Oxatan.com » Xəbərlərin siyahısı 08.06.2008

İyun 08

Ustune dinqildat.

Yeni(dən) fəaliyyətə başlamış bloglarımızdan birində ( maklayaq.blogspot.com ) internet saytlarındakı təhlükəsizlik məsələsinə aid bir yazı oxudum və Oxatan istifadəçiləri ilədə paylaşmaq istəyirəm.
Dünyanın qabaqda gələn təhlükəsizlik firmalarından McAfee tərəfindən edilən araşdırmaya görə, internetdə "surf" etmək istəyənlər üçün Hong Konga aid və ".hk" ilə bitən saytlar "ən təhlükəli saytlar" olaraq təyin olundu.
Araşdırmaya görə ".hk" ilə bitən bütün saytların yüzdə 19,15i "istifadəçilər üçün risk faktoru" daşıyır. Çinə aid ".cn" ilə bitən saytların isə yüzdə 11,76-sıı istifadəçilərin fərdi məlumatlarına ya da kompüterlərinə zərər verə biləcək xüsusiyyətdədir.
Çini yüzdə 7,72 ilə Filipin izləyir. Finlandiyənin ".fi" ilə bitən saytları yüzdə 0,05 ilə "ən etibarlı" sahə olarkən onu yüzdə 0,13 nisbət ilə ".jp" ilə bitən Yaponiyaya aid saytlar izləyir. Yaponiyanın ardından 0,15 nisbətlə Norveç gəlir.
McAfee, inkişaf etdirdiyi "SiteAdvisor" texnologiyası ilə 265 ölkədən müxtəlif uzadılmalara sahib təxminən 10 milyon ədəd sıx trafikə sahib saytı araşdırır.
Araşdırmada saytların "adware", "spyware", "virus", "spam", "pop-ups" (avtomatik açılan səhifələr), skaner səhvlərini istifadə etmə ya da digər təhlükəli olaraq xarakterizə edilən saytlara istiqamətləndirilməsini dərəcələndirilir.
McAfeenin araşdırmasına görə keçdiyimiz il cib telefonu melodiyası, ekran qoruyucu kimi ödənişsiz proqram verən saytların böyük hissəsində, proqramların içərisinə gizlənmiş müxtəlif "trojan atları" və viruslar təsbit edildi.

Tags:

İyun 08

Ustune dinqildat.

Runet-də, Yahoo şirkətinin rusiyanın iri axtarış portallarından birini əldə etmək məqsədilə danışıqların aparması barədə şayiələr peyda olub. Çox güman ki, söhbət Yandex portalından gedir.
Maraqlıdır ki, bu yaxınlarda Yandeks İPO-ya çıxmağı haqda bəyan edib. Lakin bu gün şəbəkədə peyda olan şayiələrdə Yahoo-nun Rambler təmsilçiləri ilə görüdüyü deyilir.
Mütəxəssislər hesab edirlər ki, Yandeksin dəyəri minimum 1 milyard dollar təşkil edir. Şirkətin əməkdaşları isə onun dəyərini 5 milyard dollara qiymətləndirirlər.

P.S. Sonrada deyirlərki Yahoo ağır vəziyyətdədir .

Tags:

İyun 08

Ustune dinqildat.

Associated Press agentliyinin verdiyi məlumata əsasən, amerikalı evsiz adam özünü milyaner kimi təqdim edərək, 13 qadından 100 min dollara yaxın pul götürüb.
Çərşənbə günü 50 yaşlı Pol Krüger, dələduzluq və oğurluq faktında günahkar bilinərək məhkəmə qarşısında durub. Belə ki, Krüger gələcək qurbanlarını millionairematch.com milyonerlərlə tanışlıq saytında tapırmış. İnternetə evsiz adam özünün noutbuku vasitəsi ilə daxil olurmuş. Bu fırıldaqçı qadınlara özünü, “Qremmi” mükafatı laureatı və mediamaqnat kimi təqdim edərək, onlardan CD və DVD buraxılması üçün yeni layihənin işə düşməsi məqsədilə maliyyənin lazım olduğu bildirmişdir. Düzgünlüyünü sübüta yetirmək üçün Krüger gələcək səhmdarlına özünün mövcud olmayan biznesinin gəlirləri haqda hesabatı göstərirmiş.
Aldanılmış qadınlar “mediamaqnata”, onun keçmiş həyat yoldaşının ünvanına qəbzlər gödərmişdilər. Keçmiş həyat yoldaşının cinayətkarla əlbir olması haqda məlumat yoxdur.
Polis Krügeri həbs edərkən, onun cibində cəmi 1 dollar 28 sent pul var imiş. Əldə etdiyi pulları evsiz adam əyləncəli oyunlara xərcləyib.

Tags: