Oxatan.com » Xəbərlərin siyahısı 05.04.2008

Aprel 05

Ustune dinqildat.

Saytımızın istifadəçilərindən birinin bizə haqqında məlumat verdiyi Forvo haqqında söhbət açacağıq. Başlıqdanda göründüyü kimi saytı tələffüz lüğəti adlandırmaq olar. Yazılmış sözlərin tələffüz formalarını buradan tapmaq olar. Sayt çox yenidir. Qeydiyyatı mart ayında olub. Buna baxmayaraq artıq 177 dildə söz tapmaq olar. Mən baxdığım anda saytda 3166 söz və bunların 3186 səsləndirilməsi mövcud idi. Səsləndirmələrin sayının sözlərdən çox olduğuna diqqət yetirsək, hər hansı sözə bir dənədən daha artıq tələffüz qaydası əlavə etmək olduğunu hesab etmək olar. Azərbaycan dilində isə hələki 43 söz var. Bu da sayt haqqında bizi xəbərdar edən istifadəçinin əlavə etdiyi sözlərdir. Sayt beta versiyada fəaliyyət göstərir. Qısa zamanda bu qədər çox sözün yığılması isə saytın müxtəlif istiqamətlərdədə inkişaf etməsinə və papulyarlığının daha da artmasına zəmin yaradır. İrəliləyən aylarda birlikdə bunun şahidi olacağıq.

Tags:

Aprel 05

Ustune dinqildat.

Mətbuatda gəzən xəbərlərə görə Google, eBay'a daxil olan telefon sistemi skype'ı da almaq istəyir. Artıq Google şirkəti öz niyyətini eBay səlahiyyətlilərinə bildirib. Hətta satın almaq gerçəkləşməsə belə birgə əməkdaşlığa da razı olduqlarını deyiblər. Hərçənd Google`un Google talk kimi bir servisi də var. Satın almadan sonra bu servisin nə yerdə qalacağı isə hələki aydın deyil. Əgər iki tərəf arasında sövdələşmə baş tutsa ilkin ehtimala görə Google 4 ilə 6 milyard dollarından keçməli olacaq. Əlbəttə bu ilkin və şərti rəqəmlərdir. Ancaq şəriklik halında skype`ın qiyməti necə olacağı o qədərdə məlum deyil.

Tags: