Oxatan.com » Xəbərlərin siyahısı 08.02.2008

Fevral 08

Ustune dinqildat.

Həmişə qız-oğlan münasibətləri aktual və biraz da qəliz məsələ olub. Qabaqlar seçdiyin qızla görüşə bilmək problem idisə, indi onun səndən başqaları ilə görüşüb-görüşməməsi problemi yaranır. Düzü yəqin ki, hər dövrdə zəmanə adamları deyib ki, "əşi indi evlənmək çətin məsələdi". İndi də hamı deyir ki, evlənmək çətindir. Halal süd əmmişin birini tapmaq çətin işdir. "nə biləsən hansı yuvanın quşudur?!". Amma artıq deyəsən bu problem də internetin köməkliyi ilə həll olunacaq. İndi sadalayacağım proseduralardan sonra bəlkə də oğlanlar daha rahat qız seçimi edə biləcəklər. (Qızlardan çox-çox üzr istəyirəm, hələki düzəməlli oğlanı necə tapmaq olar, onun resepti haqqında bir fikrim yoxdur. çünki mənə lazım olmayıb :) ) Prosedura biraz uzun olduğundan Ətraflı-da yazmalı oldum.

Tags:

Fevral 08

Ustune dinqildat.

Bu əcnəbilər heç dərd çəkməyə dözümlü deyillər. Bir problem olan kimi texnologiyanı köməyə çağırırlar. İndi də görüblər ki, pərdələr işığın qarşısını kəsir birşey fikirləşib bu problemi də həll eləməyə çalışıblar. Bu çətin işin öhdəsindən Floria Krätli gəlib. O maqnetik pərdə fikirləşib. bu pərdəni necə əzsəniz, necə qatlasanız o formada da qalır. Bundan sui istifadə edib dəbli interyer yaratmaq da olar. (davamına 1-2 foto daha atılıb)




Tags:

Fevral 08

oxatan.com

İllərdir kişilərimiz(oğlanlarımız) sevgililərini və ya xanımlarını kinoya apararkən güzəştə getməli olurlar, filmi əsasən xanımlar seçirlər. Bu indi də belədir. Kişilər üçün nəzərdə tutulmuş internet saytlarının birində, "Hər kişinin ölmədən öncə, mütləq izləməli olduğu 100 film" adı altında bu yazını görəndə, maraqlı gəldi görəsən bunlardan neçəsinə baxmışam, neçəsinə yox. Beləliklə siyahını təqdim edirəm çalışıb baxın. Adları ingiliscədir gərək bağışlayasınız. Fikrimcə özünüz də siyahıya əlavə və dəyişiklər edə bilərsiniz. (Siyahını görmək üçün ətraflıca oxuyun..)

Tags:

Fevral 08

Ustune dinqildat.

Aznetdə olan bloglardan bəzilərinə ürəyimdən keçəni ( amma hamsını yox ) yazmaq istədim. Maraqlıdı görən bizdə heç oxucular blogun nə olduğunu bilirlərmi? Bir neçə vaxt bundan əvvəl Aznetdə fəaliyyətə başlayan Azeriblog.com saytının səhv etmirəmsə yaradıcısının şəxsi blogundan çıxardığım nəticəyə görə, Aznetdə blogun nə olduğunu bilmirlər fikrinin tək mənə aid olmadığını gördüm. Böyük ümidlərlə açdığı bu sistem belə görsənirki istənilən rəğbəti görməyibdiki qəmli notlarla yazıb. Başa düşülən reaksiyanı verib düzü. Bizim netdə axı blog anlayışı hələ tam aydınlaşmayıbdı. Əslində kifayət qədər yüksək reytinqə malik bloglarda var. Amma niyəsə adlarına blog demirlər. Bu mıx.az dı baku.vs di joy.az dı hamsı bloglardı ( hərçənd heç birinin oxucu səviyyəsi qane edici deyil, ola bilsin kontentə görədi ) sadəcə adlarını əyləncə portalı qoyub camaatın canına vəba kimi xəstəlik salıblar. Hər yerindən duranda onlara baxıb oxşarını götürüb düzüb qoşurki mənimdə "portal"ım var. ( əlbəttə hər DLEnin bəzəyi olan burada sizin reklam ola bilər divar yazısı, ekskluziv xəbərləri və zengimcell kodları ilə ). Hətta mənə maraqlı gələn isə bir vaxtlar onları tənqid edən fox.az belə artıq ümumi ənənəyə qoşulub oda özünə eyni ilə bu bloglardan birin təşkil edibdi. Reytinqin yolu birdir də . İndi bizim ölkədə bir azdan hər bir internet istifadəçisinə bir sayt düşəcək. Necə deyərlər sayı çox sambalı yox.Hələki bizdə Azeriblog kimi saytların mahiyyətini az adam başa düşür. Yaxın gələcəkdə də başa düşən çətin tapılsın. Hələ bizim netə Web 2.0 texnalogiyası güclə gəlib çıxır. Google`ə birdən birə qurulmayıba , əvvəllər olarında çətinliyi olub yavaş yavaş böyüyüblərdə. Birdəki Azeriblogun indi ən böyük rəqibi ucoz.ru dur. Xarici mal keyfiyyətli olar prinsipi iləmi camaat ona belə doğma münasibət göstərir bilmirəm. Yoxsa ucoz ru öz adına blog yox portal deyirmi camaat başa düşür o da müəmmalıdır. Nəhayət isə deyə bilərəmki bAzNet də düz əməlli bloglar çox azdır. Çox məhəbbətlə izlədiyim isə heç yoxdur. Yoxsa elə yazar yox oxucu olardım.

Amma onu deyimki yaxşılarıda yaddan çıxarmasaq yaxşıdır. Hərçənd onları saymaq çox asan olsa belə. Arada bir blogda yazmaq üçün informasiyalarında da yararlandığım bir iki blogu qeyd edim. baz.az gurbanov.net azerbaycan.lı birincidir.azeriblog.com . Hər bir blogun yazarı və ya yazarlarına uğurlar....

Tags: