Aprel 20
"BATIRDILAR" Reklam festivalı ...
Çoxdandır oxatanda yazmırdım. Mütəmadi yazarlıq üçün hələki vaxt eliyə bilmirəm. Bəs bu yazını yazmağıma səbəb nə oldu? Bu yazıda onsuzda mənə vaxt itkisinə başa gəlmiş bir hadisə haqqında yazıb ürəyimi boşaltmaq istədim. Onsuzda vaxtımı kifayət qədər aldığına görə yazının bacardığım qədər qısa olmasına çalışacam ki, dəyərli vaxtımı yenə boşuna xərcləməyim...
Yazım tam şəxsi müşahidələrimdən ibarət olacağı üçün tədbiri mənim gözümdən görəcəksiniz. Oxların ucunun şiş və va kor olması yenə də mənim emosionallığımdan asılı olacağı üçün yazımın nə qədər obyektiv olduğunu şübhəli qarşılaya bilərsiniz. Amma bu yazını yazıram ki, mənim kimi o festivalda iştirak edənlər oldusa bəlkə yazıya verəcəkləri şərhlərində mənim pessimest olduğumu və hər şeyin o qədər də pis olmadığını deyələr..
Başlayaq ən başından.. Mən necə olduki bu “CRYSTAL BATIRDILAR” reklam festivalından xəbər tutdum. Günlərin bir günü mənə zəng gəldi ki, bəs biz festival edəcəyik belə filan.. partnyorlarımız arasında belə “ zırpı” təşkilatlar var. Tədbirin tanıtım konfransı “ blatnoy” yerdə olub.. nəsə .. uzun sözün qısası bəlkə sizdə bu tanıtım işinin bir qulpundan tutasınız.. Görünür adamların işi reklam sahəsilə əlaqədar olduğu üçün və mənim də bu sahədə naşılığımdan deyilənlər mənə təsir elədi və mən razılıq verdim.. Aylar keçdi il dolandı.. hərdən izlədiyim qədəriylə tədbir elan elədilər .. Amma həmin vaxtda olmadı.. Sonra həvəsdən düşmədilər və yenə elan elədilər.. Yenə alınmadı.. Sonra yenə elan elədilər.. və sairə və ilaxır.. Bu proseslərin fonunda arabir bizə də zəng edirdilər. Zəng elədilər ki, “bəs festivalda stendlər olmalıdır və stendlərdə partnyorların logosun çap etdirmək istəyirik, bəs bunun üçün 60 AZN lazımdır. Elə həmin məbləği götürəndə sizin tədbirə dəvətnamələrinizi də verərik”. Əslində mən də bu işlərdə naşıyam amma onu bilirəmki nəsə pul istəyəndə telefondan istəməzlər. Hansısa görüş olar və pulu istəmənin səbəbləri əyani şəkildə izzah olunar... Tədbirin vaxtı dəyişildi və yenidən zəng - eyni ssenari. Bu dəfə qiymətdə “endirim” oldu ( bəlkədə qayimə tələb etdiyimiz üçün), 50 AZN. Bu dəfə isə vədd olunan 200-dən çox şirkətin iştirakçı və tədbirin sonunda kokteyl idi..Hətta “bizə göstərdiyiniz dəstəyə görə sizi də təltif etmək istəyirik”dedi.. qulağa xoş gəlirdi.. Hələ mən bilmirəm ki, bu sözlər qulağa xoş gəldiyi kimi təşkilatçılar da mənə “gəlir”mişlər. Festivaldan çıxandan sonra öyrənəckdim ki, sən demə münsiflər heyyətinə dəvət etdikləri bəzi adamlara dəvətnamə belə göndərməyiblər. Nəinki dəvətnamə hətta zəng belə olunmayıb ki, festivalda iştirak etsinlər. Yəqin ki, bizim dəvətnamə alma səbəbimiz 50AZN olubdur...
Beləliklə, 16 aprel.. saat 17:00... Flarmoniya... İçəriyə girirəm.. Qonaqlar üçün ayrılmış qeydiyyat bölməsində özümü qeydiyyata salandan sonra tədbirin başlaması üçün gözləyirəm. Ətrafda reklam sahəsindən olduğunu ehtimal etdiyim insanlar söhbətləşir və tədbirin başlaması üçün gözləyirəm. Hətta bir-iki tanış sima da gördüm, BarcampCaspian`dan tanıdığım. Gözləyirik tədbir başlasın.... gözləyirik.. gözləyirik.. Artıq media da gəlib və hamı gözləyir.. Salonda yerimizi tapıb gözləyirik.. Səhnədə tək bir mikrafon və reklamları nümayiş etdirməli olduğuna ehtimal verdiyimiz proyektorun işıqlandırdığı bir pərdə səhnənin yanında asılıb.. gözləyirik.. gözləyirik.. və gözləyə gözləyə də fikirləşirəm ki, niyə mən söz verilən stendi və bannerləri görə bilmirəm.. sonra yenə gözləyirəm.. yenə gözləyirəm.. gözləyirəm.. Dostumla söhbətləşirik.. gözləyirik.. gözləyirik.. sonra birdən səhnədə əlində mikrafon bir qız peyda olur. Bir-iki saniyə fonoqramanı qovandan sonra axırki ona çatır və oxumağa başlayır.. Deyəsən əvvəl bizi salamlamaq istədi amma mikrafon işləmirdi, fondan fonoqrama da “ağzından vuranda” isə artıq bu fikrindən daşındı. Bir iki mahnı oxudu və tədbirin aparıcısı ortaya gəldi və baş verən gecikməyə görə üzr istəməyə başladı. Sonra bir iki şablon sözdən sonra təşkilatçıları çağırmağa başladı. Bir cavan oğlan gəlib məhlə uşaqları ilə söhbət elədi.. Yəni əgər ümumi bir çıxış eləsəydi yəqin ki, daha səlist və düzgün danışardı. Amma öz-özümə dedim ki yəqin səmimi atmosfer yaratmaq istəyib. Ard-arda insanlar çıxış eləməyə başladı.. Dəstək verənlərin nitqi əsnasında öyrəndik ki, gözümüzün bannerləri axtarması əbəsdir və iqtisadi böhran bu festivala da təsirsiz ötüşməyib. Hətta kimliyi yadımda qalmayıb amma çıxış edənlərdən biri dedi ki, bu qədər diqqəti özləri də gözləmirmiş. Artıq anlayıram ki, gözləntilərim boşdur. Tamaşaçılardan kimsə zala girir bəziləri çıxır.. Tam “səmimi” atmosferdir və hamı istədiyi kimi hərəkət edir. Aparıcı yenə sözü alır və elan edir ki, 8 nominasiyadan 2-də iştirak olmayıb.. bunlardan biri də internet reklamıdır. Bax bu isə məni təəccübləndirmir. Nə başınızı ağrıdım. Növbə nominant reklamlara gələndə isə ard-arda bir neçə nəfəri çağırdılar. Yer tutan reklamlar gecikə-gecikə bayaq qeyd elədiyim pərdədə göründülər..
Gələk mənim üçün ən vacib ana. Elan olundu ki partnyorlar səhnəyə buyursunlar. Məndə keçdim səhnə arxasına. Burda partnyorların çox az qismi var idi. Səhnəyə çıxdıq və təşkilatçı bizi “diplomla təltif elədi”. Diplomun keyfiyyətindən filan danışmayacam, dəyməz... Maraqlı olan isə o idi ki, diplomları verərkən elə səhnədəcə səhnəyə çağrılmışların hansı qurumu təmsil etdiyini soruşub əlindəki diplomlar toplusundan axtarmağa başladı.. Günahı isə gəlməyən partnyorların üzərinə atdı.. ( belə olacağını bilsəydim məndə getməzdim) Görəsən başqa cür etmək olmazdımı.. Əgər yazımın əvvəlində yazdığım yadınızdadırsa kimlərin hansı qurumu təmsil etdiyini öyrənmək üçün qeydiyyatdan keçmişdik. Onsuzda səhnə arxasında o qədər də qızğın iş getmirdi.. həmin siyahı ilə kimlərin gəldiyini müəyyən edib gələnlərin diplomların ayırd etmək olmazdımı? İndi isə bu yazının yazılmasına səbəb olan həmin andan danışım. Diplomların təltiifi zamanı deyəsən hər partnyora bir tanıtım uydurulmağa çalışılmışdı ki, bizə söylənilən də o oldu ki, “guya biz bu festival barədə eşidəndə özümüz axtarıb tapıb əməkdaşlıq təklif eləmişik”.. Yazımın əvvəlində isə mənim bu festival barədə necə eşitdiyimi ətraflı nəzərinizə çatdırdım.. Məşədi İbad demişkən “mənə meymun dediyin bəs deyil hələ bir diplom da verirsən?”..
Bu təltif bitər-bitməz səhnədən enən kimi tədbiri tərk etdim.. Sonra nə olub olmaması kokteylin baş tutub-tutmamasını bilmədim.. Yol boyu isə fikirləşdiyim o oldu ki, bu festivalda öz reklamını “yarışdırmaq” istəyənlər “giriş haqqı” ödəməli idi. Parnyorlardan da olmayan banner üçün pul istənilib. Yəqin ki, festivala dəstək olan qurumlardan da ( orada adı çəkilənlərdən yadımda qalanlardan biri “İrəli”) maddi dəstək alınıb bəs bu festival hanı? Hətta festivaldan sonra media nümayəndələridə məlumatlandırılmadı nəticələr barədə - heç bir press–reliz yayımlanmadı.
Yəni ki, reklam festivalını batırdılar.. Batırdılar reklam festivalını.....
Qeyd edimki, tədbirin partnyorları arasında Mak.az`da var idi ( çox uğurlu və hörmətə layiq proyektlərdən biri ). Mak.az`dan Məmməd Kərimov Tədbir zamanı təşkilatçılara kömək etmək üçün də xeyli əziyyət çəkdi. Ancaq bir nəfər nə qədər zəhmət çəksədə bu böyük tədbir üçün kifayət etmir. Fikrimcə bu tip bir tədbiri təkcə Mak.az etsə idi bundan qat-qat daha yaxşı və maraqlı alınardı. Sonda isə tədbirdə tək maraqlı məqamın video yazısını yerləşdirirəm.


Oxu atan: 
Oxu atan:
Biznes cəhətdən durğun zamanını keçirir indi Azərbaycanın internet ( Aznet ) bazarı. Böyük kapital qoyuluşları, saytların tam və ya müəyyən hissələrinin alış - satışları hələki səss səda salmır bazara. Ümid edirəmki yaxınlarda bu kimi xəbərləri tez - tez eşidərik, haqqında yazıb müzakirə edərik. Bəs bunların olması realdırmı, Aznet`də bu kimi kapital qoyuluşları üçün istifadəçi potensialı varmı? Demək olarki bu sahə ilə məşğul əksəriyyət insana yad olmayan sualdır. Bunun isə cavabı çox vaxt birmənalı olmur. Kimiləri üçün Aznet kiçik bazardır və burada nəsə etmək gəlirli olmaz, kimi üçün isə kifayət qədər gəlir götürmək mümkün olan bazardır. Düşüncələr müxtəlif olsada, yerli sahibkarların fikirləri birdir - "Kapital qoyuluşu üçün sərfəsiz olan biznes sahəsi".






Aparılmış tədqiqat kompyuter kibordlarında milyonlarla bakteriyanın olduğunu 


