Oxatan.com » » İnsan gözünün görmə ölçüsü 1280õ1024-ə bərabərləşir

Aprel 01

: İnsan gözünün görmə ölçüsü 1280õ1024-ə bərabərləşir

Ustune dinqildat.

Yaponiya beyin institutunun yaydığı məlumata görə, əcdadlarımızla müqayisədə yeni nəsil insanların vizual informasiyanın emalı imkanları getdikcə mədudlaşmaqdadır. İnsanların əksəriyyətinin bütün günü kompüter arxasında keçirdiklərindən real həqiqətləri fotoqrafiyalar və ən pisi videolarda gördüklərindən onların görmə sinirləri informasiyanı ekranda qurulan görüntü ayarları çərçivəsində emal etməyə uyğunlaşır.

Əksər istifadəçilərin ekran video görüntü ayarları 1280õ102 ölçüsündədir. Nəticə olaraq beyin şəkilləri məhz bu olçü olaraq emal etməyə başlayır. Egər belə bir insan təbiətə çixaraq real həyata baxarsa, beyini çətinlik çəkir. Misal üçün yerə tökülmüş yarpaqlar və ya çəmənlikdəki otlar görmə siniri kanalında yüklənmələr yaradır. Nəticədə insanlar küçəyə çıxarkən daha tez-tez baş ağrılarından əziyyət çəkməli olurlar. Səbəb insanların kompüter arxasında daha çox vaxt keçirmələrindədir.

Məlumdur ki, televiziya siqnalının xətt sayı daha azdır. Bu səbəbdən filmlərə baxış görmə sinirini daha çox deqradasiyaya uğradır. Yapon alimləri hesab edirlər ki, əgər insanlar həyat tərzlərini dəyişməzlərsə, yaxın gələcəkdə bəşəriyyət şəkilləri yalnız monitorlar və televizorlardan görə biləcək. Hesabatda nikbin faktlar da var. Alimlər hesab edirlər ki, HDTV televiziyasının yaranması görmənin pisləşməsinin qarşısını alacaq. Bundan əlavə, monitorların getdikcə azalan qiymətləri alıcılara daha yüksək görüntü parametrli monitorlar əldə etmək imkanı yaradır. Bu da öz növbəsində onlara öz beyinlərini məşq etdirərək dağlara səyahət, meşədə gəzinti və ya muzeydə tamaşa kimi daha böyük yüklənmələrlə hazırlamağa kömək edir.


Subscribe      Qaynaq - RİTN MHM.

Tags: Yapon alim göz 1280õ1024 goz maraqli

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Facebookdan xəbərlər.
  • İT Sosial şəbəkə açıblar
  • Barack Web 2.0bama....
  • Azərbaycanda ilk virtual ticarət mərkəzi yaradıld& ...
  • Orta statistik internet istifadəçisinin sevimli saytların ...
  • #1 yazdı: Yasin




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Tamamile doğrudur. İnsanların tekce gözleri ile deyil, artıq bütün üzvleri ile komputere adaptasiya olacaq deyesen.
       

    Məlumat


    "Ãîñòè" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!