Oxatan.com » bAzNet

İyun 02

Ustune dinqildat.

Bu turşməzə bizim dilimizdəki qarşılığıdır. Türk qardaşlarımız buna ekşi deyirlər. Üstəlik bunun lüğətini də düz-qoş ediblər, olub ekşi sözlük. Bu gün webxana`ya baxanda öz aramızdı deyə bir link gördüm. Clickləyib baxanda isə tanış bir protatiplə qarşılaşdım. Bu həmin o türk qardaşlarımızın ekşi sözlüyünə bənzər bizim yerli turş-məzə lüğətimiz imiş. Uğur olsun deyək. Saytın domaini Fanat.az olaraq gördüm. Bu adın nəmənə bir əlaqəsi olduğu haqqında isə bir fikir yeridə bilməyəcəm. Elə mənədə maraqlıdırki bu fanatlığın, lüğətlə nə əlaqəsi var? Əsas bunu öyrənmək istərdim. Ancaq tərtibat olaraq demək olarki tamamilə bənzədiblər və uğurlu alınıbdı. Yeni olduqlarına görə çox sözün turş qarşılığını tapmaq çətindir, bu problemidə zaman həll edər yəqinki...

Tags:

May 31

Oxatan.comBu gün Google`dan istifadə edəndə maraqlı bir yenilik gördüm. Adət etdiyimiz həmişə gördüyümüz favicon ( Böyük G hərfi - aşağı və yuxarıda yaşıl rəng, solda göy, sağda isə qırmızı rəng ) artıq dəyişilib. Yazının şəklindən də göründüyü kimi address bar da göy rəngli kiçik g hərfi var. Bu dəyişikliyin səbəbi haqqında daha bir şey eşitməmişəm. Ancaq bir qədər qabarıq olduğu və WEB 2.0 standartına yaxın olduğu görünür. Bundan Google`da böyük dəyişiklik olacağını söyləmək də olar. Bəlkə Google`da yeni Web texnalogiyasına keçəcək, bəlkə də bu sadə bir dəyişiklikdir və sadəcə favicon dəyişməklə qalacaq demək çətindir. Ancaq belə böyük kompaniyalarda xırda dəyişikliklər adətən olmur. Ehtimal etmək olarki Google`dan yenilik olacaq. Hər halda irəliləyən günlər bunu göstərəcək. Mən isə yeni nəsə eşidib bildiyim anda sizinlədə bölüşəcəm.





Tags:

May 30

Ustune dinqildat.

Açıq brauzer istehsalçısı Firefox Mozilla Corporation şirkəti Ginnesin rekordlar kitabına düşmək niyyətindədir. Firefox 3 versiyası işıq üzü gördükdən dərhal sonra, ilk 24 saat ərzində istifadəçilər tərəfindən yüklənilməsini müəyyən etmək üçün şirkətin Kaliforniyadakı ofisinə komitənin nümayəndələri gələcəklər. Bu günə rekordlar kitabında “Yükləmənin sürəti və miqdarı” adlı kateqoriya mövcud deyil, lakin iyun relizindən sonra əlavə oluna bilər.
Mozillada deyirlər ki, relizdən sonra ilk sutkalar ərzində yükləmənin miqdarı 1.6 milyon təşkil etməlidir, ancaq bu rəqəm 5 milyonadək arta bilər. Xatırladaq ki, açıq brauzerin final relizi 2008-ci ilin iyun ayının ortalarına planlaşdırılıb. Bu günə brauzerin sonuncu versiyası Firefox 3 Release Candidate 1 (RC1) sayılır. Bundan əlavə Mozilla korporasiyasında deyirlər ki, ilk gündə 175 milyon nəfər Spread Firefox saytında Firefox 3 məhsulunu əldə etmək istədiklərini bildiriblər.

Tags:

May 30

Ustune dinqildat.

Yahoo! şirkətinin baş direktoru Cerri Yanqın, D: All Things Digital konfransında etdiyi bəyanata əsasən, BBC News xəbər verir ki, Yahoo! Microsoft korporasiyası ilə mümkün olan partnyorluq sazişi haqda müzakirələri davam etdirir. Yanq rəhbərlik etdiyi şirkətlə Microsoft arasında əməkdaşlıq barədə danışıqların olmasını təsdiq edib və bu dəfə söhbətin korporasiya tərəfindən Yahoo! axtarış sisteminin alınması haqda getmədiyini vurğulayaraq dəqiqləşdirib.
Həmçinin Yahoo! şirkətinin baş direktoru qeyd edib ki, korporasiyası tərəfindən şirkətin alınmasına prinsipial olaraq etiraz etmədikləri halda Microsoft bu təklifini geri götürüb. Olunan təklifdə yalnız qiymət qane etməyib.
Xatırladaq ki, Yahoo! axtarış sistemini əldə etmək niyyətində olan Microsoft korporasiyası, 2008-ci il yanvarın 31-də 44.6 milyarda dollar təklif edib. Bu rəqəm öz növbəsində həmin vaxt Yahoo!-nun bazar qiymətindən 62% çox idi. Lakin bir neçə ay sürən danışıqlar nəticəsində tərəflər razılığa gəlmədiklər və bu saziş baş tutmadı.

Tags:

May 27

Ustune dinqildat.

 Almaniyanın Unteralqau şəhərindən olan gənc cütlük "eBay" hərracına 8 aylıq körpələrini satışa çıxarıblar. Start qiyməti isə 1 avro təyin edilib. Hərracın səhifəsini ziyarət edənlər hiddətlənərək dərhal polisə xəbər veriblər. Onları daha çox isə lotun təsviri şoka salıb: "Mənim üçün həddən artıq səs-küylü problemə çevrilən tamamilə yeni uşaq təklif edirəm. Kişi cinsindəndir. Boyu 70 santimetrdir. Müştəri nəqliyyat xərclərini öz üzərinə götürməlidir. Qeyri-ciddi təkliflərlə narahat etməyin". Elan "eBay"ın səhifəsindən 2,5 saatdan sonra silinib. Daha bir neçə saatdan sonra isə Almaniya polisi 23 yaşlı ana və həyat yoldaşını həbs edib. Onlar uşaq alveri ilə məşğul olmaqda ittiham edilirlər. İstintaq zamanı qadın hər şeyin bir zarafat olduğunu bildirib. Lakin asayiş keşikçiləri tam fərqli fikirdədirlər. Şənbə günü körpə gənclərlə iş üzrə yerli komitənin iki əməkdaşının müşayiəti ilə uşaq xəstəxanasına göndərilib. Tezliklə ata və ananın valideynlik hüquqlarından məhrum olunması haqqında məsələnin gündəmə gəlməsi istisna olunmur. Bu arada isə qadının "eBay"da kifayət qədər etibarlı müştərilərdən olduğu önə çəkilir. O, dəfələrlə hərracda iştirak edib və müxtəlif lotlara sahıb çıxıb.

Tags:

May 22

Ustune dinqildat.

Bir müddət əvvəl istifadəçilərimizdən birinin şərhlərdə yazdığından belə bir xəbər tutduqki day.azmail.ru statistika sistemindən qaydaları pozduğuna görə kənarlaşdırıblar. Bu xəbəri webxanadan oxuduq Aznet olaraq. Bu day.az ın imici üçün çox mənfi hal idi. Həm reklamverənləri bu qədər çox olan saytın statistika ölçənin fırıldaqlıqla çoxaltması ilk əvvə ona maddi ziyan vura bilərdi. Elə buna görə də məsələyə dərhal rəsmi açıqlama gəldi. Sən demə bu day.az`ın fırıldağı deyilmi. Sitat: им объясняю. что на их счетчике на Дей.Аз-е не видно цифр и нет никакой логики для нас накручивать счетчик… ведь он закрыт и цифр не видно…

Они говорят, что у вас на главной странице идет рефреш через каждые 15 минут, и это нарушение пункта 11 их правил… я им говорю. что РБК каждые две минуты делает это… почему ничего не делаете им? Они говорят - отвечайте за себя..

Мстят за нашу кампанию против Агента.Мейл.ру где они написали Нагорный Карабах, как армянскую территорию…


Day.az rəhbərliyinin bütün rəsmi açıqlamalarını oxuya və sual verə bilməyiniz üçün isə mak.az`ın forumunu ziyarət etməli olacaqsınız.

Mövzumuza qayıtsaq isə sən deməi "qara qızın dərdi varmış". Əsas səbəb qayda pozuntusu filan deyil. Məhz bundan sonra trend`də eyni halı müşahidə etmək olardı. Onların reytinqdən kənarlaşdırılma səbəbi isə Rus dilində olmaması idi. Bu da cəfəngiyyatdır. Trend Azərbaycan dilindən çox rus dilində xəbər verir. Məsələni daha aydın başa düşmək üşün, mail.ru nu whois etmək kifayət edir. Qeydiyyatçı e-maili gabrelyan@corp.mail.ru . Mənim bildiyimdə bu erməni familyasıdır. Artıq yazmağıma isə gərək yoxdur deyə düşünürəm.

Tags:

May 21

Ustune dinqildat.

Nəhayət Aznetin milli mənasız müsabiqəsi Netty başa çatdı. Qaliblər isə bunlardır.
1. Dövlət saytı: AR Vergilər Nazirliyi http://www.taxes.gov.az/
2. Korporativ sayt: Bank Respublika www.bankrespublika.az/
3. Təhsil və elm : КАТАРАКТЕ.НЕТ Layihəsi http://katarakte.net/
4. Mədəniyyət və incəsənət: Azərbaycanın Ədəbi portalı www.lit.az
5. İnformasiya və xəbərlər : “Novosti-Azərbaycan” İnformasiya Agentliyi http://novosti.az/
6. Servsi-sayt: JobSearch layihəsi www.jobsearch.az
7. Əyləncə: OPEN.AZ layihəsi http://open.az/
8. İdman: Bədii gimnastika Federasiyası www.agf.az
9. Azərbaycan: Üzeyir Hacıbəyovun virtual muzeyi http://museum.musigi-dunya.az/
10. Fərdi səhifə: Adalet Shukurov www.adaletshukurov.com
11. Cəmiyyət: Cənubi Qafqazda gənclərin reproduktiv sağlamlığı (RHIYC) www.4uth.az
12. Ana dili: Azərbaycanın kitabları www.azerikitab.az
13. Ən yaxşı dizayn: Azərbaycan xalçalarının salonu www.sheyxsefi.az
14. “Milli informasiya texnologiyalarının inkişafında olan əməyinə görə” fəxri nominasiya premiyasına Azərbaycan Respublikası Rabitə və informasiya texnologiyaları naziinin müavini Elmir Vəlizadə layiq görülmüşdür.


Bu nəticələr haqqında da nəsə demək istəmirəm. Eşitdiyimə görə Azərbaycanda internet deyəndə ağıla ilk gələn insanlardan biri Osman Gündüz mükafatlandırmada iştirak etməyibdi. Bunu demək elə yarışın səviyyəsi barədə düşüncə yaradır insanda.

Tags:

May 14

Ustune dinqildat.

Facebook sosial şəbəkəsini, şirkətin baş texniki direktoru Adam Di Anjelo (Adam D’Angelo) tərk edəcək.
Bu barədə məlumatlı mənbəyə istinad edən VentureBeat nəşri xəbər verir. VentureBeat məlumatına əsasən, Di Anjelo şirkəti “onun vərdiş və maraqlarının, tutduğu vəzifədən irəli gələn səlahiyyətləri ilə uyğunlaşmaması” səbəbindən tərk etmək fikrinə düşüb.
Adam Di Anjelo Facebook-da 2004-cü ilin iyun ayından çalışır. Həmçinin o, sosial şəbəkənin yaradıcısı Mark Zakerberqin (Mark Zuckerberg) keçmiş sinif yoldaşıdır.

Tags:

May 09

Ustune dinqildat.

Sizə kimdən deyim, nədən danışım, biri var imiş biri yox imiş internet reklam var imiş.
Bu internet reklam deyilən zad Aznetdə elə gah varmış, gah yoxmuş kimi bir təəssürat yaradır. Hazırda internet reklamın “barını” əsasən AzRunet yeyir. Bu yaxınlarda bu AzNet termini üzərində baş sındırdıqlarını eşitdim. Sən demə forumların birində əməlli başlı bu barədə baş sındırıblar. Amma AzNetin yalnız Azərbaycandilli resurslardan ibarət saytlar icması olduğunu hesab etsək (əslində bu AzNet məsələsi qurdaladıqca uzanan bir məsələ olduğundan mən mətləbdən uzaqlaşmamaq üçün çox qurdalamadım) onda bu reklam məsələsi AzNet üçün əsl problemdir. (biraz uzun-uzadı oldu, ətraflıdan oxuyun)

Tags:

May 08

Ustune dinqildat.

Hər zaman alış - satış xəbərlərini xarici internet saytlarından çatdırırıq. Bu dəfəki xəbərimiz isə öz resurslarımız haqqında olacaq. Əvvəlcədən satışı təbrik edirəm. Eşitdiyimə görə Azərbaycanın wap saytlar arasında ən qocamanı və ən papulyarı olan wap.xana.az saytı öz hissələrindən satıbdı. Deyilirki bəs saytın 30 %-i satılıbdı. İlk vaxtlar xana fəaliyyətə başlayanda o zaman üçün rəqibi tel.az saytı idi.  Ancaq sonrada tel.az saytı Smsnet.az`a satılmışdı səhv etmirəmsə. Bu satış isə təqribi yadımda qaldığı qədərilə 25 min dollar idi. İndi isə xana 30% hissəsini vaxtı ilə tel.az`ın satıldığı ümumi məbləğdən daha baha satıldığı deyilir. Bu isə kifayət qədər uğurlu satışdır fikrimcə. Əslində mən tel.az`ın o vaxt üçün baha satıldığı qənaətində idim. O vaxtı bir o qədərdə çox ziyarətçisi yox idi. Yəni satıldığı məbləğə dəyər ziyarətçi cəhətdən deyirəm mən. Ancaq indi xana fikrimcə tam öz dəyərinə satılıbdı. Bundan sonrada uğurlar olsun sayta.

Tags: