalaşmış nömrəni demək olar ki, tapmaq mümkün olmayacaq. Öz DNS-serverinizi, DNS Cache Poisoning adını almış zəifliyin olub-olmamasına görə doxpara.com ünvanında yoxlaya bilərsiniz. Fərdi kompüterlərin çoxsunun, DNS Cache Poisoning zəifliyindən 30 gün ərzində avtomatik qorunması gözlənilir.