Oxatan.com » Xəbərlərin siyahısı 28.02.2008

Fevral 28

Oxatan.com
Bu gün mətbuatdan Təhsil Nazirliyinin saytının yeniləşməyi ilə əlaqədar bir xəbər oxudum. Ilk baxışda normal görsənir. Saytın dizaynına filanda irad tutası deyiləm heç. Hətta təəccüblənmək də olarki sayta baxanda ən son xəbərlər bu günə aid düşmüşdü. Yəni saytı yeniliyirlərdə. Bu çox müsbət haldır. Ora-bura baxsamda saytı hansı studionun filan düzəltdiyini görmədim. Ola bilsin bu iş üçün kadr götürüblər fərdi şəkildə saytla məşğul olur. Ancaq heyifki primitiv təhlükəsizlik qaydalarına riayət etməyiblər. Ən çoxda ona təəccübləndimki SQL injection barədə xəbər vermək üçün əlaqə bölməsinə daxil olmağa cəhd elədimki bir yazıb xəbər edim ki düzəltsinlər. Ancaq daxil olanda elə həmin səhifədə də injection olduğunu gördüm. Bir xəbər verə bilsə idim şad olardım. Məndə bura yazdımki bəlkə oxuyuculardan kiminsə tanışı-bilişi olar Nazirlikdə, bir zəhmət xəbər etsin ( onsuzda gizli bir xəta deyil, göz qabağında olandı ).

Tags:

Fevral 28

Ustune dinqildat.

Avropa Birliyi haqsız rəqabətdə günahlandırdığı dünyanın yazılım üzrə bir nömrə adı Microsoft`a 899 milyon avro pul cəzası verdi. Bu ikinci belə cəzadır. Bazar hakimiyyətini özü lehinə olaraq mənfi istifadə etdiyi üçün əvvəl də 778 milyon avro məbləğində cəzalandırılmışdı. Son qərarla birgə isə cəmi rəqəm 1,68 milyar avro oldu. AB`də rəqabət üzrə işlərə baxan Neelie`nin dediyinə görə qurumun 50 illik tarixi boyu Microsoftun eyni cəzanı iki dəfə alan ilk şirkət olduğunu bildirdrərək " Ümidvaramki Microsoft bu günkü cəza ilə birgə qanunlara tabe olmamaqdan əl çəkər" dedi.
Microsoft isə öz növbəsinə etdiyi açıqlamada verilən cəza səbəbini ətraflı araşdıracaqlarını bildirdi. Şirkətin dediyinə görə bu dəfəki qərar ötən illərin sonradan həll olmuş məsələlərinə görə verilmiş cəzadır və bunu sübuta çalışacaqlar.

Tags: