Oxatan.com » Xəbərlərin siyahısı 08.04.2008

Aprel 08

Ustune dinqildat.

Oxatan  olaraq oxuduğunuz kimi daim şikayətlənirik. Bizim kimi “qəlbi qaralara” həmişə deyinəcək bir səbəb olur. İndi də istədim biraz statistik rəqəmlərlə və rəsmi məlumatlarla “ox atam”. Düzü mən həmişə ağıllı olmasam da kənardan ağıllı görsənmək istəmişəm ona görə də indi sizdə belə bir təəssürat yaratmaq üçün Azneti iqtisadi aspektdən araşdırmaq istədim. Görəsən niyə hələdə istənilən inkişafı əldə etmək mümkün olmur.
Əvvəla onu qeyd edim ki, hiss etməsəniz də indi Azərbaycanın iqtisadiyyatında prioritet inkişaf sahəsi məhz İKT yəni informasiya kommunikasiya texnologiyalarıdır. Üstəlik proitet sahə olaraq 2003-cü ildən elan olunub. Bəs niyə hələ də gözlə görünən inkişaf hiss olunmur? İqtisadçılar demişkən bunun obyektiv və subyektiv səbəbləri var. (davamını ətraflıdan oxuyun)

Tags:

Aprel 08

Ustune dinqildat.

Yadınızdadırsa bir müddət əvvəl XP`nin satışları və istifadəsinın 2007nin sonunda dayanacağını xəbər vermişdik, və buna qarşı bir çox istifadəçinin etirazını sizlərə çatdırmışdıq. Deyəsən etirazlar nəticəsini verib. Bu tənqid məsələsi deyəsən təkcə Azərbaycanda işə yaramır.
Microsoft korporasiyası Windows ÕÐ əməliyyat sisteminin ömrünü daha iki il artırılması barədə qərar qəbul edib. Alınan qərarı Microsoft şirkəti, Asus Eee PC, Intel Classmate PC və OLPC kimi qurğuların böyük şöhrətə malik olması ilə izah edir. Lakin adları çəkilən qurğuların hamısı sərt disk və ya kiçik həcmli və asta prosessorlu daşıyıcılarla təchiz olunub. Onların əməliyyat yaddaşının həcmidə də böyük deyil. Sözügedən səbəblər kompüterlərə Windows Vista əməliyyat sisteminin qurulmasına imkan vermir.
Buna görə Microsoft şirkəti, xeyli gəlir əldə edə biləcəyi bazarın böyük həcmini nəzərə alaraq onu itirməmək qərarına gəlir. Korporasiya bəyan edib ki, OEM versiyasında Windows XP-nin 2010-cu ilin ortalarınadək satılacaq, və ancaq ultrauçuz notebook-lara qurulacaq.
İlkin olaraq Microsoft şirkəti, Windows XP əməliyyat sistemi tədarükünün bu ilin yanvar ayından etibarən dayandıracağı niyyətində olub. Lakin XP əməliyyat sisteminə yüksək tələbatın olmasını nəzərə alınaraq, onun satış tarixinin 30 iyun 2008-ci ilə dək uzadılması qərarı alınıb.

Tags: