Oxatan.com » Mənə nə?

Mart 09

Ustune dinqildat.

Düzdü bir az gec oldu yazı. Ancaq həftə sonu şəhərdən kənarda olmağım və bayram günüdə bir az başımın qarışıq olmasını səbəb gətirib üzr istəyək bu gün təbrik mesajını yazıram. Mən belə dilli-ağızlı təbrik bacarmıram heyifki. Ona görə sadəcə "Qadınların Bayramı Mübarək!" deyirəm ( niyəsə inanmıram heç oxucularımız arasında xanım istifadəçilərdə olsun ).
Əslində bu gün haqqında mənfi və müsbət xeyli yazmaq olar. Ancaq BBC`də oxuduğum bir araşdırma xəbərini yazmaq istədim. Maraqlı olsa ətraflı oxuyarsınız.

Tags:

Mart 07

Ustune dinqildat.

Deyirəm gərək adamın bəxti gətirə. Bəzən heç nədən pul qazanmaqda olurmuş. Bu gün belə bir xəbər oxumuşam.
 21 gün yataqda uzanan hollandiyalı tələbə 3,5 min funt-sterlinq qazanıb. 22 yaşlı İde van Dyutekom veb-kamera vasitəsilə onun yataqda uzandığını translyasiya edilən saytda reklam yeri satmaqla pul qazanır. Belə bir vəziyyət 3 həftədir davam edir. İde yalnız qısa müddətə duş qəbul etmək və özünə yemək hazırlamaq üçün yatağını tərk edir. İndiyə qədər sayta 450 min nəfər baş çəkib. Tələbə bildirib ki, yuxu - onun hobbisidir. Həm də ki bu onun öhdəsindən layiqincə gələ bildiyi yeganə işdir.

Tags:

Fevral 24

Ustune dinqildat.

İngilis hyder consulting firması inşaatı davam edən və 800 m. yüksəkliyə sahib olacaq Burj Duabi'nin 2 qat artıq yüksəklikdə yeni bir göydələn inşa edəcəklərini açıqlayıblar. 1600 m hündürlüyündə tikiləcək bu bina dünyanın ən hündür binası ünvanını da açıqca əlinə keçirəcək. Verilən məlumata görə tikiləcək binanın yeri olaraq Orta Asiya göstərilibdi.





Tags:

Fevral 21

Ustune dinqildat.

Mobil telefonlarda müxtəlif oyunların mövcudluğu ilə indi heç kimi təəccübləndirmək olmaz. Amma Yaponiyanın FİT şirkətinin yaratdığı "Ippon Zuri" oyunu kimi istəsən gülümsəməyə məcbur edir. Mobil telefonunda virtual balıqçılıqla məşğul olan şəxs oyun bitdikdən sonra heç də virtual olmayan balıqlara sahib çıxır. Bəli. "NTT DoCoMo" mobil operatoru Fukuoka prefekturasında yaşayan abonentlərinə belə bir xidmət təklfi edir. Telefonuna bu oyunu yükləyən yaponiyalı virtual dənizə virtual qarmaq ataraq bəxtini sınamağa başlayır. Amma artıq qeyd edildiyi kimi, uğur qazananları əsl balıqlar gözləyir. İştirakçıya çevrilmək üçün oyunun internet saytında qeydiyyatdan keçmək lazımdır. 3 seansda bəxtini sınamaq istəyənlər 9,3 dollar ödəməlidirlər.

Tags:

Fevral 16

oxatan.com


Bakıda gələcəkdə tikilməsi planlaşdırılan yeni göydələnlərin maketləri. Baxdıqca göz oxşayan proyektlərdir və qərb ölkələrindəki analoqlarından heç bir xüsusiyyyətlərində geri qalmırlar. Əlbəttə plana uyğun dəqiq tikilib həyata keçirilsə. Rəsimləri bizimlə paylaşan  897344 ləqəbli istifadəçiyə xüsusi təşəkkürümüzü bildiririk. Göydələnləri isə görmək istəsəz xəbəri ətraflı oxumaq kifayətdir.

Tags:

Fevral 10

oxatan.comÖzünüz də bilirsiz ki, alimlərin boş oturmaqla arası yoxdur. BBC`nin məlumatına görə Newcastle universitetinin alimləri üç valideyini olan hüceyrə yaratmağa müvəffəq olublar. Əsas məqsəd isə genetik xəstəliklərin qarşısını almaq olub. Hələki təcrübə uğurla keçir və deyilənə görə bu üsulla 50 adda xəstəliyin qarşısını almaq olar. Hüceyrənin yaranmasında 1 kişi və 2 qadının genindən istifadə olunub.





Tags:

Fevral 08

oxatan.com

İllərdir kişilərimiz(oğlanlarımız) sevgililərini və ya xanımlarını kinoya apararkən güzəştə getməli olurlar, filmi əsasən xanımlar seçirlər. Bu indi də belədir. Kişilər üçün nəzərdə tutulmuş internet saytlarının birində, "Hər kişinin ölmədən öncə, mütləq izləməli olduğu 100 film" adı altında bu yazını görəndə, maraqlı gəldi görəsən bunlardan neçəsinə baxmışam, neçəsinə yox. Beləliklə siyahını təqdim edirəm çalışıb baxın. Adları ingiliscədir gərək bağışlayasınız. Fikrimcə özünüz də siyahıya əlavə və dəyişiklər edə bilərsiniz. (Siyahını görmək üçün ətraflıca oxuyun..)

Tags:

Fevral 06

Ustune dinqildat.

Sizcə yumurta ilə nə etmək olar.Çinlilər isə yumurtadan necə istifadə edəcəyini çox yaxşı bilirlər.İnsan ağlı və yetənəyi nələri meydana gətirir. (davamında 1-2 foto daha atılıb...)











Tags:

Fevral 06

Ustune dinqildat.

Fransız dizayner Jean-Marie Massaud tərəfindən dizayn edilən Manned Cloud adlı uçan otel, 40 nəfər sərnişinlə 5,000 km-lik yolu kəsintisiz uça bilir. Normal uçuş sürəti 130km/saat, maksimum sürəti isə 170km/saat olan otel, ayrıca restorana, kitabxanaya, idman salonuna ve spa mərkəzinə sahibdir. (davamında daha 1 foto var...)

Tags:

Fevral 06



Danielle Sobik‘in dizayn etdiyi qəribə bir divan. Üzərində oturan çütlərin aralarındakı məsafəyə görə yaxınsa bənövşə, uzaqsa mavi rəngdə olur.

Tags: