Oxatan.com » Xəbərlərin siyahısı 13.02.2008

Fevral 13

Ustune dinqildat.

İnterneti bir az gəzəndə yenə bir neçə yeni saytın olduğunu gördüm. Yenə klassik ənənəyə sahib olan ənənəvi saytlarda çıxdı qarşıma. Hətta zövqsüz və ancaq HTML dən ibarət, heç bir style`i olmayan jurnal saytı ilə də rastlaşdım. Belə nümunələrin onsuzda çoxluğunu nəzər alıb bir az fərqli formatda olan saytlar barədə məlumat vermək istədim. Bu dəfə seçdiyim saytlar iqtisadi yönümlü saytlardır. Bu sahənin Azərbaycanın internet məkanında heç inkişaf etmədiyi deyilməsədə açıq aydın üzdə olan gerçəklikdi. Bizdə nə webmoney nə də paypal kimi şərti ineternet pul vahidləri yoxdur. Uzun müddətdə belə yenilik gözləməyənlərdənəm düzü. Onsuzda bizdə eBay kimi bir saytın yaranmasını ümid etmək sadəlövhlük olardı. Ancaq internet üzərindən alış - veriş etməkdə hamımızın ürəyindən keçir. Eşitdiyimə görə Azərbaycanda yaxın vaxtlarda bunun lisenziyasını alan bank olub. Görək gələcəkdə nələr olacaq. İndi isə yazının əvvəlində dediyim saytlar: Ətraflı oxuyaraq görə bilərsiz

Tags: