Oxatan.com » » Ədəb-i yat, yəni yatmaq ədəbi...

Fevral 23

, : Ədəb-i yat, yəni yatmaq ədəbi...

Ustune dinqildat.

Belə bir mövzuda yazmaq ehtiyacını bu yaxınlarda mənzil başına çatmaq üçün hamının “Bulvar” kimi tanıdığı dənizkənarı milli parkdan keçəndən sonra duydum. Düzü yazıb-yazmamaqda tərəddüd etsəm də dedim hərdalda artıq köhnəlmiş mövzu olsa da, belə populistik temalar reytinqi qaldırmağa kömək edir...
Yatmaq ədəbi sözünü bir qədər konkretləşdirsəm və daha aydın ifadə etməyə çalışsam, nəzərdə tutduğumun əslində yataq mədəniyyəti yəni sexual mədəniyyət olduğunu görürəm. Mən ilk dəfə sexual mədəniyyət barədə eşidəndə düzü bir qədər qəribə gəlmişdi. Axı bizim təffəkkürdə gənclərə məsləhət baxımından belə hərəkətlər rəva bilinmir və “pis şeylərdi” və ya “axmaq işlərdi” və ya “tərbiyəsizlikdir” sözləri ilə xarakterizə olunur. İndi mədəniyyət hara sex hara? Sən demə ən pisi bunun mədəniyyətsizliyi imiş.
Belə şeylərə tərbiyəsizlik kimi baxan gənc bilmir ki, bu onda olan fizioloji dəyişiklər onun günahıdırmı yoxsa elə bu cür də olmalıdır. Bunu özlüyündə arşadıranda belə bir məntiqi nəticəyə gəlir ki, bizim reallıqda hamı bunu edir amma olmaz. Qaldı məsələnin həlli yolu...
Bunun üçün sexlə sexsizlik arasında bir anlayış tapmaq lazım idi və buda tapıldı: yüngülvari sex, başqa sözlə “fast sex”. Əcnəbilər “fast food”la dünyada ad çıxardığı kimi bizimkilər də bəlkə bu yeniliklə dünyanı lərzəyə gətirdi? Amma məsələ burasındadır ki, bu fast food`u bir “budka”nı sarı-qırmızı rəngə boyuyub üstünə mc donald`s yazıb istənilən yerə ixrac etmək olursa, bizim bu sanballı yeniliyi ixrac etmək özü də ağır və sanballı işdir. Axı hamının bulvarı yoxdur ?! Qəribə orasıdır ki, bu sahədə daha tolerantlı qərbdə heç vaxt balaca uşaq və qocalar istirahət üçün getdikləri parkda belə ayaqüstü sex nümunələri görmürlər, baxmayaraq ki, oralarda sex daha sərbəstdir.
İstənilən işimizdə olan ata-at bu sahədə də özünü göstərir. Burada da oğlanlar qızlara, qızlar oğlanlara atmaq istəyirlər. Oğlan bu məsələdə daha sərbəst olduğunu düşünür və fikirləşir ki, “əşi bu gün sabah evdəkilər bir “ev qızı” tapacaqlar onsuzs da, cavanlıqdır eləyim....” Qızlar da bilir ki, bu “ev qızı” termininin başlıca göstərici bakirəlikdir və düşünürlər ki, “deməli yalnız onu qorusam iş düzəldi”. Bu ata-atda kim bacarıqlı olsa onun da planı uğurla nəticələnir.
Bu da cavanların yeni tapıntılarına aid atılmış fotolar...


Oxatan

Oxatan

Oxatan

Oxatan.com

oxatan


Subscribe      Qaynaq - Oxatan.

Tags: seks, sex, bulvar, medeniyyet, mədəniyyət

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Oxatan nədir? - Atılmışlar...
  • Bloglarımız... ( B loxlarımız? )
  • İnternetdə "Qızlar axtarış kataloqları"
  • Sosial şəbəkələrdən xəbər.
  • Bir azda yazaq...
  • #1 yazdı: Elvin




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Zor movzudu ela yazmisan, xosum geldi, bu movzu da yazilanlar., deyilenler, baxilanlar, gosterilenler cox olub ama nedense buna bir care yoxdu. Ama buna care de axtarmaq lazim deyil cunki care onlarin ozlerinde deyil. Qaqa bir soznen tebietin qanunu du eee, esitdiyime gore kecmisde bele seyler olmuyub, nese get gede her sey deyisir, maraqlidi goresen axiri nece olacaq? :) Allah axirini xeyir elesin
       

    #2 yazdı: Gurbanov




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Bizimkilər məşhur şeri dəyişib eləyiblər, sexdir mehrabı uca göylərin, sexsiz a dünya nədir dəyərin :)

    Gəl mən də bir təhlil edim. deməli bizim cəmiyyət çox qəribə cəmiyyətdir. biz mentalitetimizi tamam başqa yöndə çatdırmışıq millətə, bu da bu cür fast sexin əmələ gəlməsinə yol açır.
    Bir insanı bir şeydən nə qədər çox qorusan, o qədər can atar elə şeyə.
    Əvvəllər bulvara birbirini sevənlər gedərdi, görüşərdi, lap şans olsa bir dənə baç eliyərdi :) O sovetin bizim mentalitete qatdığı bir yad element idi, sovet dağıldı o da dağıldı. Köhnə bazar mədəniyyətimizə qayıdırıq.
    2 üzlülük bu millətin sonunu gətirəcək. Açıq şəkildə istədiyi xoşuna gələn oğlannan yatıb duran qıza hörmətim daha böyükdür, nəinki bulvardakı "bakirələrə" və yaxud sevdiklərinə arxasını dönənlərə(özünüz bildiniz :)
       

    #3 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Sitat: Gurbanov
    Açıq şəkildə istədiyi xoşuna gələn oğlannan yatıb duran qıza hörmətim daha böyükdür, nəinki bulvardakı "bakirələrə"


    bax burada tamamilə razıyam sizinlə. ən azından sevdiyi ilə bölüşür o hissləri. Ancaq bu bulvardakı`lar heç özləridə qarşı tərəfə bir ad verə bilmirlər. Yan - yana olanda sevgili, kənarda olanda nə bilim nə....

    Sitat: Elvin
    esitdiyime gore kecmisde bele seyler olmuyub, nese get gede her sey deyisir,


    buda hələ sual altındadır. Bizim folklorumuza baxanda elə bu sual yaranır. "Sevgililər günü"nə aid yazıda baxılıb bir az folklora =).
       

    #4 yazdı: farid




    Qrup: İstifadəçi
    Qeydiyyat: 4.05.2008
    yeri varrrrrrrrrr............
       

    #5 yazdı: Leyla




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Cox yerinde olan bir movzudur. Bilirsiz, ele seyler gorende,esidende adam herseyden soyuyur. Men ozum nisanliyam, ozude sevdiyim birine. Birce onu deye bilerem ki, heqiqeten sevevn 1 oglan hecaxt qizina camaatin gozu qabaginda toxunmaz ozu de bulvar kimi qaynar yerde, ozude yungul intim hereketlerle. Hec bi oglan gelecek ovladlarinin anasina, evinin xanimina yolun ortasinda sarlib camaata bunu numayis etdirmez. Her halda bu menim fikrime gore yaxsi 1 sey deyil. Sohbet sadece mehribanliq, nevazisle olan munasibetden getmir/ Burada sirf intim, ehtiras hissinden dogan munasibetden gedir/
       

    #6 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Sitat: Leyla
    heqiqeten sevevn 1 oglan hecaxt qizina camaatin gozu qabaginda toxunmaz ozu de bulvar kimi qaynar yerde,


    yalnızca sevən yox adicə hörmət edən biri belə bunu etməz. istər özünə istərsədə qarşısındakına...
       

    #7 yazdı: X_a_N




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    cox haqlisiniz Leyla xanim.men sizin sohbetinizle raziyam.
       

    #8 yazdı: Sade




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    1 qiz sevmishem urekden...ona neinki toxunmaq,onun uzune bele baxa bilmirdim.sohbet utanmaqdan getmir..sadece indiki cavanklar,chox teessuf ki,"sevgili" terminin sehf anlayirlar.hech kime ders kechmek fikrim yoxdu,sadece hami gerek hereketlerine cavabdeh olsun ve ozune xosh getmeyen hereketleri elemesun....evvel qizlari evde qoruyardilar ki,zemane pisdir,indi ise oglanlari qoruyurlar ki pis yola dushmesun...zemane hemin zemanedi,dunya da hemin dunyadi,butun chatishmazliqlarin sebebkari cemiyyetimizdi..daha dogru desek,cemiyyetin bezi "qeyretli" numayendeleri..
       

    #9 yazdı: TORPAQ




    Qrup: İstifadəçi
    Qeydiyyat: 2.07.2009
    men burda yeniyem.movzuya baxanda gozel movzudu.amma bir emmasi var.oda nedi deyim,bilim.baxin shekiller cekilib,fikirler de yazilib.shekilleri cekende bacarib ele cekmek lazimdirki, oqlanin ve qizin sifetleri aydin dushsun.bele olan halda o bu niyyetle bulvara geden dirnaq arasi ashiqler ve meshuqlar bir-iki tanishinin menzereli sheklini gorenden sonra bulvara deyil,belke birlikde yataqa getsinler.hemde zamane eledirki,atalar da,analar da,internete daxil olub bu melumatlari oxuya ve shekillerine baxa bilirler.oz ovladinin bulvarda cekilmish sheklini goren valideyn ya onu tenbeh eder,hercendki beleleri abirsiz olur,yada ovladlarinin alovlarini sondurmek ucun evlendirerler.DIQQETLE FIKIR verin ,eger shekiller siz fotoqraflarin sayesinde daha yaxshi cekilse ve sytda onlarin cekilmish shekillerine aid bolme yaradilsa ve orda yerleshdirilse,hem bulvar qeyret beylerden ve xanimlardan temizlener,hem insanlarin hissleri adileshmez,hem daha saqlam cemiyyet yetisher,hem de biz ailemizle ve ushaqlarimizla rahat dincelerik.
       

    Məlumat


    "Ãîñòè" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!