Oxatan.com » Xəbərlərin siyahısı 21.02.2008

Fevral 21

Ustune dinqildat.

Deyəsən Aznetdə yeni dəb başlayır. Növbəti sosial şəbəkə haqqında xəbər. Düzü bu dəfə ətraflıca yazmaq nəsib olmayacaq. Səbəbi isə saytın çox sadə olmasıdı. Foto albom, blog və qrup yarada biləcəyiniz bir sosial sistemidir. Servisi isə a-z.az saytına məxsus emi.az şəbəkəsi verir. Sistem bir qədər sadəliyi ilə seçilir. Axtarış sistemi də həmçinin sadədir. Ətraflı axtarışı olmadığından parametrlərə görə axtarış etmək olmur. Ən böyük irad isə əlbəttə Azərbaycanın sosial şəbəkəsi devizi altında fəaliyyətə başlayan saytın rus dilində fəaliyyət göstərməsidir. Belə olan halda, mən rus dilində sosial şəbəkədə qeydiyyat olmaq istəsəm daha geniş Azərbaycanlı auditoriyasına malik my.mail.ru saytını seçərdim. Emi.az`a qayıtsaq isə son olaraq deyə bilərəmki, sayt paylaşım saytı olaraq deyil, ünsiyyət saytı olaraq nəzərdə tutulub. Hər halda uğurlar.

Tags:

Fevral 21

Ustune dinqildat.

Qulaq gündə bir şey eşitməsə kar olar deyiblər. Bu dəfə isə xəbər dünyaya .com domain sonluğunu satan ICANN`dan olacaq. Deyilənə görə şirkət bundan sonra yeni domain adları təklif edəcək. Yaxın zamanlarda ".pdf" və ya ".mp3" kimi domain adlarını internet aləmində görmək mümkün olacaq. Bunun yanında artıq nömrəli domainlərdə görə biləcəyik. Məsələn: www.oxatan.123. Subyektiv olaraq isə demək yerinə düşərki bunların heç biri .com domainin yerini verməz. İnternet deyəndə ağıla gələn ilk domaindir .com. Bir haldakı browserdə domainin sonluğunu yazmadanda daxil olmaq mümkündür demək bu ən yaxşıdır. Məsələn adress bar da sadəcə oxatan yazıb CTRL+ ENTER düyməsini sıxanda birbaşa http://www.oxatan.com/ a daxil olur. Yəni hər nə qədər yeni domainlər təklif olunsada sadəcə rəngarənglik üçündür...

Tags:

Fevral 21

Ustune dinqildat.

Mobil telefonlarda müxtəlif oyunların mövcudluğu ilə indi heç kimi təəccübləndirmək olmaz. Amma Yaponiyanın FİT şirkətinin yaratdığı "Ippon Zuri" oyunu kimi istəsən gülümsəməyə məcbur edir. Mobil telefonunda virtual balıqçılıqla məşğul olan şəxs oyun bitdikdən sonra heç də virtual olmayan balıqlara sahib çıxır. Bəli. "NTT DoCoMo" mobil operatoru Fukuoka prefekturasında yaşayan abonentlərinə belə bir xidmət təklfi edir. Telefonuna bu oyunu yükləyən yaponiyalı virtual dənizə virtual qarmaq ataraq bəxtini sınamağa başlayır. Amma artıq qeyd edildiyi kimi, uğur qazananları əsl balıqlar gözləyir. İştirakçıya çevrilmək üçün oyunun internet saytında qeydiyyatdan keçmək lazımdır. 3 seansda bəxtini sınamaq istəyənlər 9,3 dollar ödəməlidirlər.

Tags: