Sizə indi
Kim`dən deyim,
Kim`dən danışım ? Bu dəfə hədəfdə
Kim.az - regional social network saytıdır.
Barcamp Lənkəran - 2008 `də təqdimatı olan sayt Azərbaycanın yeni sosial şəbəkə saytıdır. Saytı
Box.az elektron poçt xidməti təqdim edir. İndiyə qədər Azərbaycanda bir neçə belə sayt açıldı. Ancaq əlbəttə
Kim.az`ın bəzi üstünlükləri var. Təqdimatda deyildi ki yeni şəbəkə ilk əvvəldən bütün box.az istifadəçilərini tərkibinə qatacaq. İndi box.az`ın təqribi 120.000 istifadəçisi var və bunlar avtomatik Kim.az saytının qeydiyyatlı üzvlərinə çevriləcəklər. Əgər sizin
adınız@box.az e-mail ünvanınız varsa həmin loginlə daxil ola bilərsiniz. Sayt daha tam hazır olmayıbdı. Dediklərinə görə Barcamp`da təqdimat üçün hazır ediblər. Ona görə giriş hissəsi olduqca kasıbdır. Daxil olduqda da bəzi funksiyaları tam işləmir. Çatışmamazlıqları cari ayda aradan qaldırıb sonra geniş kütləyə açmaq istəyirlər saytı. Bundan sonra təkcə box.az e-maili ilə deyil, istənilən e-mail ilə üzv olmaq mümkün olacaq. Kim.az şəbəkəsi indi
Facebook`un ümumi görünüşü və funksiyaları üstündə qurulur. (
Daha doğrusu köhnə Facebook`un. Çünki Facebook artıq new.facebook.com
adresindən yeni dizayn və tərtibatını istifadəçilərə təqdim edir. Buradan daxil olaraq yeni facebook`u istifadə edə bilərsiniz. ) Düşünürəm ki, işə belə başlamaq, işi daha asanlaşdırır və tezləşdirir. Yerində atılmış addımdır. Şəbəkə isə Facebook`un bütün imkanlarına ilk əvvəldən sahib olmayacaq. Qruplar yaratmaq və bunun kimi bir-iki xüsusiyyət hələki nəzərə alınmayıbdı.
Onu da deyim ki, məncə ilk əvvəldən 120.000 istifadəçi adı ilə başlamaq isə yalnışdır. Çünki box.az əksərən yeni internet istifadəçilərinin sevimli mail adresidir. Onlar isə sosial şəbəkə kimi çox funksiyalı və ağır bir saytdan istifadə etmək üçün hələ naşıdırlar. Üstəlik axtardığın adamı kim.az sistemində tapsan belə onun aktiv istifadəçi ya passiv (
sadəcə mail istifadəçisi ) istifadəçi olduğunu araşdırmaq olmayacaq. Yaradıcılar bunun mənfi hal olduğunu nəzərə almalıdırlar. Bəlkə də bunun üçün nəsə fikirləşiblər. Əslində elə çətin bir məsələdə deyil. Sistem yeni fəaliyyətə başlayanda bütün box.az istifadəçilərinə bir e-mail ünvanlayarlar ki, ürəyi istəyən öz profilini Kim.az şəbəkəsində də aktiv etsin. Kim.az da axtarış etdikcə isə tapılan nəticələr arasında hansı profile`ın aktiv, hansının isə deaktiv olduğu qeyd olunsun. Beləcə istifadə daha rahat olar. Yoxsa Kim.az istifadəçi üçün kimə isə cavabsız qalan dostluq təklifi etmək və ya onunla şəbəkə vasitəsilə əlaqə saxlayıb vaxt itirmək kimi mənfi cəhətlər təqdim etmiş olar.
Fikrimcə bütün mənfi və müsbətlikləri ilə Kim.az Azərbaycan internetində box.az kimi bir dəyər olacaq. Bu yaxın və ya uzun müddət ərzində olacağını söyləmək hələ tezdir. Sayt aktiv fəaliyyətə başlayandan sonra incələyib bu haqda yeni yazı yazaram inşa Allah. Ümid edirəm ki, saytın statistikası açıq olar. Kim.az`da online istifadəçiləri görmək şansımız olar. Bu zaman daha dəqiq fikir yürüdə bilərik.
Sonda isə Kim.az`a bol UĞURLAR arzulayıram.
Qeyd:
İpucu verərək demək istəyirəm ki, Kim.az`a rəqib ola biləcəyini ümid etdiyimiz social network üzərində işləyirik.