Oxatan.com » Xəbərlərin siyahısı 27.06.2008

İyun 27

Ustune dinqildat.

Reuters agentliyinin verdiyi xəbərə görə, Google axtarış sistemi Microsoft şirkətini amerikanın ən şöhrətli şirkətləri siyahısında qabağlayıb. Bu məlumatlar Harris Interactive araşdırmalarında qeyd olunur. Cari il reytinqdə Google birinci yeri tutub (2007-ci ildə yalnız 4-cü yeri), lakin Microsoft isə birinci yerdən doqquzuncu yerə düşüb. Ötən il olduğu kimi, 2008-ci ildə tərtib olunan siyahıda ikinci yeri, kosmetika və Johnson & Johnson evi üçün malların istehsalçısı tutub. Üçüncu yer İntel şirkətinə nəsib olub (2007-ci ildə bu şirkət 16-cı yerdə olub).
Onluğa həmçinin hazır qida məhsullarının istehsalçısı General Mills, peçenye və şokolad istehsalçısı Kraft Foods, Uorren Baffetə məxsus Berkshire Hathaway səhmdar fondu, 3M korporasiyası, Coca-Cola və Honda şirkətləri də daxil olublar. Reytinqə cəmi 60 şirkət düşüb.
Qeyd etməyə dəyər ki, cari ilin iyun ayının əvvəlində, dünyanın ən iri 600 korporasiyaları arasında daha yüksək şöhrəti olanların siyahısında Google şirkəti ikinci yer tutub.
Lider həmin vaxt yaponiyanın Toyota avtokonserni olmuşdur. Amerikanın Reputation Institute təşkilatı tərəfindən tərtib olunmuş siyahı, 27 ölkədə sorğuda iştirak etmiş 60 min insanların rəyinə əsaslanır.

Tags:

İyun 27

Ustune dinqildat.

Dünyada ən böyük sosial şəbəkələrindən biri olan MySpace, iyunun 18-də dizaynını dəyişərək daha sadə və anlaşılan olub. Resursun yeni görkəmi şəbəkənin bütün regional saytlarına aiddir. Sosial şəbəkəyə reklamdan xeyli gəlir gətirəcək yeni dizayn üzərində MySpace əməkdaşları yarım il çalışıblar.

Əvvəllər MySpace sosial şəbəkəsinin dizaynı olduqca tez-tez tənqid mövzusu olurdu. Təhlilçilər örnək olaraq ciddi dizayn kimi MySpace-in əzəli rəqibi Facebook sosial şəbəkəsini gətirirdilər. Bununla onlar Facebook sosial şəbəkəsinin daha sürətli artımını izah edirdilər.

Uzun müddət MySpace dünyanın ən böyük sosial şəbəkəsi sayılıb. Lakin, ComScore-nin verdiyi məlumata əsasən 2008-ci ilin aprelində aylıq ziyarətin sayına görə Facebook şəbəkəsi MySpace-ni geridə qoyub. Həmin ay hər bir şəbəkənin auditoriya sayı 115 milyon insan təşkil etmişdir.

Tags:

İyun 27

Ustune dinqildat.

Facebook sosial şəbəkəsinin rus dilli versiyası fəaliyyətə başlayıb. Bu barədə sabah, iyun ayının 19-da rəsmi elan ediləcək. Belə ki, rus dilli versiyanın yaradılması nəticəsində Facebook-un dəstəklədiyi dillərin sayı 17-yə çatıb.
2004-cü ildən fəaliyyət göstərən Facebook sosial şəbəkəsi uzun zaman MySpace-dən sonra qlobal şəbəkədə istifadəçi sayına görə ikinci yerdə olub. Lakin cari ilin aprel ayında hər iki resursun istifadəçi sayı bərabər, yəni 115 milyon istifadəçi təşkil edib, Lenta yazır.
Qeyd edək ki, MySpace sosial şəbəkəsinin rus dilli versiyası 2008-ci ilin yanvar ayından fəaliyyət göstərir.

Tags:

İyun 27

Ustune dinqildat.

Yahoo! ilə təkrar danışıqlar zamanı Microsoft korporasiyası şirkətin axtarış aktivlərinə görə bir milyard dollar təklif edib.
Yahoo!-nu əldə etməklə yanaşı Microsoft korporasiyası şirkətə 8 milyard dollar qoymaq niyyətində idi. Microsoft korporasiyasının Yahoo! şirkətinə etdiyi təklifdə axtarış sahəsində uzunmüddətli əməkdaşlıq nəzərdə tutmuş idi.
Uğursuz danışıqlardan bir neçə saat keçdikdən sonra Yahoo! şirkəti Google-la arasında əldə olunmuş razılıq haqda bəyan edib. Axtarış sisteminə ildə 800 milyon dollar gətirəcək bu sazişdə, Google reklam texologiyalarının Yahoo! səhifələrində istifadə olunmasını nəzərdə tutub.
Yahoo! şirkətinə 40 milyard dollardan çox pul təklif edən Microsoft korporasiyası bir neçə ay müddətində onu əldə etmək istəkləri uğursuz alınıb.
Sonralar Yahoo! səhmdarları axtarış sisteminin top-menecerlərini sazişin pozulmasında günahladırılar. Bu səbəbdən onlar səhmdarların növbəti toplantısında Yahoo! direktorlar şurasının tərkibini istefaya göndərməyə çalışacaqlar.

Tags: