Oxatan.com » Xəbərlərin siyahısı 13.03.2008

Mart 13

Oxatan.comBu gün Mak.az`da oxuduğum xəbərə görə Microsoft`un bizdəki təmsilçiliyinə yeni rəhbər gəlibdi. Maraqlı orası olduki mənə yeni rəhbər Azərbaycanlıdır. Bundan əvvəlki rəhbər əcnəbi olubdur. Belə vəzifələrdə yerli kadrların işləyə bilməsi sevindiricidir. Yəni haqqı olaraq işləmələrini nəzərdə tuturam. Bacarığı olduğu, ona bu işdə etibar edilməyə layiq olduğu üçün. Microsoft kimi bir şirkətin də bu cür kriteriyalara əməl etdiyini fikirləşəndə sevindirici haldır. Xəbərin tam məzmunu isə belədir:
«Microsoft» Korporasiyası «Microsoft Azerbaijan» şirkətinin yeni baş direktoru vəzifəsinə Teymur Axundovun təyin olunmasını elan edib. O, bu vəzifədə Vladimir Çaykovskini əvəz edib. Çaykovski, müqavilə bitdikdən sonra, «Microsoft Ukraine» ofisinə dövlət idarələri ilə iş üzrə direktor işinə keçib.
Axundov Korporasiyada fəaliyyətinə 2005-ci ildə Azərbaycanda və Gürcüstanda dövlət təşkilatları və korporativ sifarişçilərlə iş üzrə departamentin direktoru kimi başlayıb.
«Biz burda işə iki il əvvəl başlamışıq və ötən müddət ərzində müsbət nəticələrə nail olmuşuq. Mən əminəm ki, biz tərəfdaşlarımızla, sifarişçilərimizlə sıx işləyərək və əlbəttə, dövlətin dəstəyi ilə, şirkətin Azərbaycanda gələcək inkişafını təmin edə biləcəyik», - yeni baş direktor deyib.
Axundov Azərbaycanın informasiya texnologiyaları bazarında on beş ildən artıq iş təcrübəsinə malikdir. İnformasiya texnologiyaları sahəsində ali təhsili var: 1991-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) «İnformasiya-hesablama texnikası» ixtisası üzrə bitirib.
«Microsoft Azerbaijan» şirkəti 2005-ci ildən işləyir. Onun vəzifələrinə Azərbaycan ərazisində proqram təminatı bazarının inkişafı və korporasiya məhsullarının irəliləməsi, tərəfdaş və sifarişçilərin dəstəklənməsi, həmçinin, korporasiyanın yeni texnologiyasının lokallaşdırılması və sosial layihələrin reallaşdırılması daxildir.

Tags:

Mart 13

Oxatan.comBu gün nə görsəm yaxşıdır. Ilk10`dan saytlara baxanda, gördümki uzun illərdir əl dəyməyən sayt yenilənibdi. Yadımdadır hələ bu blog yazmaq işinə başlamamışdıq ancaq vaxt tapdıqca oxuyurdum. Elə həmin vaxtlarda indiki BLOGran`a çevrilmiş köhnə Birinci blog`da belə bir yazı oxumuşdum - "Partdaq gələcəyə doğru?". ( düzü təbəssümlə oxumuşdum ) Deyəsən bu yazıdakı tövsiyyəyə cavab gəldi ay BLOGran qardaş. Baxıramki elə Parlaq`da modayla ayaqlaşdı. Yox yox web 2.0 və Ajax`la yox. Sadəcə elə sənin də məsləhət etdiyin kimi Mix.az Open.az və s. kimi bir blog ( ya da webzine deyək ) təşkil elədi. Qınamalı da deyil. Harada, nədə reytinq var qaçdı onun dalınca. Düzdə elədi. Düzdü bu DLE üzərində qurulmayıbdı. Ancaq həmin sistemə oxşadılıbdı. Favicon`una baxanda və o tərəf, bu tərəfinə nəzər yetirəndə SLAED CMS`in DLE`ə oxşadıldığını gördüm. Xeyirli olsun deyək! İllər sonra gələn bu dəyişikliyə səbəb yəqinki reytinq sıxıntısı oldu. Bəs elə də qeyri adi xəbər dəyəri olmayan bu yazını niyə yazdım deyə soruşsaz, səbəb elə məhz əvvəlki sitatıma bir cavab idi. Dedim BLOGran qardaşa deyimki, səsini eşidən oldu deyəsən. Yəniki yazmağa dəyər...

Tags: