Mart 07
Oxu atan: oXchu | Baxılıb: 107 | Bölmə: Mənə nə?, bAzNet

Deyirəm gərək adamın bəxti gətirə. Bəzən heç nədən pul qazanmaqda olurmuş. Bu gün belə bir xəbər oxumuşam.
21 gün yataqda uzanan hollandiyalı tələbə 3,5 min funt-sterlinq qazanıb. 22 yaşlı İde van Dyutekom veb-kamera vasitəsilə onun yataqda uzandığını translyasiya edilən saytda reklam yeri satmaqla pul qazanır. Belə bir vəziyyət 3 həftədir davam edir. İde yalnız qısa müddətə duş qəbul etmək və özünə yemək hazırlamaq üçün yatağını tərk edir. İndiyə qədər sayta 450 min nəfər baş çəkib. Tələbə bildirib ki, yuxu - onun hobbisidir. Həm də ki bu onun öhdəsindən layiqincə gələ bildiyi yeganə işdir.
Tags: pul yataq camera
Ətraflı
Mart 06
Oxu atan: oXchu | Baxılıb: 273 | Bölmə: bAzNet

Yəqinki çoxumuz belə edirik. Məndə etmişəm. Mənim üçün əhəmiyyəti
olmayan bir yerlərə üzv olmaq üçün bir e-mail ünvanı açmışam. Beləcə
spamdan az əziyyət çəkirəm. Həmin mailə gələn mesajlarda mənim üçün
əhəmiyyətsiz olduğu üçün ayda bir dəfə filan daxil olub yoxlayıramki
bağlanmasın. Bu gün həmin mailə gələn bir mesaj diqqətimi çəkdi. Bizim
tanınmış "
əyləncə saytı" bloglarımızdan birindən gələn mesajdır. İstədim e-mailin məzmunu ilə sizi də tanış eliyəm. Həmdə bir iki cümlə ilə şərh verəm.
Haqqında bir az da yazmaq istədiyim başqa bir şey isə bu gün gördüyüm başqa bir saytdır.
Ətraflı oxuyaq.
Tags: chat dating tanishliq tanışlıq çat
Ətraflı
Mart 05
Oxu atan: oXchu | Baxılıb: 222 | Bölmə: bAzNet

Guya 2008`in ən yaxşı saytını seçmək üçün təşkil olunmuş yarışma
başladı. Əksərən nəticələri ilə razılaşmadığım müsabiqə. Bu barədə
narazıçılığımı yazmaqla bəlkədə bitməz. Ya da ən yaxşısı sona çatana
kimi ara-ara yazım. Ürəyim boşalmış olar. Müsabiqə barədə qısaca deyə
bilərəmki 2005`dən başlayıbdı. Guya Azərbaycan internetinin ən yaxşı
saytlarını seçir. Adına baxmayına Azərbaycan dediklərinə saytınız rusca
olsada olar. Vallah keçən illərdə dilimizə qoyduqları hörmət belə idi.
Ötən illərin qalibləri barədə məlumatları alın:
2005 ,
2006,
2007 qalibləri. Əgər
Netty`nin
əyriliklərini bir az da görmək istəsəniz
ətraflı oxuyun.
Tags: netty 2008 blog Azərbaycan Azerbaycan
Ətraflı
Mart 04
Oxu atan: oXchu | Baxılıb: 186 | Bölmə: bAzNet

İnternet aləmində rəqabət getdikcə güclənir (
bizdən fərqli olaraq
). Google barədə isə deyərdimki hər gün yeni bir məlumat oxuyuram.
Artıq google`un deyərdimki fanatları bizim bu şou-biznesdəki
müğənnilərin fanatlarından daha çoxdur. Hətta bloqdaşlarımızdan olan
Blogran`da belə görürəmki google`a çox isti münasibət bəsləyir.
Bundan əvvəl
Google barədə çeşidli məlumatlar vermişdik. Bu dəfə də o
Yahoo`nu sıxışdırıb. İnternet browserlərdən biri olan
Opera
ilə əməkdaşlığa başlayıbdı. Bildiyimiz kimi Operanın mobil telefonlar
üçün xüsusi dəstəkləyici modelləri var idi. Bunlarda axtarış edən zaman
Yahoo üzərindən axtarış edirdi.
News.com'daki xəbərə görə artıq
operanın
mobil məhsulları Opera Mobile ile Opera Mini də axtarışı google üzərindən edəcək. Nə deyim xeyirli olsun.
Tags: google yahoo opera search
Ətraflı
Mart 03
Oxu atan: oXchu | Baxılıb: 126 | Bölmə: CızmaQara, bAzNet

Fikirləşdimki keçirdiyimiz sorğu anketini bu gün sonlandırıb yeni
anketə start verəm. Elə yeni anketdə bir növ əvvəlkinin davamı olacaq
demək olar. Əvvəla keçmiş sorğuya bir iki şərh vermək istəyirəm sonrada
ilk anketdə ən çox səs toplayan variantla bağlı növbəti səsvermədə
iştiraka dəvət edəcəm. Madamki fikirləşirsiniz sürətli ineternetə
ehtiyacımız var, onda sorğudaki hansı provayderi tövsiyyə etdiyinizi
seçib səsiniz verin. Yəni bunlardan hansı daha problemsiz, hansı daha
qırlmadan qoşulur ( əsəblərimizi korlamır ). Bu anketə səbəb bir növ
Aliev`in blogunda oxuduğum
bu yazı oldu. Görək siz nə fikirləşirsiniz. İndi isə keçək nəticələnən sorğunun təhlilinə.
Ətraflı baxaq.
Tags: sorğu anket internet suret sürət Need for Speed Most Wanted
Ətraflı
Mart 01
Oxu atan: oXchu | Baxılıb: 222 | Bölmə: BaMəzə, bAzNet

Bu gün internetdə qarşıma çıxan bəzi karikaturalar gördüm. Bunlar sıradan karikaturalar deyildi. İnterntə aid olan karikaturalardır. Əksəriyyət vaxt internetdən olan xəbərlər yeniliklərdən yazıram. Bu dəfədə internt barədə olan dodaq qaçırdan rəsimləri bölüşmək istədim. Elə buna görə də sizin üçün bir iki karikatura atdım Oxatana. Baxa bilərsiniz.
Tags: kaikatura internet
Ətraflı
Fevral 29
Oxu atan: oXchu | Baxılıb: 313 | Bölmə: bAzNet

Qısa olaraq sizə bir növ tez tələsik blog yaratmaq saytı olan
Tumblr haqqında demək istədim. Əgər blog yazmağa az vaxtınız olursa bu sistemdən istifadə edə bilərsiniz. Bu sistemi fast blog da demək olar. Ya da özlərinin dediyi kimi
Tumblelog. Ən böyük xüsusiyyətlərindən biri tez qeydiyyatdır. Burada
adınız.tumblr.com olaraq blog sahibi ola bilərsiniz. Ya pullu domainə də bağlamaq mümkündür. Sistem artıq indidən bir xeyli papulyarlıq qazanıbdır. Hal hazırda istifadəçi sayı
180.000-dir. Hər ay isə təxmini 17.000 istifadəçi sistemə daxil olur. Bu sürətlə böyümə getsə 2008 axırında istifadəçilərinin sayı
1 milyonu keçə bilər. Sistemə günlük orta hesabla
43.000 yeni yazı yazılır. Sistemə belə maraq olmasıda qəribədir. Beləki
2,3 milyon Wordpress istifadəçisinin günlük yazı yazmaq həcmi təqribi
106.000-dur. Belə nəticəyə gəlmək olarki sistem çoxlarının marağına səbəb olubdur. Sistemin yaradıcısı 21 yaşında
David Karp adlı bir gəncdir. Analitiklərin fikrinə görə yaxın zamanda bu sistemin karlı alıcısı çıxa bilər. Belə proyektlərdən Aznetdə də görmək ümidi ilə...
Tags: tumblr.com David Karp Tumblelog Wordpress
Ətraflı
Fevral 28
Oxu atan: oXchu | Baxılıb: 924 | Bölmə: bAzNet

Bu gün mətbuatdan Təhsil Nazirliyinin
saytının yeniləşməyi ilə əlaqədar bir xəbər oxudum. Ilk baxışda normal görsənir.
Saytın dizaynına filanda irad tutası deyiləm heç. Hətta təəccüblənmək də olarki sayta baxanda ən son xəbərlər bu günə aid düşmüşdü. Yəni saytı yeniliyirlərdə. Bu çox müsbət haldır. Ora-bura baxsamda saytı hansı studionun filan düzəltdiyini görmədim. Ola bilsin bu iş üçün kadr götürüblər fərdi şəkildə saytla məşğul olur. Ancaq heyifki primitiv təhlükəsizlik qaydalarına riayət etməyiblər. Ən çoxda ona təəccübləndimki SQL injection barədə xəbər vermək üçün əlaqə bölməsinə daxil olmağa cəhd elədimki bir yazıb xəbər edim ki düzəltsinlər. Ancaq daxil olanda elə həmin səhifədə də injection olduğunu gördüm. Bir xəbər verə bilsə idim şad olardım. Məndə bura yazdımki bəlkə oxuyuculardan kiminsə tanışı-bilişi olar Nazirlikdə, bir zəhmət xəbər etsin ( onsuzda gizli bir xəta deyil, göz qabağında olandı ).
Tags: tehsil sayt gov.az Azerbaycan tehsil nazirliyinin sayti
Ətraflı
Fevral 28
Oxu atan: oXchu | Baxılıb: 104 | Bölmə: bAzNet

Avropa Birliyi haqsız rəqabətdə günahlandırdığı dünyanın yazılım üzrə bir nömrə adı Microsoft`a 899 milyon avro pul cəzası verdi. Bu ikinci belə cəzadır. Bazar hakimiyyətini özü lehinə olaraq mənfi istifadə etdiyi üçün əvvəl də 778 milyon avro məbləğində cəzalandırılmışdı. Son qərarla birgə isə cəmi rəqəm 1,68 milyar avro oldu. AB`də rəqabət üzrə işlərə baxan Neelie`nin dediyinə görə qurumun 50 illik tarixi boyu Microsoftun eyni cəzanı iki dəfə alan ilk şirkət olduğunu bildirdrərək " Ümidvaramki Microsoft bu günkü cəza ilə birgə qanunlara tabe olmamaqdan əl çəkər" dedi.
Microsoft isə öz növbəsinə etdiyi açıqlamada verilən cəza səbəbini ətraflı araşdıracaqlarını bildirdi. Şirkətin dediyinə görə bu dəfəki qərar ötən illərin sonradan həll olmuş məsələlərinə görə verilmiş cəzadır və bunu sübuta çalışacaqlar.
Tags: AB microsoft
Ətraflı
Fevral 27
Oxu atan: oXchu | Baxılıb: 139 | Bölmə: bAzNet

2006 'da açılan, istifadəçilərinə DivX formatında video yükləmə imkanı
verən, videoların baxılıb paylaşıla bildiyi və
artan ADSL sürətilə belə getsə
Youtube'nin taxtına oturmağa namizəd olan
stage6.com 28 Fevral tarixi etibarı ilə bağlanır. Stage6`nın bu qərarından sonra bir çox saytın problemlərlə üzləşəcəyi güman edilir. Çünki saytlar stage6 üzərindən bir sıra videoları yayımlayırdılar. Bağlanma səbəbi ilə əlaqədar isə dəqiq məlumat əldə edə bilmədim. Saytda yazılanlara görə maddi problemlərlə əlaqədardır.Bəlkə saytı almaq qərarına gələn hansısa iri şirkət peydə olandan sonra fəaliyyətini davam etdirər. Bu isə sual altındadır. (
mən elə
bilərdimki
maddi problem ancaq bizim ölkəmizdə olur )
Tags: stage6 .com youtube DivX video
Ətraflı