Oxatan.com » Xəbərlərin siyahısı 03.03.2008

Mart 03

Növbəti AnketFikirləşdimki keçirdiyimiz sorğu anketini bu gün sonlandırıb yeni anketə start verəm. Elə yeni anketdə bir növ əvvəlkinin davamı olacaq demək olar. Əvvəla keçmiş sorğuya bir iki şərh vermək istəyirəm sonrada ilk anketdə ən çox səs toplayan variantla bağlı növbəti səsvermədə iştiraka dəvət edəcəm. Madamki fikirləşirsiniz sürətli ineternetə ehtiyacımız var, onda sorğudaki hansı provayderi tövsiyyə etdiyinizi seçib səsiniz verin. Yəni bunlardan hansı daha problemsiz, hansı daha qırlmadan qoşulur ( əsəblərimizi korlamır ). Bu anketə səbəb bir növ Aliev`in blogunda oxuduğum bu yazı oldu. Görək siz nə fikirləşirsiniz. İndi isə keçək nəticələnən sorğunun təhlilinə. Ətraflı baxaq.

Tags:

Mart 03

Ustune dinqildat.

Parçadan klavyatura - səhv yazmıram. Həqiqətəndə belə imiş. Görən daha başqa nələrlə qarşılaşacağıq. Qoyduğunuz yerin hamar olmasını da tələb eləmir. Kabelsizdir həmdə Bluetooth ilə işləyir. Azərbaycana nə vaxt gəlib çıxar bilmirəm. Ancaq fantastik TV filmlərində nə görürdüm uşaqlıqda hamsını icad eləməyə başlayıblar. Bu yeni cihazı canlı olaraq araşdırmağa hələ çox vaxt olduğun fikirləşirsinizsə onda buradan baxıb incələyə bilərsiniz.

Tags: