Oxatan.com » » Aznetin “püfff” nöqtələri.

Fevral 09

: Aznetin “püfff” nöqtələri.

Ustune dinqildat.

Azəri saytlarında gəzinəndə görürsən ki, istifadəçilərin və sayt sahiblərinin heç də hamısı nəyin nə olduğunu bilmirlər. Ona görə məndə aznetin “püff”(yəni o qədərdə xoş olmayan, iy verən məqamlarını) öz fikrimcə, öz anlayışımla açmağa, izah etməyə çalışdım. Razı olmayanlar şərh verə bilərlər.


  • Əgər aznetdə sayt sahibisinizsə ən əsası onu bilməlisiz ki, Aznetdə heç kimdən host almaq olmaz. Çünki istədikləri vaxt sizin faylları sizin icazəniz olmadan yaxşı qiymətə başqalarına sata bilərlər.
  • Əgər aznetdə sayt sahibisinizsə bilməlisiz ki, reytinqiniz 100-ü keçəndən sonra 100% sizə özünü xaker zənn edən mərdimazarlar müxtəlif proqramlar vasitəsilə “DOS” atak edəcəklər.
  • Əgər aznetdə sayt sahibisinizsə bilməlisiz ki, hər gün 10-15 dənə bacıoğlu nikli adamdan saytın xak ediləcəyi barədə və ya özünü xaker saytları kimi qələmə verən bəzi saytlardan gözünüzü qorxutmaq üçün pulsuz reklam təklifləri alacaqsınız.
  • Əgər aznetdə sayt sahibisinizsə bilməlisiz ki, aznetdə istifadəçilərin səviyyəsi(hamısının yox, amma əksəriyyətinin) şou-biznesdəki müğənnilərin səviyyəsindən o tərəfə getmir. Lahiyə seçəndə diqqətli olun.
  • Sayt sahibisinizsə bilməlisiz ki, Aznetdə ZəngimCELL`i olmayan sayta belə birtəhər baxırlar. (Amma əslində aznetdən pul qazanmağın başqa yolu da yoxdur).
  • Əgər aznetdə sayt sahibisinizsə bilməlisiz ki, Aznetdə sayta reklam götürmək üçün “tanışlarınız” olmalıdır, yoxsa ancaq banner mübadiləsi ilə saytı yola verməli olacaqsınız.
  • Əgər aznetdə istifadəçisinizsə bilməlisiz ki, heç də çoxgirilən sayt səviyyəli demək deyil.
  • Əgər aznetdə istifadəçisinizsə bilməlisiz ki, hər “script install” edən proqramist və hər “template” atan dizayner deyil.
  • Əgər aznetdə istifadəçisinizsə bilməlisiz ki, hər gördüyünüz “exclusive” sözünə inanmaq lazım deyil.
  • Əgər aznetdə istifadəçisinizsə bilməlisiz ki, Aznetdə indiyənə kimi yaxşı informasiyalı və bilikli proqramçıların yığışdığı yeganə sayt securitylab.az idi və hər fonu qara rəngə boyamış saytda xakerlər oturmur. Aznetdə xaker yoxdu, ancaq rus və türk forumlarının köhnəlmiş mövzuları var.
  • Əgər aznetdə istifadəçisinizsə bilməlisiz ki, Aznet də Azərbaycan kimi iki dillidir, rusdilli aznet və azərbaycandilli aznet.
  • Əgər aznetdə istifadəçisinizsə bilməlisiz ki, bir-iki ilə hamının wap saytı olacaq.
  • Əgər aznetdə istifadəçisinizsə bilməlisiz ki, chatda mütamadi otursanız nə vaxtsa dalaşmalı olacaqsınız.
  • Əgər aznetdə istifadəçisinizsə bilməlisiz ki, internet kluba gedəndə “əleyhqaz” taxmalısız yoxsa siqaret tüstüsündən nəfəs almaq mümkün olmayacaq.


Subscribe      Qaynaq - Oxatan.

Tags: aznet, host, web, wap, internet, klub, dizayner, webmaster, proqramist, xaker, hacker, user, istifadəçi

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Aznetin “püfff” nöqtələri #2 .
  • Rek - lam - lar ....
  • Statistika sistemlərimiz
  • Bloglarımız... ( B loxlarımız? )
  • Bizdə olanlar
  • #1 yazdı: 897344




    Qrup: İstifadəçi
    Qeydiyyat: 9.02.2008
    Oxatan qərdeş,

    Yazdığın bütün punktlara mən də barmaq basıram, hamısını düz buyurubsan.

    Hələ də Azərbaycan internetində səviyyəli, ciddi layihələrin həsrətindəyəm. Bu işə ciddi sərmayə, pul tələb edir. Hələ intellektual səviyyəni demirəmm. Bizim "biznesmen"lərin pulları isə hələ də ya şadlıq evi tikintisinə, ya da mobil telefon mağazası açılmasına gedir.

    Nə isə.

    Xoşca qal.
       

    #2 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    əlbəttə bu Aznetdə səviyyə çatışmamazlığından irəli gələn məsələdir. Bizdə pulu ancaq gündə biri başlayan mənasız reality şoulara qoyur biznesmənlər. lakin bu da onların itirəcəyi bir şeydir. indi dünyada ən çox səs gətirən alqı satqı xəbərləri məhz internet üzərindən olanlardır. camaat yahooya edilən təklifi danışıb bitirməmiş artıq Yahoo satın alır
       

    #3 yazdı: Sadig




    Qrup: Admin
    Qeydiyyat: 2.02.2008
    Sitat: 897344
    Oxatan qərdeş,

    Xoşca gəlmisən.
    Elə məndə səninlə razıyam. Amma biznesmənlərdə qoyduqları işdən pul götürməyə maraqlıdırlar. Bizdə də bu sahədə hələ pul yoxdur, çünki istifadəçi maraqlarımı deyim, səviyyəsimi deyim lazımi həddə deyil, buda inkişafı ləngidir. amma belə baxanda istifadəçilərə də nəyi təqdim edirlər onu da qəbul etməyə çalışır. səviyyəli lahiyələr azaldıqca "yüngül" proektlərin ayağı açılır.
    Amma inanmaq istəyirəm ki, istifadəçilər artıq belə saytlardan, proektlərdən doyublar, çox çəkməz səviyyəli proektləri özləri tələb edəcəklər.
       

    #4 yazdı: Murad




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Xoşum gəldi yazdıqlarınızdan! Düz nöqtəsinə toxunmusunuz!!! Bir saytın admini kimi ibrət götürmək lazımdır.

    ZəngimCell ə gəlincə, məndə də var, amma qəbahətli bir şey görmürəm burda. Begun.ru, link.ru kimi kapital qoyan portal heç vaxt azərbaycanda olmayacaq...

    Script və designə gəlincə, Aznetin 99% i DLE dən istifadə edir. (məndən başqa) =))

    Bəyənilsin =) Avtor hüquqlarını qoruyaraq postunuzu copy-paste edirəm özümə =))
       

    #5 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Sitat: Murad

    ZəngimCell ə gəlincə, məndə də var, amma qəbahətli bir şey görmürəm burda.


    əlbəttə çox qəbahətli nəsə yoxdur. elə mötərizə içərisində qeyd olunubduki pul qazanmağın Aznetdə demək olarki başqa yoluda yoxdur. amma hər halda bəzi saytlarda zengimcell məsələsinin qabardılması həddini aşır. bir növ contenti sırf zengimcell satmaq üçün təşkil edirlər..

    Sitat: Murad
    Bəyənilsin =) Avtor hüquqlarını qoruyaraq postunuzu copy-paste edirəm özümə =))


    belə idarəçilərdən yaman az qalıbdı =).
       

    #6 yazdı: Samir




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Qaqa, niyə AzNetdə kontentin 99% attıq olduğunu yazmamısan? Məncə bunu gərək 1-ci yazaydın. Nümunə lazımdır?

    Ikincisi, sayt sahibləri gətiyyən başqa saytlara link vermək istəmirlər. Bütün başqa saytları düşmən sayırlar. Mən bir qayda olaraq çalışıram başqa saytların linkini yerləştirim. Və inanın heçnə itirmirəm, ancaq qazanıram.

    3-cüsü, heç kim başqasının rekamına tıklamır. İstəyir AdSense olsun, istəyir Begun, ya da başqası. Linki copy edirlər, yeni pəncərədə açırlar, nə bilim min oyundan çıxırlar, təki başqasına 1 sentlik də olsa xeyir verməsinlər. Mən hər xoşuma qələn saytda reklama tıklayıram. Qoy xeyir olsun.
       

    #7 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Sitat: Samir
    niyə AzNetdə kontentin 99% attıq olduğunu yazmamısan?


    əslində blogdakı ümumi konsepsiyada content oğurluğuna mövqe bildirilibdi.ona görə ilk yerlər verilməyibdi. əgər sizində bir neçə belə misalınız varsa növbəti hissəsini sizin müəllifliyinizdən məmnuniyyətlə oxuyardım.
       

    #8 yazdı: BOZGURD




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Samir düz yazıb haa, Aznetdə skript/kontent və s. çoxusu attıqdır. Attıq olmasa da, və ya lisenziya deyilən şey sayt sahibi üçün ata-ana söyüşünə bənzər söz olmasa da, saytların çoxusu ya DataLife, ya da Joomla kimi zəifliklərlə dolu sistemlər üzərində qurulur.

    Yeri gəlmiş, Oxatan qərdeş, SecurityLab.AZ-ı təzədən işə saldım haaa winked
       

    #9 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Sitat: BOZGURD
    Yeri gəlmiş, Oxatan qərdeş, SecurityLab.AZ-ı təzədən işə saldım haaa


    Xeyirli uğurlu olsun sayt. inşa Allah əvvəlki kimi aktiv fəaliyyət göstərər. Eyni zamanda forumu da tezliklə aktivləşər.
       

    #10 yazdı: Sadig




    Qrup: Admin
    Qeydiyyat: 2.02.2008
    Sitat: Shaig M
    Oxatan qərdeş, SecurityLab.AZ-ı təzədən işə saldım haaa

    Uğurlar Bozqurd qərdeş +) İnşa Allah xeyrin GÖRƏK...
       

    Məlumat


    "Ãîñòè" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!