Oxatan.com » Mənə nə?

Noyabr 14

Oxatan.comBiznes cəhətdən durğun zamanını keçirir indi Azərbaycanın internet ( Aznet ) bazarı. Böyük kapital qoyuluşları, saytların tam və ya müəyyən hissələrinin alış - satışları hələki səss səda salmır bazara. Ümid edirəmki yaxınlarda bu kimi xəbərləri tez - tez eşidərik, haqqında yazıb müzakirə edərik. Bəs bunların olması realdırmı, Aznet`də bu kimi kapital qoyuluşları üçün istifadəçi potensialı varmı? Demək olarki bu sahə ilə məşğul əksəriyyət insana yad olmayan sualdır. Bunun isə cavabı çox vaxt birmənalı olmur. Kimiləri üçün Aznet kiçik bazardır və burada nəsə etmək gəlirli olmaz, kimi üçün isə kifayət qədər gəlir götürmək mümkün olan bazardır. Düşüncələr müxtəlif olsada, yerli sahibkarların fikirləri birdir - "Kapital qoyuluşu üçün sərfəsiz olan biznes sahəsi".
Düzü məndə sırf yerli bazarın nə dərəcədə potensiallı olub-olmaması haqqında müxtəlif zaman kəsiklərində müxtəlif fikirlərdə olmuşam. Ancaq bir balaca ora - bura nəzər yetirib, statistikalara baxdıqda kifayət qədər istifadəçi potensialı olan internet bazarı olduğunu görərik. Hələki bunu lazımınca dəyərləndirənlər təbii ki yoxdur. Aznet`in yaxşı potensiala malik olduğunu isə ürəyimdən keçdiyi üçün demirəm, rəqəmlər belə deyir. Bir sıra investisiya alan saytlarla, yerli bazardakı saytları müqayisə edərək bu qərara gəlmişəm. Müqayisələri isə Alexa reytinqlərinə görə aparacam. Mən qəbul edirəmki Alexa statistikaları tam düzgün deyil. Amma nəzərə almaq lazımdırki xaricdəki istifadəçilər daha çox Alexa tolbar sahibi olmaq şansına malikdir və beləlikə statistikalardakı Azərbaycan saytları üçün olan rəqəmlər bizim saytların əleyhinədir. Buna baxmayaraq yenədə rəqəmlər bazara nikbin baxmağımıza şərait yaradır.
Aşağıda verilmiş şəkilləri daha yaxından görmək üçün üzərinə klikləyin.
Əvvəl dünyca məşhur olan FriendFeed`lə yerli sayt olan Day.az`ı müqayisə edək.
Oxatan.com

Buradakı mavi xəttlər Day.az`ı, qəhvəyi rəng isə FriendFeed`i göstərir. Elə statistikadan da görsənirki Day.az FriendFeed`dən daha çox ziyarətçiyə malikdir. Düzdür sonlara doğru FF hər nə qədər artan xətlə inkişaf etəsə də Day.az`ın ən yüksək reytinq yığdığı statistik göstəriciyə çatmayıbdır. Üstəlik bir-iki digər faktoru da nəzərə almaq lazımdır. Day.az yaranandan bu yana heç bir yüksək texniki inkişaf dövrü keçməyibdir, FF isə daima inkişafda və özünü dünyada tanıtmağa çalışmaqdadır. Day.az content baxımından daha məhdud istifadəçiyə malik olan əraziyə xitab edir ( əsasən Qafqaz regionu, nisbətən isə MDB ).  FF`in istifadə dili ingilis dilidir və bu daha çox istifadəçiyə çatmağa şans verir, Day.az isə rus dilindədir. Əlbəttə content bənzərlikləri baxımından bunları müqayisə etmək düzgün olmaz. Onsuzda mənim məqsədim istifadəçi müqayisəsidir  content yox. Buna görə də gəlinən nəticə açıq - aşkar Day.az`ın xeyrinədir. Ancaq maddiyyat baxımdan FF daha qabaqdadır. Ən azından başlanğıc olaraq FriendFeed`ə  qoyulan investisiya 5 milyon dollardır. Aznetdə belə istifadəçi potensialı var ikən, inanmıramki hansısa sayt, hansısa yeni bir proyekt bu qədər investisiya ala bilsin.
Digər bir müqayisəni daha Day.az`ın üstündə aparacam. Bu dəfə isə onu axtarış motoru olan Cuil.com `la müqayisə edəcəm.
Oxatan.com

Burada isə mavi xəttlər Cuil`in statistikasını göstərir, qəhvəyi rənglər isə Day.az`ın. Göründüyü kimi Cuil açıldığı ilk vaxtlar bütün dünya mediasında geniş yer aldığına görə çox yüksək istifadəyə malik olmuşdur. Ancaq sonralar stabil vəziyyət alaraq orta hesabla gündəlik Day.az qədər insan tərəfindən istifadə edilməyə başlanıbdı. Yenə də yuxarıda qeyd etdiyimiz faktlar buradakı müqayisə üçün də keçərlidir. Cuil Day.az`dan fərqli olaraq məhdud kütləyə deyil bütün dünyaya xitab edir. Ancaq buna baxmayaraq yenə də, onların gündəlik istifadəsi təqribi eyni rəqəmlərlə ölçülür. Cuil`in isə cəlb etdiyi investisiya 33 milyon dollar olmuşdur. İnanmıram ki, heç Day.az açıldığından bu yana cəmi bu qədər pul qazansın.
Növbəti və son müqayisəni də edək. Bu dəfə isə rəqəmlər bir az daha aşağıdır. Oxuduğuma görə Türkiyədəki biznes sosial şəbəkələrindən biri olan Pronected.com 1.5 milyon dollarlıq investisiya alıbdır. Sayt beta olaraq 3 dildə fəaliyyət göstərirdi ( Türk, İngilis, Alman ). Yeni investisiya ilə onlar Rusiya və Ukraniya bazarına da daxil olmaq istəyirlər. Saytı isə statistik cəhətdən ilk10.az`dakı demək olar Azərbaycan dilli ilk15`ə daxil olan istənilən saytla müqayisə etdikdə daha az istifadəçiyə malik olduğu görsənir. Yəni bu saytlardan istəniləni bundan daha çox reytinqlidir. Amma əlbəttə oradakı heç bir sayta inkişafını artırmaq üçün heç bir investor bu qədər pul verməz. Bu dəfə isə saytı Azeriblog.com ilə müqayisə edəcəm. Ona görə Azeriblog ki, həm bu sayt da beta versiya olaraq fəaliyyətdədir, həm də inkişafa daha çox açıqdır. Çünki, müxtəlif dillərə tərcümə etmək daha asan başa gələr.
Oxatan.com
Burada mavi xəttlər Pronected, qəhvəyi xəttlər isə Azeriblog`un statistikalarını göstərir. Yenə də inanmıramki, Azeriblog bu qədər ( 1.5 milyon ) investisiya ala bilsin.
Hər halda sonda belə bir nəticəyə gəlmək olarki bizim lazımi qədər istifadəçi potensialımız var. Sadəcə istifadə etməyi bacarmayan investorlar, şirkətlər,  marketingçilər sayəsində normal inkişaf etmir.



Tags:

Oktyabr 18

Ustune dinqildat.

Eşitdiyimə görə "Caps Lock" düyməsinin gərəkli olub olmaması haqqında bir sorğu anketi keçirilibdi Rusiyada. Əslində elə bu sorğunun özünün nə dərəcədə gərəkli olub olmamağını müzakirə etmək olar. Sorğuda iştirak edənlərdən isə 16%`i bu düymənin gərəksiz olduğunu düşünüblər. Sorğunu "SuperJob" iş araşdırma təşkilatı keçirdibdi. Caps Lock`un faydalı olduğunu düşünən vətəndaşların nisbəti isə 58% olubdu. Əksəriyyət işlərində düyməni istifadə etdiyini deyən anket iştirakçıları  "Caps Lock çox əhəmiyyətlidir. Bəzən böyük hərflərlə uzun bir cümlə yazmaq lazım olur. Bunun üçün davamlı Shift düyməsinə basaraq yazmaq çox da rahat deyil. Caps Lock istifadə etmək həm vaxt itkisini azaldır həm də yormur." deyiblər.
Anketdə iştirak edənlərin bəzisi isə deyibdiki düymənin çıxarılmasını istəmirlər ancaq yerinə daha yararlı nəsə qoyulsada şad olarlar.
Qadınlar və yaşlılar arasında edilən araşdırmada isə qadınların 9%-i Caps Locka qarşı ikən yaşlılardan da 13%i bu düyməyə qarşı olduğunu açıqladı.
Ümumiyyətlə anktedə Caps Lock`un gərəksiz olduğunu deyən iştirakçılar kompüterdən yeni istifadə etməyə başlayanlardır.
Əslində bu cür anketləri niyə keçirirlər bu da ayrı bir mövzudur. Tapmağa iş olmayanda, belə gərəksiz sorğular edirlər. Ümumiyyətlə nəzərə almaq lazımdırki düymələrin yerini seçərkən keflərinə görə hara gəldi yerləşdirməyiblər. Nədə ki, qoymağa başqa düymə olmadığndan, CTRL, Shift kimi düymələrdən iki dənə qoymayıblar. Hamsı rahat istifadə üçündür. Nəzərə almaq lazımdırki kompüterdən yalnız bir əli ilə istifadə etməyə məcbur insanlarda varki, bunlar üçün həmin düymələrin çox böyük əhəmiyyəti olur.

Tags:

İyun 08

Ustune dinqildat.

Associated Press agentliyinin verdiyi məlumata əsasən, amerikalı evsiz adam özünü milyaner kimi təqdim edərək, 13 qadından 100 min dollara yaxın pul götürüb.
Çərşənbə günü 50 yaşlı Pol Krüger, dələduzluq və oğurluq faktında günahkar bilinərək məhkəmə qarşısında durub. Belə ki, Krüger gələcək qurbanlarını millionairematch.com milyonerlərlə tanışlıq saytında tapırmış. İnternetə evsiz adam özünün noutbuku vasitəsi ilə daxil olurmuş. Bu fırıldaqçı qadınlara özünü, “Qremmi” mükafatı laureatı və mediamaqnat kimi təqdim edərək, onlardan CD və DVD buraxılması üçün yeni layihənin işə düşməsi məqsədilə maliyyənin lazım olduğu bildirmişdir. Düzgünlüyünü sübüta yetirmək üçün Krüger gələcək səhmdarlına özünün mövcud olmayan biznesinin gəlirləri haqda hesabatı göstərirmiş.
Aldanılmış qadınlar “mediamaqnata”, onun keçmiş həyat yoldaşının ünvanına qəbzlər gödərmişdilər. Keçmiş həyat yoldaşının cinayətkarla əlbir olması haqda məlumat yoxdur.
Polis Krügeri həbs edərkən, onun cibində cəmi 1 dollar 28 sent pul var imiş. Əldə etdiyi pulları evsiz adam əyləncəli oyunlara xərcləyib.

Tags:

May 27

Ustune dinqildat.

 Almaniyanın Unteralqau şəhərindən olan gənc cütlük "eBay" hərracına 8 aylıq körpələrini satışa çıxarıblar. Start qiyməti isə 1 avro təyin edilib. Hərracın səhifəsini ziyarət edənlər hiddətlənərək dərhal polisə xəbər veriblər. Onları daha çox isə lotun təsviri şoka salıb: "Mənim üçün həddən artıq səs-küylü problemə çevrilən tamamilə yeni uşaq təklif edirəm. Kişi cinsindəndir. Boyu 70 santimetrdir. Müştəri nəqliyyat xərclərini öz üzərinə götürməlidir. Qeyri-ciddi təkliflərlə narahat etməyin". Elan "eBay"ın səhifəsindən 2,5 saatdan sonra silinib. Daha bir neçə saatdan sonra isə Almaniya polisi 23 yaşlı ana və həyat yoldaşını həbs edib. Onlar uşaq alveri ilə məşğul olmaqda ittiham edilirlər. İstintaq zamanı qadın hər şeyin bir zarafat olduğunu bildirib. Lakin asayiş keşikçiləri tam fərqli fikirdədirlər. Şənbə günü körpə gənclərlə iş üzrə yerli komitənin iki əməkdaşının müşayiəti ilə uşaq xəstəxanasına göndərilib. Tezliklə ata və ananın valideynlik hüquqlarından məhrum olunması haqqında məsələnin gündəmə gəlməsi istisna olunmur. Bu arada isə qadının "eBay"da kifayət qədər etibarlı müştərilərdən olduğu önə çəkilir. O, dəfələrlə hərracda iştirak edib və müxtəlif lotlara sahıb çıxıb.

Tags:

May 16

Ustune dinqildat.

Bu haqda bu "gün səhər" qəzetdə oxudum:  34 yaşlı ingilis Pol Osborn həyat yoldaşı Şeronu xəyanətdə ittiham edərək onu evdən qovub. O, Şeronun elektron poçtunu yoxlayarkən onun öz iş yoldaşına yazdığı məktubları tapıb. Bu xanım məktublarında həmkarını sevdiyini iddia edirmiş. Ona görə də Pol 14 ildir birlikdə yaşadığı və iki uşağının anası olan qadını qovmaq qərarına gəlib. Amma Bakinhemşir qraflığında yaşayan qısqanc ərin ürəyi bununla soyumayıb. O, öz arvadını İnternetdə hərraca qoyub. “Yalançı və ərinə xəyanət edən qadına kim daha çox pul təklif edə bilər” sualını İnternetə yerləşdirən Pol az qala milyonçu olubmuş. Çünki onun arvadına 500 min funt (milyon dollara yaxın) məbləğ təklif edən varmış. Lakin Şeron işləri korlayıb. O, ərinə xəyanət etmədiyini bildirib və həyat yoldaşını bu hərəkətinə görə məhkəməyə verib.

Tags:

May 11

OxatanAparılmış tədqiqat kompyuter kibordlarında milyonlarla bakteriyanın olduğunu müəyyən edib. ( red. kibord - keyboard - klaviatura )
Bunlar mədə ağrıları və soyuqdəymənin mümkünlüyünü xeyli artırır.
Britaniya İstehlak Təşkilatı tərəfindən aparılan tədqiqat bəzi kibordlarda bakteriyaların sayının, tualet oturacağından çox olduğunu göstərib.
Londonlu mikrobioloqlar deyirlər ki, ofis işçiləri kompyuterdən şərikli istifadə edərək, bir-birini yoluxdura bilərlər.
Kibordların mütəmadi şəkildə spirtli salfetkalarla silinməsi bakteriyanın sayını xeyli azalda bilər.
2004-cü ildə Arizona Universitetinin apardığı tədqiqat ofis avadanlığında, ələxüsus telefon, kibord və siçanlarda mikrobların tualetlərdən 400 dəfə çox olduğunu aşkar etmişdi.

Tags:

Aprel 17

Ustune dinqildat.

Hər gün internet öz imkanlarını daha da genişləndirir. Belə ki, ümumdünya şəbəkəsi vasitəsilə Asiyada yaşayan gənc braziliyalı, Avropadan olan bir qızla evlənib.

Virtual nigaha daxil olan gəncləri, San-Paulu şəhərindən olan müvəkkilləri təmsil ediblər. Bu nigahın baş tutması üçün, pulsuz proqramlardan birinin vasitəsilə dünyanın müxtəlif hissələrində olan üç kompüterlə videokonfrans təşkil etməyə imkan verən bağlantı olub.




Tags:

Aprel 13

Ustune dinqildat.

Bu günlərdə internet marketinq bloglarının birində interneti dəyişən 10 gənc haqqında yazı dərc olunmuşdu ( niyə olunub yox olunmuşdu yazmışam? çünki müəllif sonra tapıb ki, layihələrdən birinin təsisçisinin adını səhv yazıb.. ona görə bu dəfə 9 ilə tanış olun. Biri də harda olsa gəlib çıxar). İstədim həmin yazını məndə Oxatanda yerləşdirim. Düzdür onların işlərini hamınız yəqin ki, tanıyırsınız. Amma şəxsən mən bu yazıya qədər onları üzdən tanımırdım. Əslində Aznet üçündə belə bir siyahı tərtib etmək olar. Bəzi problemləri çıxsaq... amma həmin adamların şəkillərin tapmaq çətin olacaq. ( bu barədə fikirləşib "ox"lu bir yazı yazmaq lazımdır). Siyahı ətraflıda

Tags:

Aprel 01

Ustune dinqildat.

Yaponiya beyin institutunun yaydığı məlumata görə, əcdadlarımızla müqayisədə yeni nəsil insanların vizual informasiyanın emalı imkanları getdikcə mədudlaşmaqdadır. İnsanların əksəriyyətinin bütün günü kompüter arxasında keçirdiklərindən real həqiqətləri fotoqrafiyalar və ən pisi videolarda gördüklərindən onların görmə sinirləri informasiyanı ekranda qurulan görüntü ayarları çərçivəsində emal etməyə uyğunlaşır.

Əksər istifadəçilərin ekran video görüntü ayarları 1280õ102 ölçüsündədir. Nəticə olaraq beyin şəkilləri məhz bu olçü olaraq emal etməyə başlayır. Egər belə bir insan təbiətə çixaraq real həyata baxarsa, beyini çətinlik çəkir. (davamı ətraflıda)

Tags:

Mart 24

Ustune dinqildat.

"Time" internet istifadəçilərinin həyatında xüsusi rol oynayan, onlarsız olmaz deyilən 25 internet saytının adını açıqlayıbdı.
Amazon.com
BBC
citysearch
Craigslist.org
Del.icio.us
Digg
Ebay
ESPN
Facebook
FactCheck
Flickr
Google
HowStuffWorks
The Internet Movie Database
Youtube
Kayak.com
National Geographic
Netflix
Technorati
TMZ.com
Usa.gov
Television With Out Pity
WebMD
Wikipedia
Yahoo

Fikrimcə bu redaktorun şəxsi düşüncəsidir sadəcə. Amazon.comda artıq amazonluq qalmayıbdı heç. Əvvəlki günlərini artıq çoxdandır şam işığı ilə axtarır. Məncə ən azından sıralama çox uğursuzdur. Facebook nə vaxtdan Google`dan önə keçibdi. Nə vacib servisdirki Facebook? Hələ Yahoo`nu demirəm. Yazıqları lap ən axıra qoyublar. Madamkı onlar öz kefinə görə tərdib ediblər, məndə öz zövqümə görə ilk üçlüyü qeyd edim:
Google
Yahoo
Wikipedia

Tags: