Oxatan.com » Xəbərlərin siyahısı 14.02.2008

Fevral 14

Ustune dinqildat.

İndi istənilən sayt açan şəxs öz saytını dərhal bu statistika sistemlərinə üzv edir. Həm bu saytın tanınmasını bir qədər asanlaşdırır. Həm saytının digərləri ilə necə rəqabətini aydın görmək olur. Bu yolla asan olaraq sayta keçidləri, hansı səhifələrin çox istifadəsini və s. bilmək olur.  Aznetdə ən çox istifadə olunan isə papulyar rus aytı olan Mail.ru`nun statistika ölçənidir. Demək olarki ən ideal ölçənlərdəndə biridir. Bir çox xüsusiyyət ilə çox əlverişli imkanlar təqdim edir. Belə sistemlər Bizim internet dünyamızda da var. Bunlar haqqında fikirlərim, və müşahidələrim:

Tags:

Fevral 14

Ustune dinqildat.

Əksər istifadəçilərə internet deyəndə gözünün önündə Explorer`in simvolu canlanır. Əksəriyyət gözünü açıb onda hansısa bir sayta daxil olubdur. Ümumi statistikaya görədə elə bu browser istifadəyə görə dünaya lider səviyyədədir. Ən böyük səbəb isə Windows əməliyyat sistemində bunun ilk dəfədən quraşdırılmasıdır. Ancaq son dövrlərdə Firefox ciddi olaraq rəqib sayıla bilər Explorer üçün. Getdikcə bütün dünyada sürətlə istifadə səviyyəsi yüksələn Firefox getdikcədə özünü təkmilləşdirir. Artıq növbəti versiyası çıxıb. Firefox Setup 3.0 Beta 3 adlanır. Saytına buradan daxil ola bilərsiniz. Əgər Türk dilində versiyası istəsəz buradan yükləyin. Ətraflı məlumatı buradan əldə edin. Xüsusiyyətləri üçün isə  buranı oxuyun.

Tags:

Fevral 14

Ustune dinqildat.

Bu gün ilin ilk sevgililər gününü yaşayırıq. Hə, heç bir xalqda olmayan iki sevgililər günündən birini. Hər nə qədər bu gün milli olmasada hər kəs öz sevgilisinə hədiyyə alır. Hünəri də nədir almasın. Yoxsa barışmaq üçün ondan çox xərci çıxacaq. Qabaqdan axı 8 martda gəlir. Gərək özünü bağışlatmaq üçün həmin günü olduqca bahalı hədiyyə ala. Üstəlik barışmaq üçün edəcəyi jestlərdə pul tələb edir. Böyüklərimizin həmişə "zəmanə korlanıb" demələri acığıma gəlirdi. Kim belə deyirsə onunla mübahisə edirdimki əvvəldəndə belə olmuşuqda. Elə dastanlarımızda filan hamsında yazılıbdı. Həmişədə inanmırdımki indiki gənclər arasında belə fikirli başqasıda olsun. Bu gün gördümki sən demə varmış. Gün səhər qəzetinin yazarlarından biri olan Şəbnəm Bəkirzadə`nin yazısını oxuyanda elə bilki çoxdandır demək istədiklərimi o yazırdı. Tamamilə üst - üstə düşür yazıdakı fikirlərlə mənim fikirlərim. Ona görədə özüm birdə bu mövzu haqqında yazmaq istəmədim. Ətraflı oxuyaraq sizdə bu yazı ilə tanış ola bilərsiniz. Elə müəllif demişkən 14 fevral bayramınız mübarək, ey sev(iş)ənlər!

Tags: