Oxatan.com » Xəbərlərin siyahısı Aprel 2008 İldə

Aprel 30

Ustune dinqildat.

Son günlərdə təəssüfki işlərin çoxluğu səbəbi ilə yazıların miqdarı olduqca azaldı. Ümid edirəmki heç olmasa gündə biri yazı yazmağa nail ola bilərik.
Sözü çox uzatmadan xəbərə keçim. Bu Microsoft Yahooya təklif edəndən sonra Yahoo`nun ulduzu parladı. Həm reklam gəlirləri xeyli artıb, həm papulyarlığı artıb. Yaman xeyir elədi. RİTN`nin MHM saytında gördüyüm iki xəbəri sizinlə bölüşmək istədim.
Yahoo öz xidmətlərini sosial şəbəkəyə birləşdirəcək.
Aprelin 25-də Yahoo şirkəti özünün yeni strategiyası barədə bəyan edib. Bu strategiya çərçivəsində şirkət sosial şəbəkə funksiyalarını öz xidmətlərində birləşdirəcək. Yahoo yeni platforma istifadəyə verməyi planlaşdırır. Bu platforma vasitəsilə, şirkət xidmətlərindən istifadə edənlər özləri haqda vahid profildə məlumat toplaya biləcəklər.
Həmçinin istifadəçilər xidmətlərdə “vidjet” kimi tanınan xüsusi mini-əlavələr yerləşdirmək imkanı əldə etməklə, özləri üçün yeni funksiyalar əlavə edəcəklər.
Yahoo təmsilçilərinin sözlərinə görə, onlar ümid edirlər ki, yeni strategiya göstərilən xidmət auditoriyasının və online-reklam gəlirlərinin artmasına səbəb olacaq.


Microsoft, Yahoo şirkətini almaqdan imtina etməyə hazırdı.
Microsoft, tərəflərin qiymət barədə razılığa gələ bilməyəcəyi təqdirdə, Yahoo şirkətini əldə etmək üçün etdiyi təklifidən imtina etməyə hazırdır. Bu barədə, aprelin 23-də İtaliyanın Milan şəhərində keçirilən konfransda, Microsoft şirkətinin icraçı direktoru Stiv Ballmer bəyan edib.
Ballmerin sözlərinə görə, aprelin 22-də dərc olunan Yahoo şirkətinin maliyyə hesabatı, Microsoft-un sazişə olan münasibətini dəyişməyib. Microsoft şirkətinin icraçı direktoru, həmçinin – “Biz Yahoo-nu əldə etməsək də yolumuza davam edəcəyik. Lakin, Yahoo ilə barəbər biz daha tez nəzərdə tutduğumuz nəticələrə çata bilərik” ifadələrini işlədib.

Tags:

Aprel 27

Ustune dinqildat.

İşlərə görə o qədər də aktiv yazarlıq nümayiş etdirə bilmirəm. Bəlkə də çoxlarınız artıq bu yazını (məlumatı) oxuyub və ya görüblər ancaq mən bu yazını yeni əldə edə bildim. Netty`nin yeni press relizidir. Yenə inkişafdan və uğurlardan bəhs olunur. Bir az uzundur ona görə ətraflı`da yerləşdirdim.

Tags:

Aprel 25

Ustune dinqildat.

Yahoo şirkətinin 2008-ci ilin birinci rübü üçün maliyyə göstəriciləri ekspertlərin gözlədiyi nəticələrdən yüksək olub. Bununla belə yaxşı yekunlara baxmayaraq, Microsoft şirkətində təklif olunan məbləği qaldırmayacaqlarını bəyan ediblər. Analitiklərin fikrincə nəticədə softver nəhəngi Yahoo-ya güzəştə gedərək, ona 46-50 milyard dollar təklif edəcək.
Yahoo şirkəti 2008-ci ilin birinci rübü üçün maliyyə hesabatını dərc edib. Onun qazancı 1.82 milyard dollara (2007-ci ilin bu dövrü ilə müqaisədə 9% çoxdur) çatıb. Reklam tərəfdaşlarına köçürmələrdən sonra, şirkətin gəliri 1.35 milyard təşkil edib, bu da analitiklərin orta proqnozundan 30 milyon dollar çoxdur. Yahoo şirkətinin təmiz mənfəəti 542.2 milyon dollar təşkil edib. Bu göstərici 2007-ci ilin birinci kvartalı ilə müqaisədə 143.4 milyon dallar artıqdır.

Tags:

Aprel 25

Ustune dinqildat.

Çin, ABŞ-ı keçərək, internet-istifadəçilərin sayına görə dünyada birinci yerə yüksəlib. ÇXR İnformasiya Sənayesi Nazirliyinin verdiyi məlumata əsasən, fevralın sonuna ümumdünya şəbəkə abunəçilərinin sayı 211 milyona çatıb.
Bununla belə, Çində internet-istifadəçilərin əhalinin ümumi sayına nisbəti, hələdə ortadünya səviyyəsindən aşağı olaraq qalır. 2007-ci ilin sonuna dünyada orta hesabla bu rəqəm 19.1% səviyyəsində olduğu halda, Çində bu göstərici 16% təşkil edir.

Aprel 21

Ustune dinqildat.

Son günlərdə tənbəllikdən ancaq yerli mətbuatı izləyirəm. Elə bu dəfəki xəbəri də yenə ANS`dən atmışam. Görək nə deyirlər:
Bu ilin birinci rübündə Amerikanın Google şirkəti 823 milyon avro gəlir əldə edib ki, bunun da 51 faizi məhz xaricdən əldə olunub.
   Dünyanın ən böyük axtarış sistemlərindən biri olan Google gəlirlərini artırıb. Bu vəziyyət, şirkət səhmdarlarının narahtlığına son qoyub. Bu ilin birinci rübü ərzində ABŞ-ın sözügedən internet şirkəti 832 milyon avro gəlir əldə edib. Bu isə şirkətin ötən ilin üç rübündə əldə etdiyi gəlirdən də çoxdur. Google-un satışı 42 faiz artıb. Bu xəbərin yayılmasından sonra birjalarda şirkətin səhmlərində 17 faizlik artım qeydə alınıb.
   Məsləhətçi Nielsen qurupunun məlumatına görə, ötən il quqlun dünya bazarında hissəsi 56.3 faiz təşkit edib. Onun ən yaxın rəqibi Yahoo-nun payı isə cəmi 21. 5 faiz olub. Buna qədər isə, ekspertlər ABŞ-ın iqtisadiyyatındakı probelələrin Google`un əsas gəlirlərindən olan reklam bizensinə mənfi təsir edəcəyindən ehtiyatlanırdılar. Amma, Google ABŞ-ın iqtisadi itkilərini uğurla kompensasiya edə bildi. Bu dövrdə Google-un 51 faizlik gəliri məhz xaricdən gəlib. Buna görə də, indi sözügedən şirkət xarici bazarlarda xüsusilə də Asiyadakı mövqeyini daha da gücləndirməyə çalışır.
Bundan başqa:
ÑÅÎ Google: Yahoo ilə əməkdaşlıq etmək xoşumuza gəldi.
Google şirkətinin icraçı direktoru Erik Şmidt aprelin 17-də bildirib ki, Yahoo şirkəti ilə reklam axtarışı sahəsində əməkdaşlığın sınaq müddəti uğurlu keçib. Lakin Google rəhbəri, Yahoo şirkəti ilə işgüzar-əmakdaşlığa dair dəyərli razılaşma haqda danışıqların hansı səviyyədə olması və şirkətlər arasında yeni sazişin nə zaman olacağı barədə danışmaqdan imtina edib. Şmidt – “Yahoo ilə işbirliyindən məmnunuq və bundan xoşumuz gəlir” deyə qeyd edib. Həmçinin ÑÅÎ Google, Yahoo şirkətinin fəaliyyətini şərh etməkdən imtina edib. Buna səbəb isə Yahoo şirkətini əldə etməyə çalışan Microsofta mane olmaqdır.

Tags:

Aprel 19

Ustune dinqildat.

Bu gün ANS`in saytında belə başlıqda xəbər gördüm. Xəbərin tam məzmununu buyurun oxuyun.
Spam-məktublarının mövzusu eynidir – dərmanlar, müalicə xidmətləri və istirahətin müxtəlif növləri.
“Kasperski Laboratoriyası” şirkətinin hesabatına əsasən, Rusiya internetində elekron məktub trafikinin ümumi həcmində spamın payı ötən ay 90.7 faizə çatıb. Qeyd edək ki, bu rəqəmlər orta göstəricini ifadə edir, başqa günlərdə isə bu rəqəm daha çox olardı. Məsələn, martın 1-də fərqli bir rekord müəyyən olunub – spamın miqdarı 97.8 faiz səviyyəsinə çatıb. Ən aşağı göstərici isə martın 27-də müəyyən olunub – 83.5%.
Mart spamının özəlliklərindən biri isə, qrafik-qoşmalı spam məktublarının artması olub. Ötən ay bu rəqəm 28% təşkil edib. Spam-məktublarının mövzusu eynidir – dərmanlar, müalicə xidmətləri, istirahətin müxtəlif növləri. Həmçinin ucuz İsveçrə saatlarının və bahalı mobil telefonlarının satılma təklifləri miqdarının artımı müşahidə olunub.

Tags:

Aprel 18

Ustune dinqildat.

Əvvəla sonra səhv anlaşılmalar olmasın deyə bu "işə salmaq" məsələsinə toxunum. Bunu 2 cür başa düşmək olar. Birincidə "özünü işə salmaq", yəni özünü cəncələ salmaq ( el arasında buna - özünü zibilə salmaq da deyirlər), ikincisi "özünü işə salmaq", yəni loru dildə desək özünü "xoddamaq", motivə etmək mənasında başa düşmək olar.
Adama motivə hər sahədə lazım olur. Hərdən həvəsdən düşürsən və işini axıra çatdırmağa stimul filan qalmır. Belə anda motivasiya lazım olur. Motivasiya - insanı fəaliyyətə həvəsləndirən, onun fəaliyyətinin sərhəd və formalarını müəyyən edən, müəyyən məqsədlərin nail olmasına yönələn bu fəaliyyətə istiqamət verən daxili və xarici hərəkətverici qüvvələrin məcmusudur. (söhbət uzanası oldu, ətraflı oxuyun)

Tags:

Aprel 17

Ustune dinqildat.

Hər gün internet öz imkanlarını daha da genişləndirir. Belə ki, ümumdünya şəbəkəsi vasitəsilə Asiyada yaşayan gənc braziliyalı, Avropadan olan bir qızla evlənib.

Virtual nigaha daxil olan gəncləri, San-Paulu şəhərindən olan müvəkkilləri təmsil ediblər. Bu nigahın baş tutması üçün, pulsuz proqramlardan birinin vasitəsilə dünyanın müxtəlif hissələrində olan üç kompüterlə videokonfrans təşkil etməyə imkan verən bağlantı olub.




Tags:

Aprel 15

Oxatan.comİnternet saytlarımızdan birindəki Google reklamında öz saytınızı yaradın deyə bir reklam gördüm. Daxil olanda baxdımki Azersayt.com deyə bir yermiş. Artıq kifayət qədər çox istifadəçisi və papulyarlığı olan Azeriblog var idi milli blog sistemlərindən. Bu da növbəti blog sistemi oldu. Saytın açıqlamasında aşağıdakı imkanları olduğu yazılıbdır: ( Ətraflı oxuyun )




Tags:

Aprel 15

Ustune dinqildat.

RelevantView və eVOC Insights şirkətləri dünyada şəbəkələrin populyarlığını araşdıran yeni nəşr dərc edib. Araşdırmaların nəticəsi olaraq, məlum olub ki, bu gün dünyada şəbəkə istifadəçilərinin 68%-i sosial şəbəkədən qeydiyyatdan keçiblər. Gələn il onların sayı 80%-ə çatacaq.
MySpace-in daha çox funksiya təklif etməsinə baxmayaraq, sorğuda iştirak edən istifadəçilər Facebook sosial şəbəkəsini daha təhlükəsiz olduğunu hesab edirlər. Soruşulanların 71%-i Facebook istifadəsinin daha asan olduğunu bildirərkən, MySpace haqda eyni fikri 54% söyləyib. 13 yaşdan 19 yaşa dək istifadəçilər arasında Facebook-a 51%, MySpace isə 36% insan üstünlük verir. 30 yaşdan 39 yaşa dək istifadəçilər arasında 34% MySpace-i, 16% isə Facebook-u seçirlər.

Tags: