Aprel 01
, : Xəbəriniz var?!
Yəqin hamınız uşaq və buz şerin xatırlayırsız, orda uşaq buaz deyirdi
ki, "yaz gələr artar qəmin....". İndi onun sözü olmasın bu yaz gələndən
sonra biraz problemlərlə bağlı olaraq Oxatan blogun bütün ağırlığı bizim bu Oxchu
qardaşın üzərinə düşmüşdü. Bir qədər olar ki, oxumaqla kifayətləndiyim
internetdə vaxt tapan kimi məndə əlimə klaviyatura alıb 1-2 kəlmə
yazmaq istədim. "Manıs"lar demişkən görüşünüzə əliboş gəlməmişəm. Təzə
məlumatlarım var. İki xəbər və bir bildirişim olacaq. Başlayaq ən
pisindən....
Gözünüz aydın hər şeyin bahalaşdığı bir vaxtda artıq domain qiymətləri də bahalaşacaq. 2008-ci ilin martın 27-də məlum olub ki, .com və .net, domen məkanlarının administratoru, tanınmış VeriSign şirkəti, sözügedən məkan daxilində domen qeydiyyatı qiymətlərini qaldıracaq. Bu, ICANN ilə razılaşma əsasında baş verəcək.
Şirkətdən bildiriblər ki, yuxarıda adları çəkilən domen məkanlarında qeydiyyatın məbləği .com-da 6.86 dollar, .net-də isə 4.84 dollar təşkil edəcək. Dəyişikliklər 1 oktyabr 2008-ci il tarixindən qüvvəyə minəcək. Əgər siz domain`inizi yerli hostinq saytlarından alırsınızsa bu qiymətlər sizin gözünüzə tamam başqa cürə görünəcək.
İkinci xəbərim isə biraz qəribədir. Deyilənə görə artıq qadın
cazibədarlığına heç bir hissi olmayan kompyuterlər qərar verəcək.
Beləki İzrail riyaziyyatçıları qadınlardan hansının cazibədar hansının
isə cazibadər olmadığı barədə düşünməkdən yorulublar və artıq bu işidə
kompüterlərin öhdəsinə buraxmağa qərar veriblər. Proqramistlər xüsusi
bir proqram
işləyib hazırlayıblar. Proqram təminatçıları bunu süni intellektin bir
növü kimi qələmə verməyə çalışıblar. Deyilənə görə bənzər bir proqramla
kişilərin də gözəgəlimliliyini ölçmək olarmış amma kişilərin
cazibədarlığı anlayışı onların fikrincə bir o qədər də konkretləşməyib.
Amma məncə bu proqramın niyə məhz qadınları qiymətləndirdiyini anlamaq
üçün bilmək lazımdır ki, proqramın yaradıcısı Amit Kagian özü kişidir.
O, Tel-əviv universitetinin tələbəsidir. Deyilənə görə o bu fikrə "Müasir psixoloji araşdırmalar sübut edir ki insanların cazibədarlıq qiymətləndirməsi eynidir"
məqaləsinin oxuyandan sonr düşüb. Elə ideyanın əsasını da bu fikir
təşkil edir. Proqram insanın üzünü bir neçə hissələrə bölərək öncədən
bazasına əlavə olunmuş məlumatlarla - inansanların cazibədarlıq
haqqında fikirlərilə müqayisə edir və nəticə çıxarır...
Bildirişim isə yazımın başlığından da göründüyü kimi " Xəbəriniz var?" sualı ilə bağlıdır. Oxatan olaraq yerli internet resurslarımısın ciddi atılımları barədə sizlərə bildirməyə çalışırıq və şərhlərdən də belə başa düşdüm ki, ən çox marağa səbəb olan müzakirə mövzuları da məhz "özümüzünkülər" barədə olanlardır. Belə ciddi layihələr barədə "Xəbər Darlığı" yaşayırıq. Yəni əgər sizin bildiyiniz bir yenilik filan olsa bu barədə yaz sayt sahibisinizsə özünüzü yazaraq bizə göndərin və ya şərhlərdə bildirin özümüzü ziyarət edib qiymətləndirək. Əvvəlcədən deyim ki, hər sayt adıyla açıb camaata "atış gəlinən" DLE`lər bizim üçün xəbər dəyəri daşımır.
Gözünüz aydın hər şeyin bahalaşdığı bir vaxtda artıq domain qiymətləri də bahalaşacaq. 2008-ci ilin martın 27-də məlum olub ki, .com və .net, domen məkanlarının administratoru, tanınmış VeriSign şirkəti, sözügedən məkan daxilində domen qeydiyyatı qiymətlərini qaldıracaq. Bu, ICANN ilə razılaşma əsasında baş verəcək.
Şirkətdən bildiriblər ki, yuxarıda adları çəkilən domen məkanlarında qeydiyyatın məbləği .com-da 6.86 dollar, .net-də isə 4.84 dollar təşkil edəcək. Dəyişikliklər 1 oktyabr 2008-ci il tarixindən qüvvəyə minəcək. Əgər siz domain`inizi yerli hostinq saytlarından alırsınızsa bu qiymətlər sizin gözünüzə tamam başqa cürə görünəcək.
İkinci xəbərim isə biraz qəribədir. Deyilənə görə artıq qadın
cazibədarlığına heç bir hissi olmayan kompyuterlər qərar verəcək.
Beləki İzrail riyaziyyatçıları qadınlardan hansının cazibədar hansının
isə cazibadər olmadığı barədə düşünməkdən yorulublar və artıq bu işidə
kompüterlərin öhdəsinə buraxmağa qərar veriblər. Proqramistlər xüsusi
bir proqram
işləyib hazırlayıblar. Proqram təminatçıları bunu süni intellektin bir
növü kimi qələmə verməyə çalışıblar. Deyilənə görə bənzər bir proqramla
kişilərin də gözəgəlimliliyini ölçmək olarmış amma kişilərin
cazibədarlığı anlayışı onların fikrincə bir o qədər də konkretləşməyib.
Amma məncə bu proqramın niyə məhz qadınları qiymətləndirdiyini anlamaq
üçün bilmək lazımdır ki, proqramın yaradıcısı Amit Kagian özü kişidir.
O, Tel-əviv universitetinin tələbəsidir. Deyilənə görə o bu fikrə "Müasir psixoloji araşdırmalar sübut edir ki insanların cazibədarlıq qiymətləndirməsi eynidir"
məqaləsinin oxuyandan sonr düşüb. Elə ideyanın əsasını da bu fikir
təşkil edir. Proqram insanın üzünü bir neçə hissələrə bölərək öncədən
bazasına əlavə olunmuş məlumatlarla - inansanların cazibədarlıq
haqqında fikirlərilə müqayisə edir və nəticə çıxarır...Bildirişim isə yazımın başlığından da göründüyü kimi " Xəbəriniz var?" sualı ilə bağlıdır. Oxatan olaraq yerli internet resurslarımısın ciddi atılımları barədə sizlərə bildirməyə çalışırıq və şərhlərdən də belə başa düşdüm ki, ən çox marağa səbəb olan müzakirə mövzuları da məhz "özümüzünkülər" barədə olanlardır. Belə ciddi layihələr barədə "Xəbər Darlığı" yaşayırıq. Yəni əgər sizin bildiyiniz bir yenilik filan olsa bu barədə yaz sayt sahibisinizsə özünüzü yazaraq bizə göndərin və ya şərhlərdə bildirin özümüzü ziyarət edib qiymətləndirək. Əvvəlcədən deyim ki, hər sayt adıyla açıb camaata "atış gəlinən" DLE`lər bizim üçün xəbər dəyəri daşımır.
Qaynaq - Oxatan.
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.


|
Oxu atan: 

