Oxatan.com » » Rəqəmsal incəsənət

Fevral 24

: Rəqəmsal incəsənət

Ustune dinqildat.

 Artıq Oxatan Aznetdən xəbər verməyi bir növ öz öhdəsinə götürüb. Bu dəfəki danışacağımız sayt bir qədər köhnədir. Amma Oxatanın yaşının az olduğunu nəzərə alsaq zənnimcə bu günahdan keçmək olar. Sayt Azart.az -dır. Saytın tematikası və konsepsiya dizayn üzərinə qurulub. Amma buradakılar "template"ləri "edit"ləyərək, altındakı copyright`ı dəyişib nikini yazanlar deyil. Burada bu işlə professional olaraq məşğul olanlar toplanıblar. Düzü mənim özüm də bu saytı çox yeni tanıdım. Ona görə ətraflı gəzinə bilmədim. Zənnimcə sayt 09.03.2007 tarixindən fəaliyyət göstərir. Sayt forumdan ibarətdir və əsasən dizaynerlər öz fikirlərini, işlərini bölüşürlər. Həmişəki kimi bu saytda da bəyənmədiyim birşey var, oda logotipin azərbaycanca saytın isə rus dilində olmasıdır.
 Saytın təşkilatçıları martın 14-nə(2008) bir yığıncaq da təşkil etmək niyyətindədirlər. Deyilənə görə gecəyə bu sahəylə həqiqətən maraqlananlar gəlsə daha yaxşı olar. Hərhalda işə yanaşmada professionallıq yaxşı keyfiyyətdir.


Subscribe      Qaynaq - Oxatan.

Tags: .az art design creative azerbaijan team

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Rek - lam - lar ....
  • Nəyimiz var?...
  • Aznetin “püfff” nöqtələri #2 .
  • Aznetin “püfff” nöqtələri.
  • Google özünə rəqib yetişdirib
  • #1 yazdı: Gurbanov




    Qrup: İstifadəçi
    Qeydiyyat: 24.02.2008
    Sözün düzü pis fikir deyil, amma rusca olması korlayır.
    Belə baxanda bu sayt yanlız profesionallar üçün köməkçi olar. Mən nə profesional dizaynerəm nə də koder. onun üçün onların danışdıqları söhbətlərdən baş açan deyiləm.
    bu cür saytın nə qədər yardımçı ola biləcəyi adamı düşündürür. Məsəlçün mənə bir şey lazım olanda (100% başqa kimin sə də başına gəlib, dünyada neçə milyon net istifadəçisi var) uzağı bir dənə googlelayıram lazım olan köməyi məlumatı tapıram.
       

    #2 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Sitat: Gurbanov
    uzağı bir dənə googlelayıram lazım olan köməyi məlumatı tapıram


    düzü google mənədə kifayət qədər yardımçı olur. Ancaq belə proyektin köməyi ilə bu işlə sırf məşğul olanlar bir birləriin fikirləri ilə də tanış ola bilərlər. bu cəhətdən maraqlıdır belə tematik saytların olmağı çox yaxşıdır. məsələn iqtisadçı və marketerlərin yığışdığı Mak.az. çox sevindiricidirki bu Azərbaycan dilindədir.
       

    #3 yazdı: az-ya




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Rusdilli olmaqları birtərəfə, özündənrazılıqları ilə adamı hövsələdən çıxarırlar.
       

    #4 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Sitat: az-ya
    Rusdilli olmaqları birtərəfə, özündənrazılıqları ilə adamı hövsələdən çıxarırlar.


    düzü insani keyfiyyətləri ilə bağlı bir fikir yürüdə bilməyəcəm. deyilənlər işləri ilə bağlıdır.
       

    #5 yazdı: Gurbanov




    Qrup: İstifadəçi
    Qeydiyyat: 24.02.2008
    Özdən razılıqlarına mən də qoşuluram. Elə bil Azərbaycana bunların ataları çəkib.
    Bizdə aznetin köhnə istifadəçiləri təzələri və Azərbaycan dilinə üstünlük verənləri nəsə saymırlar
       

    #6 yazdı: Sadig




    Qrup: Admin
    Qeydiyyat: 2.02.2008
    Sitat: Gurbanov
    Azərbaycan dilinə üstünlük verənləri nəsə saymırlar

    Düzü mən saytla sizlər qədər tanış deyildim. Siz nəyinki saytın tematikası hətta oradakı userlərin psixologiyası ilə də yaxından tanış imişsiniz.
    Amma birşey deym ki, onların sayıb-saymamağıyla işlər keçmir. Aznetin Azərbaycandilliləri hazırda Aznetin Runetindən daha çox inkişafa meyllidir.. Necəki TV-lərdə dövlət dilinə olan üstünlük özünü yavaş-yavaş göstərir, milli resurslara olan tələbat da azəri dilli resursları önə çəkəcək fikrimcə.
       

    #7 yazdı: Ant0ha1




    Qrup: İstifadəçi
    Qeydiyyat: 9.08.2008
    Íîðìóëü âîîáùå êëàññíî ïðèäóìàíî
       

    Məlumat


    "Ãîñòè" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!