Oxatan.com » Xəbərlərin siyahısı 24.02.2008

Fevral 24

Ustune dinqildat.

 Artıq Oxatan Aznetdən xəbər verməyi bir növ öz öhdəsinə götürüb. Bu dəfəki danışacağımız sayt bir qədər köhnədir. Amma Oxatanın yaşının az olduğunu nəzərə alsaq zənnimcə bu günahdan keçmək olar. Sayt Azart.az -dır. Saytın tematikası və konsepsiya dizayn üzərinə qurulub. Amma buradakılar "template"ləri "edit"ləyərək, altındakı copyright`ı dəyişib nikini yazanlar deyil. Burada bu işlə professional olaraq məşğul olanlar toplanıblar. Düzü mənim özüm də bu saytı çox yeni tanıdım. Ona görə ətraflı gəzinə bilmədim. Zənnimcə sayt 09.03.2007 tarixindən fəaliyyət göstərir. Sayt forumdan ibarətdir və əsasən dizaynerlər öz fikirlərini, işlərini bölüşürlər. Həmişəki kimi bu saytda da bəyənmədiyim birşey var, oda logotipin azərbaycanca saytın isə rus dilində olmasıdır.
 Saytın təşkilatçıları martın 14-nə(2008) bir yığıncaq da təşkil etmək niyyətindədirlər. Deyilənə görə gecəyə bu sahəylə həqiqətən maraqlananlar gəlsə daha yaxşı olar. Hərhalda işə yanaşmada professionallıq yaxşı keyfiyyətdir.

Tags:

Fevral 24

Ustune dinqildat.

İngilis hyder consulting firması inşaatı davam edən və 800 m. yüksəkliyə sahib olacaq Burj Duabi'nin 2 qat artıq yüksəklikdə yeni bir göydələn inşa edəcəklərini açıqlayıblar. 1600 m hündürlüyündə tikiləcək bu bina dünyanın ən hündür binası ünvanını da açıqca əlinə keçirəcək. Verilən məlumata görə tikiləcək binanın yeri olaraq Orta Asiya göstərilibdi.





Tags:

Fevral 24

Ustune dinqildat.

Bu gün bu sistem haqqında eşitdim. Heç kimə sirr deyilki google eyni zamanda hackerlərədə çox kömək edir. Burada axtararaq bir xeyli təhlükəsizlik açıqlarını tapırlar saytların. İndi isə Cult of the Dead Cow (CDC) adlı bir qrup hacker, internet üzərindən bu açıqları tapmaq üçün bir yazılım gerçəkləşdirdiklərini xəbər verirlər. Qrupa görə, goolag scanner adındakı bu proqram ilə təməl proqramçılıq bilgisi olan hər bir kəs bir saytın təhlükəsizlik açığı olduğunu bilər. CDC sayt sahiblərinə xitabən deyibki, goolag scannerdən istifadə edərək hackerlərdən əvvəl saytların açığını tapıb öz tədbirlərini alsınlar. Ətraflı məlumat almaq üçün buranı oxuyun.

Tags: