Oxatan.com > --- > Oxatan nədir? - Atılmışlar...

Oxatan nədir? - Atılmışlar...


Fevral 07. Ðàçìåñòèë: Sadig
Oxatan nədir? - Atılmışlar... İnternetin atılmışları - Oxatan`da... ( Bütün hüquqları atılıb )
Fikrimcə bu dəqiqə Azəri mühitində atmaq və atılmaq çox aktual bir məsələdir. Kimisi pul atır, kimisi söz atır, kimisi göz atır, kimisi uşağını atır, kimisi ərini atır (gedir Dubaya), kimisi ailəsin atır (gedir Rusyetə), kimisi də "prosta" atır. Mən də bu ata-at`a laqeyid qala bilməzdim. Öz-özümə fikirləşirdim ki, görəsən mən nə ata bilərəm? Bu fikirlə internetdə gəzişirdim ki, birdən diqqətimi o cəlb etdi ki, eyni materialı 4-5 saytda Exclusive adıyla görürəm. Deməli ya mən exclusive sözünün mənasını bilmirəm, yada bu “atanşikliyin” yeni bir növü - Content atışı adlı, müğənnilər demişkən - yeni kateqoriyasıdır. Onda başımın üstündə bir lampa yandı ki, bu əsl mən axtarandır. Dedim ki, "mən də səni alaram blog açaram, məndə bir bəy olaram :) ". Blogun konseptini düşünəndə fikirləşdim ki, özüm də arada bir bir-iki yazı əlavə edərəm. Real həyatdan artıq təcrübəm var idi ki, mənim fikirlərim bir balaca insanlarda narahatçılıq yaradır, - Ox batmış kimi olurlar. Bu vaxt konsepti də tapdım və başımın üstündə bir lampa da yandı (o vaxtdan artıq işıq pulu vermirik). konsept iki hissləi olacaq - OX təhlil, müzakirə və məlumatlar və ATAN müxətlif yerlərdən götürülmüş kontentlər. Qalmışdı bölmələri fikirləşmək...

CızmaQara - "Məşədi İbadın papaq məsələsi" kimi nə qədər fırladımsa original bölmələr fikirləşə bilmədim. Məndə dedim ki, bu bölmələrdən birinə elə ad qoymaq lazımdır ki., nə gəldi yazmaq olsun. Birdən uşaqlıqda qaraladığım dəftərlərim - Qaralamalarım yadıma düşdü və “CızmaQara” yarandı.
OXay – Öz-özümə fikirləşdim ki, bölmələrdən biri elə olmalıdır ki, hamıya “ləzzət” eləsin, o biri saytlardan geridə qalmayım, axı mənim nəyim əksikdir? Birdən “dubtıs” mahnılardan biri yadıma düşdü, “OXay” da belə yarandı.
BaMəzə - Dedim ki, bir dənə də gülməli bölmə olmalıdır. Ad tapmaq çətin idi, bölmə adı “Gülməli” olsa – yox effektiv deyil, “Gülməcə” olsa – yox artıq dəbdən düşüb, üstəlik də işlənmiş addır mənim kimi bir Oxatana bölmə adını atmaq yaraşmaz, “Lətifələr” olsa – yox ancaq ora lətifə yazmıyacam ki, foto, video nə gəldi əlimə atacam… Birdən keçmiş kişilərin bir-birinə “ Bratan yaman prikolnı oğlandı” əvəzinə dediyi, “ Yaman baməzə kişidir” sözü yadıma düşdü.. BaMəzə də belə yarandı.
Mənə nə? – Bu bölməyə ad seçmək çətin olmadı. Çünki, mənə maraqlı məlumatları həvəslə danışanda çoxları “ Bundan mənə nə əşşi?... Gör nə deyirəm təzə bir dənə “super romantiçni” mahnı tapmışam adamı lap ağladır..” deyirdilər. Burdan da “Mənə nə?” yarandı.
bAznet – Kəlmələrlə oynamağı xoşlayıram. Bu bölmə adını “ Bir az inter net”dən alıb. Qısaldıb birazda mətnaltı məna yüklədikdən sonra, qısaca “bAznet” oldu.
TaxNo – İnternetdə blog açasan və Texnologiya barəsində yazmayasan. Amma problem orasındadır ki, həmyaşıdlarımın çoxu texnologiyanı qulaqlarına “nauşnik” taxmaqdan ibarət hesab edirlər. Məndə burda texnologiyadan biri iki yazı yazıb demək istədim ki. “Qulağına taxırsan Tax, NO hər əlinə gələni yox”. Burdan da “TaxNo” yarandı.
Atmalı – Öz-özümə götür qoy etdim ki, əgər ürəyindən keçənləri 800 000 internet istifadəçisi olan bir ölkədə yazasan və heç kim oxumaya, bunun nə mənası? Deməli blog`da reytinq lazımdı. Bir balaca çoxgirilən saytların “şyotçik”lərindən araşdırdım ki, bu saytlarda ən çox nə axtarılır? Baxdım ən “xod gedən” material: foto, mp3, video, program, 3gp – əsasən yükləmələrdir (bizim millətin oxumaqla arası yoxdur deyəsən). Məndə dedim ki, “hamıya atmaq olar mənə yox?” və belə materialları ümumi bir başlıq altında – “İnternetdən kompyuterinizə atmalı materiallar”, qisaca “ATmalı” adı altında birləşdirdim.

Amma mən elə-belə “atanşik” deyiləm, hər işin öz “panyatkası” var. Əsl atanşik olmağın da öz qaydaları var. Məlumatı hardan atmışamsa hər yazının sonunda “ Qaynaq” olaraq həmin saytı göstərirəm. Amma xarici saytlar inciməsin əziyyətlə tərcümə edib üstəlik birdə mənbə göstərəsi deyiləm…
Birdəki onu qeyd edim ki, saytın bütün hüquqları atılıb, yəni mənimlə “content” davası eləmək əbəsdir. Onu da qeyd edim ki, indi blogların hamsıı kimi, bizdə saytdakı məlumatlara, şərhlərə “zada” görə məsuliyyət daşımırıq.

Əgər blog sizin də ürəyinizcədirsə, sizin də göstərməli bir şeyiniz(materialınız), yazmağa sözünüz varsa qeydiyyatdan keçib “ XƏBƏR YAZ” bölməsindən yazın. Yada e-maillə oxatan_com@yahoo.com adresinə göndərin, məsləhət bilsək yayımlayaq.