İnternetin atılmışları - Oxatan`da... ( Bütün hüquqları atılıb )
Fikrimcə bu dəqiqə Azəri mühitində atmaq və atılmaq çox aktual bir məsələdir. Kimisi pul
atır, kimisi söz
atır, kimisi göz
atır, kimisi uşağını
atır, kimisi ərini
atır (gedir Dubaya), kimisi ailəsin
atır (gedir Rusyetə), kimisi də "prosta"
atır.
Mən də bu ata-at`a laqeyid qala bilməzdim. Öz-özümə fikirləşirdim ki,
görəsən mən nə ata bilərəm? Bu fikirlə internetdə gəzişirdim ki, birdən
diqqətimi o cəlb etdi ki, eyni materialı 4-5 saytda Exclusive adıyla
görürəm. Deməli ya mən exclusive sözünün mənasını bilmirəm, yada bu
“atanşikliyin” yeni bir növü -
Content atışı
adlı, müğənnilər demişkən - yeni kateqoriyasıdır. Onda başımın üstündə
bir lampa yandı ki, bu əsl mən axtarandır. Dedim ki, "mən də
səni alaram blog açaram, məndə bir bəy olaram :) ".... (
ətraflı oxuyun)
Əgər blog sizin də ürəyinizcədirsə, sizin də göstərməli bir şeyiniz(materialınız), yazmağa sözünüz varsa qeydiyyatdan keçib “
XƏBƏR YAZ” bölməsindən yazın. Yada e-maillə oxatan_com@yahoo.com adresinə göndərin, məsləhət bilsək yayımlayaq.