Mart 11
: Mail qutucuğu Web 2.0 ilə mail qutusu oldu - beta.box.az
2000.ci ildən fəaliyyət göstərən Box.az milli e-mail ünvanı artıq yeni texnalogiyaya ayaq uydurmağa qərar verdi. Uzun zamandırki heç bir yenilik etməyən elektron poçt servisi bir neçə yeniliyi birdən etməyə hazırlaşır. Blog.ilk10.az oxuduğum xəbər əsasən bunu deyə bilirəm. Ən əvvəl onu deyimki, inbox.az dan sonra artıq box.az da yaddaşını artıraraq 1gb`a çatdırıbdı. Sonra isə mobil telefonlardan e-maili yoxlamaq funksiyası artırılıbdır. Əvvəlki versiyada da bu servisin olmasına baxmayaraq sonradan bağlanmışdı. Sonra isə əyləncəlilik olsun deyə rənglər və iconları zövqünüzə uyğun dəyişə bilərsiniz. Antispam və antivirus sistemi də deyilənə görə inkişaf etdirilib.Giriş səhifəsinin çox xoşuma gəldiyini qeyd edim. Mailə daxil olanda isə yeni texnalogiya Ajax`dan əməllicə istifadə etdiklərini görmək olar. Mailin içi mənə Yahoo mailin daxili səhifəsini xatırlatdı. Çatışmayan tək şeyi reklamları idiki, maşallah box.az üçündə bu problem deyil. Tezliklə onlarda öz yerində olar. Onu deyə bilərəmki kim ki mailini box.az`dan istifadə edirsə o zaman beta.box.az ünvanından öz maillərini yoxlaya bilərlər. Kimin nə deməyindən asılı olmayaraq mənim bəyəndiyim bir yenilikdir. Xırda çatışmamazlıqlarını da aradan qaldırsalar məncə efirə vermək üçün hazırdır.
Qaynaq - Oxatan.
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.


|
Oxu atan: 
