Oxatan.com » Xəbərlərin siyahısı 30.05.2008

May 30

Ustune dinqildat.

Açıq brauzer istehsalçısı Firefox Mozilla Corporation şirkəti Ginnesin rekordlar kitabına düşmək niyyətindədir. Firefox 3 versiyası işıq üzü gördükdən dərhal sonra, ilk 24 saat ərzində istifadəçilər tərəfindən yüklənilməsini müəyyən etmək üçün şirkətin Kaliforniyadakı ofisinə komitənin nümayəndələri gələcəklər. Bu günə rekordlar kitabında “Yükləmənin sürəti və miqdarı” adlı kateqoriya mövcud deyil, lakin iyun relizindən sonra əlavə oluna bilər.
Mozillada deyirlər ki, relizdən sonra ilk sutkalar ərzində yükləmənin miqdarı 1.6 milyon təşkil etməlidir, ancaq bu rəqəm 5 milyonadək arta bilər. Xatırladaq ki, açıq brauzerin final relizi 2008-ci ilin iyun ayının ortalarına planlaşdırılıb. Bu günə brauzerin sonuncu versiyası Firefox 3 Release Candidate 1 (RC1) sayılır. Bundan əlavə Mozilla korporasiyasında deyirlər ki, ilk gündə 175 milyon nəfər Spread Firefox saytında Firefox 3 məhsulunu əldə etmək istədiklərini bildiriblər.

Tags:

May 30

Ustune dinqildat.

Yahoo! şirkətinin baş direktoru Cerri Yanqın, D: All Things Digital konfransında etdiyi bəyanata əsasən, BBC News xəbər verir ki, Yahoo! Microsoft korporasiyası ilə mümkün olan partnyorluq sazişi haqda müzakirələri davam etdirir. Yanq rəhbərlik etdiyi şirkətlə Microsoft arasında əməkdaşlıq barədə danışıqların olmasını təsdiq edib və bu dəfə söhbətin korporasiya tərəfindən Yahoo! axtarış sisteminin alınması haqda getmədiyini vurğulayaraq dəqiqləşdirib.
Həmçinin Yahoo! şirkətinin baş direktoru qeyd edib ki, korporasiyası tərəfindən şirkətin alınmasına prinsipial olaraq etiraz etmədikləri halda Microsoft bu təklifini geri götürüb. Olunan təklifdə yalnız qiymət qane etməyib.
Xatırladaq ki, Yahoo! axtarış sistemini əldə etmək niyyətində olan Microsoft korporasiyası, 2008-ci il yanvarın 31-də 44.6 milyarda dollar təklif edib. Bu rəqəm öz növbəsində həmin vaxt Yahoo!-nun bazar qiymətindən 62% çox idi. Lakin bir neçə ay sürən danışıqlar nəticəsində tərəflər razılığa gəlmədiklər və bu saziş baş tutmadı.

Tags: