May 08
May 08
Filmlərdən nələr var?
May 08
Namaz vaxtı
May 08
“Yandex” dünyanın ən bahalı 25 startapı arasında
Müxtəlif mütəxəssislərin rəyi əsasında Silicon Alley nəşri, dünyanın ən
bahalı 25 startapının siyahısını hazırlayıb. Russiyanın “Yandex”
axtarış sistemi siyahıda 6-cı yerdə qərarlaşıb. Silicon Alley Insider
analitiklərinin hesablamalarına görə, onun dəyəri 3 milyard dollar
təşkil edib.
Siyahıda birinci yeri Facebook sosial şəbəkəsi tutub. O, 9 milyard dollara dəyərləndirilib. Xatırladaq ki, Microsoft əvvələr Facebook şəbəkəsini 15 milyard dollara dəyərləndirib. Siyahıya həmçinin internet-maqazin Ozon ($450 mln.), Wikipedia ($7 mlrd.), online-hərrac Craigslist ($5 mlrd.), Mozilla ($4 mlrd.) və LinkedIn ($1,3 mlrd.) düşüblər.
| Silicon Alley Insider: - 25 ən bahalı startap | |||
| Sıralama | Şirkət | Ölkə | Dəyəri |
| 1. | ABŞ | $9 mlrd. | |
| 2. | Wikipedia | ABŞ | $7 mlrd. |
| 3. | Craigslist | ABŞ | $5 mlrd. |
| 4. | Betfair | Böyük Britaniya | $5 mlrd. |
| 5. | Mozilla Corp | ABŞ | $4 mlrd. |
| 6. | Yandex | Russiya | $3 mlrd. |
| 7. | Webkinz | ABŞ | $2 mlrd. |
| 8. | ABŞ | $1,3 mlrd. | |
| 9. | Habbo | Finlandiya | $1,25 mlrd. |
| 10. | Oanda | Kanada | $1,2 mlrd. |
| 11. | Linden Lab | ABŞ | $1,1 mlrd. |
| 12. | Kayak | ABŞ | $1 mlrd. |
| 13. | QlikTech | ABŞ | $850 mil. |
| 14. | Ning | ABŞ | $560 mil. |
| 15. | Slide | ABŞ | $550 mil. |
| 16. | TheLadders | ABŞ | $500 mil. |
| 17. | Stardoll | İsveç | $450 mil. |
| 18. | Ozon | Russiya | $450 mil. |
| 19. | Thumbplay | ABŞ | $400 mil. |
| 20. | Glam Media | ABŞ | $400 mil. |
| 21. | Rock You | ABŞ | $325 mil. |
| 22. | Tudou | Çin | $300 mil. |
| 23. | Efficient Frontier | ABŞ | $275 mil. |
| 24. | Zazzle | ABŞ | $250 mil. |
| 25. | Spot Runner | ABŞ | $250 mil. |
May 08
İnternet Explorerin populyarlığı 6 ay ərzində ilk dəfə artıb
Bir ay bundan əvvəl Internet Explorer brauzerinin bazardakı payı 74.8 faiz olub. Apple və Mozilla şirkətlərinə məxsus brauzerlərin bazardakı payı isə müvafiq olaraq 5.82 və 17.83 faiz təşkil edib. Opera brauzerinin populyarlığı isə mart ayı ilə müqaisədə aprel ayında 0.69 faizdən 0.65 faizədək azalıb. 2007-ci ilin oktyabr ayından bu günədək, Microsoft-da məxsus brauzerin bazardakı payı ilk dəfə olaraq artıb. Həmin vaxt Internet Explorer brauzeri bazarın 78.36 faizini tutub. Ondan sonra sözügedən brauzerin populyarlığı azalmağa başlayıb və mart ayında 74.8 faiz təşkil edib. Bunula belə 2007-ci ilin iyun ayında Internet Explorer-in bazardakı payı 79.29 faiz olub.
Öncə brauzerlər bazarının təhlili Xiti şirkəti tərəfindən olunurdu. Təhlildə deyilirdi ki, Firefox brauzerinə Avropa internet-istifadəçilərinin 29 faizi, Internet Explorer brauzerinə isə 65 faizi üstünlük verib.
May 08
YouTube portalında yenilik
Tanınmış YouTube video-xidməti öz portalında etdiyi yeniliklər haqda
anons verib. Görülən işlərdən sonra, əvvələr məhdud sayda
istifadəçilərə açıq olan bəzi funksiyalar, indi hamı üçün əlçatan olub.
Bir müddət öncə sözü gedən xidmətin, istifadəçilərin qeydiyyatı funksiyalarınnı daha da sadələşdirməsilə bağlı etdiyi dəyişikliklər barədə xəbər verilmişdi. Lakin bu yenilikləri əldə etmək üçün, xidmətin yeni elementlərinin aktivəlşməsi prosedurunu keçmək lazım idi. İndi isə dəyişikliklər bütün istifadəçi-qeydiyyat sisteminə aid olacaq. Xüsusən də elektron poçt vasitəsilə istifadəçi tərəfindən video görüntüyə edilən şərhin bildirilməsi funksiyası da yenidən mümkün olacaq.


Oxu atan: 



