Oxatan.com » Xəbərlərin siyahısı 26.02.2008

Fevral 26

Ustune dinqildat.

16 il əvvəl 26 fevral günü Xocalıda ölənlərə Allah rəhmət eləsin. Allah xalqımıza səbr verməsin.
Bu gün bütün Azərbaycan saytlarında Xocalı faciəsinin izləri var. İstər yüksək reytinqli istər aşağı, istər xəbər saytları istər əyləncə hətta "əyləncə" saytlarında da - bir sözlə gündəlik content yayımlanan hər bir saytda faciənin epizodlarını görmək olurdu. Çox - çox sevindiricidirki hamımız hər zaman olmasada zaman-zaman ortaq məxrəcə gələ bilirik. Üstəlik bu elə-belə mövzu deyil, tariximizin ən dəhşətli səhifəsidir. Buna görə də hər bir saytın öz oxucusunu bu barədə məlumatlandırması çox yüksək haldır. Bir - iki saytı çıxmaq şərti ilə digər hamısı məsələyə ciddi yanaşmışlar. Xüsusəndə indexi daimi sabit olan və content yayımlamayan box.az bu gün münasibətilə ilə http://www.khojaly.org/ saytına keçid vermişdir. Bir də azeroo.com saytı girişdən əvvəl intro yerləşdirərək öz ənənəvi yayımlarında məxsusi dəyişikliklər etmişlər. Son olaraq isə sözü heç nəyə elə-belə baxmayan bir blogdaşımıza verirəm... Burada bizim nəyə görə dünya müstəvisində Xocalının soyqırım kimi tanıda bilməməmizə aydınlıq gətiribdi.

Tags:

Fevral 26

Ustune dinqildat.

Fox Interactive MediaGoogle arasında avqust 2006’da 3 illik müddətə reklam müqaviləsi bağlanmışdı. Müqaviləyə görə Fox Interactive Mediaya aid saytlarda (MySpace daxil) Google reklamlarından istifadə edilməli, və Myspace’de Google axtarış sistemindən istifadə olunmalı idi. Minimum 900 milyon dollarlıq dəyəri olan bu müqaviləni ləğv etmək üçün Fox araşdırmalara başlayıbdı. Analitiklərin fikrinə görə buna səbəb daha yaxşı şərtlərə malik reklam təklifi aldıqlarıdır. Bu təklifi isə Microsoft’un etdiyi deyilir.
Bildiyimiz kimi Microsoft Facebook reklam haqqlarına da sahibdi. Bu yeni müqavilə ilə də sosial platformadalı iki lider adlada işləyəcək. Bununla da həm internet reklam sənayesində google`a bir az daha çatacaq, həmdə rəqibinin ən yaxşı müştərilərindən birini özünə tərəf çəkdiyi üçün prestij qazanacaq.

Tags: