Oxatan.com » bAzNet

İyul 10

Oxatan.comGoogle üçölçülü sosial şəbəkə istifadəyə verib.
Google axtarış sisteminin rəsmi bloqunda, şirkətin personajları hərəkət edən, üçölçülü sosial şəbəkənin istifadəyə verməsi haqda deyilir. Yeni məhsul Lively adlanır və bir çox cəhəti ilə Second Life oynunu xatırladır. Lakin oyundan fərqli olaraq, müvafiq plaqini qurduqdan sonra o, brauzerdə birbaşa işə düşür.

Lively istifadəçilərinə özlərinin üçölçülü hərəkət edən personajlarını yaratmağa təklif olunur. Personajın cinsini, üz cizgilərini, saç düzümünü və geyimini seçmək olar. Personajı seçdikdən sonra, adi sosial şəbəkə səhifəsinin analoqu olan özünüzün virtual otağınızı tərtib etməlisiniz.

Otaq üçün, müxtəlif növ interyer əşyalarını əlavə etməyə mümkün olan bir neçə şablon nəzərdə tutulub. Məsələn YouTube videogörüntüsünü göstərən televizor, mebel və ya fotoşəkilli çərçəvələr.

Kataloqun köməyi ilə, müxtəlif iştirakçıların otaqlarını gəzmək mümkündür. Otaqların içində ünsiyyət zamanı, hər bir dialoq iştirakçısının yanında komikslərdə olduğu kimi, şərhli “qabarcıq” peyda olur.

İstənilən sosial şəbəkədə olduğu kimi, Lively şəbəkəsindədə dost tapmaq olar. Bundan ötrü istifadəçiləri öz otağınıza dəvət etmək kifayətdir. Lively yaradıcıları, üçölçülü hərəkətli sosial şəbəkənin – “iş vaxtınızın 20%-ni şəxsi layihələrinizə xərcləyə bilərsiniz” – şüarını əsas tutan, Google şirkətinin fəaliyyət prinsipləri sayəsində, onların şəxsi təşəbbüslərilə hazırlandığını qeyd ediblər. Hazırda Lively sosial şəbəkəsini ancaq Microsoft Internet Explorer və Mozilla Firefox brauzerləri dəstəkləyirlər.



Google XML dilinin əvəzedicisini təklif edib.
Oxatan.comInformationWeek nəşrinin yazdığına görə, 7 iyul tarixində Google şirkəti bütün istəyənlərə, hamı tərəfindən qəbul olunmuş XML əvəzinə, verilənləri daha effektiv təsvir edən Protocol Buffers dilindən istifadə etməyə təklif edib. Protocol Buffers formatındakı məlumatlar faylı, XML fayllarından 3-10 dəfə kiçikdir və məlumatların çeşidlənməsi 20-100 dəfə sürətli olur.

XML-dən fərqli olaraq, Protocol Buffer formatı istifadəçi tərəfindən oxunmaq üçün nəzərdə tutulmayıb. Bundan əlavə, verilənlərin anlaşılması üçün .proto-fayl lazımdır. Protocol Buffers formatı 2001-ci ildə hazırlanılıb və praktiki olaraq Google tərəfindən, strukturlaşdırılmış informasiyanın saxlanılması lazım olan hər yerdə istifadə olunur. Öncə o, axtarış indeksinin yerləşdiyi serverlərin sorğu və cavablarının formalaşdırılması üçün hazırlanmışdır.




Google əməkdaşlarının özəl məlumatlarını itirib.
Oxatan.comGoolge şirkətinin hüquqşünası Levis Siqal tərəfindən baş prokuror Nyu-Gemprişə ünvanlanmış məktubuna əsaslanaraq InformationWeek nəşri, Google internet-şirkətinin əməkdaşları haqda məlumatların ötən ay itirilməsi barədə xəbər verib. Axtarış-sistemi əməkdaşlarına məxsus şəxsi informasiyalar, personalın idarə olunmasında Google-a xidmət göstərən Colt Express Outsourcing Services şirkətinin ofisindən oğurlanmış kompüterlərdə saxlanılırdı.
Oxşar məktubu axtarış-sisteminin zərər çəkmiş əməkdaşlarıda alıblar. Colt Express Outsourcing Services şirkətinə məxsus kompüterlərin yaddaşında, əməkdaşın adı, soy adı və doğum tarixi, sosial sığorta kartının nömrəsi, sürücü vəsiqəsi və bank kartının nömrəsi kimi məlumatlar saxlanılıb.
Google nümayəndələri qeyd edirlər ki, hələki ziyankarlar tərəfindən oğurlanmış məlumatlar istifadə olunmayıb. Oğurlanmış kompüterlərdə saxlanılan məlumatlar, Google şirkətinin 31 dekabr 2005-ci ilə dək bütün keçmiş və işə qəbul olunmuş indiki əməkdaşlarına aiddir.
Kompüterlər Express Outsourcing Services şirkətinin, Kaliforniyanın Uolnat Krik şəhərində yerləşən ofisindən 26 may tarixində oğurlanılıb. Google əməkdaşlarına məxsus məlumatlardan əlavə, oğurlanmış kompüterlərdə Avant Corp, Bebe, CBS, CNET Networks, Ebara Technologies və Punahou School kimi şirkətlərin işçilərinə aid informasiyalar da olub.

Tags:

İyul 10

Ustune dinqildat.

Təhqiqatlar aparan Net Applications şirkəti maraqlı məlumatlar təqdim edib. Sən demə, hamı tərəfindən yaxşı tanınan Windows Vista əməliyyat sistemi, bütün dünya kompüterlərinin 16.14 faizində qurlaşdırılıb.
Bu göstərici yeni istifadəyə verilmiş əməliyyat sistemi üçün heç də pis deyil. Lakin bu rəqəm, sözügedən əməliyyat sisteminin yayılması üçün şirkətin göstərdiyi səylər qarşısında müqaisə edilməz dərəcədə azdır. Özünüz müqaisə edin – liderliyi hamı tərəfindən sevilmiş, planetimizin 71.2% kompüterlərini əsarəti altında saxlayan Windows XP əməliyyat sistemi edir.
Çoxlarının unutduğu, 2.11% kompüterin əməliyyat sistemi olan Windows 2000 hələdə mövcudluğunu davam etdirir. Softver nəhəngi ilə apardığı mübarizəyə baxmayaraq, Linux əməliyyat sistemi sevənlərin sayı 1 faizə çatmır. Onların miqdarı çox sadə – 0.88% rəqəmi ilə kifayətlənir. Gözlənilməz olsa da, lakin faktdır ki – Aplle tərəfindən hazırlanan əməliyyat sistemlərinin populyarlığı artmaqda davam edir. İndi bu göstərici ümumi bazarın 7.94 faizini təşkil edir.

Tags:

İyul 10

Ustune dinqildat.

ZDNet yazır ki, bir neçə iri İT-korporasiyaları, həmçinin Microsoft, Sun və Cisco, əlaqəli olaraq, domen adları internet-ünvanının uyğun olmasına cavab verən DNS sistemdə aşkar olunan ciddi zəifliyi aradan qaldıran patç hazırlayıblar. Zəiflikdən istifadə edən ziyankarlar, trafiki istənilən veb-ünvandan öz serverlərinə yönəldə bilərdilər.
DNS-də mövcud olan səhfi, yarım il bundan öncə, IOActive şirkətinin təhlükəsizlik üzrə mütəxəssisi Den Kaminski açkar edib. O, bu barədə informasiyanı birbaşa olaraq aidiyyatı olan şirkətlərə ötürmək qərarına gəlib və müzakirə zamanı sinxron olaraq patç hazırlamağa xahiş edib.
Kaminskinin sözlərinə görə, ziyankar, 0-65000-ə dək olan təsadüfi identifikasiyalaşdırılmış nömrəni tapa bilər və serverin cavabını saxtalaşdıra bilər. Məsələn, bu halda istifadəçi bankın və ya internet-mağazanın saxta serverinə düşür.
Düzəlişdən sonra idendifikasiyalaşmış nömrəni demək olar ki, tapmaq mümkün olmayacaq. Öz DNS-serverinizi, DNS Cache Poisoning adını almış zəifliyin olub-olmamasına görə doxpara.com ünvanında yoxlaya bilərsiniz. Fərdi kompüterlərin çoxsunun, DNS Cache Poisoning zəifliyindən 30 gün ərzində avtomatik qorunması gözlənilir.

İyul 09

Ustune dinqildat.

Son zamanlarda porno sektoru haqqında xüsusilədə uşaq pornosu haqqında çox danışılır. Əslində çox gec danışmağa başlayıblar. AzNetdə sıx rast gəlinməsədə amma Azərbaycanın wap saytlarının əksəriyyətində 18+ və ya xxx club və ya nə bilim buna bənzər bölmələri görmək çox adi hal alıbdı. Reytinq`i qaldırmağın çox asan yolunu seçən sayt sahibləri istəklərinədə nail olurlar. Bu mövzuya bundan əvvəl bir ox atmışdıq. Elə ona görə də bu dəfə sözümü çox uzatmayacam. Əvvəla ötən yazımıza baxmaq fikrimizi çatdırmağa kifayət elər. Sonrada indiki yazımızın səbəbini deyim ki, xəbər saytlarından birində qarşıma çıxan bir yazını sizin də nəzərinizə çatdırmaq istəyirəm.

Ölkədə idarə olunan porno saytların sayı 1000-ə çatıb.
"Gənc Liderlər" Uşaq Təşkilatının İdarə Heyətinin növbəti toplantısı keçirilib. İclasda çıxış edən təşkilatın sədri Fərid Şahbazlı Azərbaycan gənclərinin və uşaqların mənəviyyatının ciddi təhlükə altında olduğunu diqqətə çatdırıb. Bildirib ki, təşkilatın apardığı araşdırmalar zamanı son bir ildə ölkəmizdə idarə olunan porno saytların sayı 1000-ə çatıb. Son vaxtlar bu cür saytların "vap" internet proqramı vasitəsilə mobil telefonlara da yol açmasını daha ciddi problem sayan Fərid Şahbazlı bütün bunları nəzərə alaraq bu cür saytların heç bir maneəsiz fəaliyyətinə virtual məkanda sərbəstliyin olması kimi bəhanələrlə son verilməməsini qətiyyətlə pisləyib. Təşkilat sədri nazirlikdən uşaq pornoqrafiyasını, zorakı porno görüntüləri yayımlayan saytları ləğv etməyi tələb edib.

Tags:

İyul 08

Ustune dinqildat.

Mozilla Firefox brauzeri 24 saat ərzində 8 milyon 2 530 dəfə yüklənilib.
Mozilla Firefox 3 bruzeri, buraxılmasından sonra sutka ərzində proqramın yükləmə sayına görə dünya rekordunu müəyyən edib. Bu brauzer 24 saat ərzində 8 002 530 dəfə yüklənilib. Bu göstərici Ginnessin rekordlar kitabında qeyd olunub.
Ginnessin rekordlar kitabını təmsil edənlər, yükləmə miqdarını iki üsulla sayıblar. Birincisi, onlar Mozilla-nın statistikasından məlumat alıblar. İkincisi isə, yükləmələrin qeyd olunduğu serverlərdən götürülən məlumatları əsas tutublar.
Son məlumata görə, Mozilla Firefox 3 brauzeri 28 milyon dəfə yüklənilib. Mozilla Firefox brauzerinin əvvəlki versiyası çıxışından sonra birinci sutka ərzində cəmi 1.6 milyon dəfə yüklənilmişdi. Mozilla Firefox 3 üzərində çalışmalar 2006-cı ilin sonunda başlanılıb və brauzerin koduna 15 mindən çox dəyişiklik edilib. Ötən versiya ilə müqaisədə təzə versiya onlarla yeni funksiyaya malikdir.

Tags:

İyul 03

Ustune dinqildat.

İyul ayı bütün tələbələrin olduğu kimi məndə də bir az məşğul keçdi. Yay imtahanları münasibəti ilə. Şükür yaxşı keçdi. Bizdə də yaxşı keçdi deyəndə imtahanları pulsuz yola verdim başa düşülür əlbəttə. Nə isə, sosial mövzularda yazmaq mənim işim deyil. Bu mövzunu öz öhdəsinə götürən yetərincə blogdaşlarımız var. Mən yenə qələmimi ( klavyaturamı ) əlimə alıb yay və internet haqqında yazmaq istədim. Həmdə bu vaxta kimi olan fəaliyyətimiz haqqında bir balaca hesabat vermək pis olmazdı deyə düşünürəm.
Əvvəla blogumuzda arada olan texniki nasazlıqlar onunla əlaqədardıki, pulsuz hostingdən istifadə edirik. Yəni pullu domaindir ancaq pulsuz hostingə bağlanılıbdır. Atalar ucuz ətin şorbası olmaz deyiblər. Pulsuz ətlədə bu qədər fəaliyyət göstərirsə qənimətdir. Bu blogdakı rəsimləridə pulsuz rəsim hostlarına ona görə yükləyirik ki, olan qalan yerimizdə dolub eləməsinki Uzun müddət yazaq-pozaq. Fəaliyyətə başlayandan sonra bir çoxları bəyənməsədə , digər çoxlarının bəyəndiyi bir blog oldug. Az qalır yarım ildirki açıqdır saytımız. İlk vatlarda keçid verənlərin siyahısını tərtib edərək bir kənara yazsaqda artıq sayı itirmişik demək olar. Hə birdə soruşa bilərsiziki, ay balam madamki saya bilmirsiz, hesabı itirirsiz niyə dost - tanış saytlar düz qoş edib orada qeyd eləmirsiz. Məndə bu suala cavab olaraq deyə bilərəmki bu zaman bizim tənqidlərimiz öz obyektivliyini itirmə təhlükəsində ola bilər. Yada həmin o dost siyahısında olanlardan birinin nöqsanı yaransa "üz-üzdən utanar" prinsipinə riayət eləyib gərək tənqidi eləməyək. Hərçənd buna məhəl qoymazdıq ancaq yenədə belə daha yaxşı olar deyə düşünürük. Üstəlikdə bəyəndiyimizləridə yazırı-pozur , qeyd edirik. Fikrimcə blogumuzun daimi oxucusu olan hər kəs hansı sayt və bloglara rəğbət bəslədiyimizi bilər. Daimi blogumuza keçid verənlərdən isə, bir neçə ay əvvələ qədər çox aktiv yenilənən http://blogran.comhttp://gurbanov.net bloglarına təşəkkür edirik. Təəssüfki adı çəkilən bloglar son vaxtlarda qeyri aktivdirlər. Yəqinki havalarla əlaqəlidir.Bundan başqa http://www.webxana.com , http://ferhad.azeriblog.com ( yeri gəlmişkən bu bloga baxdımki dizaynı dəyişilib və çox xoşuma gəldi, deyəsən Azeriblog`a yeni skinlər əlavə olunubdu ) , http://hasanalizade.azeriblog.comhttp://azerbaycan.li bloglarından bir xeyli ziyarətçi keçidi olub son yarım ildə blogumuza. Bundan başqa müxtəlif sayt və forumlarda da adımızı müsbət yad ediblər. Adlarını unutduqlarımızda varki onlara da təşəkkür edir və adlarını çəkmədiyimiz üçün üzr istəyirik. Hamısına təşəkkürlər.
Bəs bu tətil nədir başlıqda ? Yox tətilə çıxmırıq. Arada bir yazı yazmaqla yay fəslimiz boşa keçmiz olmaz. Əksinə hələ elə yayda da öyərənərik nəsə. Bu tətildə, yay tətilidir. Mövsümün sonu, tətilin başlanğıcı. Eləki iyun ayı gəlir verlişlərdən tutmuş, qəzetlərə, internet saytlara qədər hər kəs tətilə gedir. Hətta hər yerdə olan reklam qiymətləridə düşür. Bu tətilin isə ən çox ziyanı internet saytlarına dəyir. Həm dərs sezonunun bitimi ilə böyük istifadəçi itirir saytlar. Bundan əlavə isti havanın təsiri ilə qapalı yerdə qala bilməyənlər kompüter ətrafından qaçırlar, yada işdən məzuniyyət götürüb tətil şəhərciklərinə üz tuturlarki heç kimdə ora kompüter ətrafında oturmağa getmək üçün pul verməz. Bir sözlə bu yayı turizmçilər nə qədər sevirsə, elektron bizneslə ( elektron biznes deyərkən fotoaparat və kamera satanları nəzərdə tutmuram ) məşğul olanlarda o qədər sevmir. Əgər yeni bir sayt açıb, 2-3 ayda onun reytinqini göylərə qaldırmaq kimi bir fikriniz varsa və bunu indi etməyi fikirləşirsinizsə onda dayanın! Yeni mövsümü gözləyin. Yox əgər saytı uzun müddətli biznes planı ilə açırsınızsa onda elədə pis vaxt demək olmaz. Tətildən qayıdan istifadəçilər artıq yeniliklər axtararkən internet aləmində sizin saytla qarşılaşacaqlar. Bəs bu mövsüm sonunu necə dəyərləndirmək olar? Əlbəttə yeni sezona hazırlıqla. Əgər ağlınızdə nə isə yenilik varsa saytınız üçün bunu həyata keçirməyin ən yaxşı vaxtıdır. Sizin qarşınızda sentyabr-oktyabra kimi zaman var. Bundan maksimum istifadə edin və işlərinizi sahmana salın. Bir az tətildən qalsazda olar.
Mövzu haqqında sizində deməyə sözünüz olsa şərhlərdə bildirin. Elə yadımıza nəsə düşdükcə bizdə elə edəcəyik.

Tags:

İyul 01

Ustune dinqildat.

Yenidən kompüter arxasında oturub yazmaq imkanına sahib olmaq təsəvvür etdiyimdən daha yaxşı bir hiss imiş. Bütün oxucuların bura mənim şəxsi həyatımdakı problemləri oxumağa gəlmədiyini çox yaxşı bilirəm, odur ki, əgər yazmağa başlamışamsa gərək nəsə yeni bir xəbər verim. Düzü budəfəki xəbərim elədə təəcübləndirici bir yenilik barəsində deyil. Sadəcə yeni açılmış bir sosail şəbəkə barəsində məlumat verəcəm. Bu sosial şəbəkənin "aznet"lə də o qədər əlaqəsi yoxdur, sadəcə bu yaxınlarda əlimə keçən birr press relizdir. Daha konkret desəm "Cisco"nun Azərbaycandakı flialının yaydığı bir məlumat. Birinci əldən məlumatı daha aydın anlamaq mümkündür fikrimcə. Maraqlıdırsa ətrafııdan oxuyun...

Tags:

İyun 27

Ustune dinqildat.

Reuters agentliyinin verdiyi xəbərə görə, Google axtarış sistemi Microsoft şirkətini amerikanın ən şöhrətli şirkətləri siyahısında qabağlayıb. Bu məlumatlar Harris Interactive araşdırmalarında qeyd olunur. Cari il reytinqdə Google birinci yeri tutub (2007-ci ildə yalnız 4-cü yeri), lakin Microsoft isə birinci yerdən doqquzuncu yerə düşüb. Ötən il olduğu kimi, 2008-ci ildə tərtib olunan siyahıda ikinci yeri, kosmetika və Johnson & Johnson evi üçün malların istehsalçısı tutub. Üçüncu yer İntel şirkətinə nəsib olub (2007-ci ildə bu şirkət 16-cı yerdə olub).
Onluğa həmçinin hazır qida məhsullarının istehsalçısı General Mills, peçenye və şokolad istehsalçısı Kraft Foods, Uorren Baffetə məxsus Berkshire Hathaway səhmdar fondu, 3M korporasiyası, Coca-Cola və Honda şirkətləri də daxil olublar. Reytinqə cəmi 60 şirkət düşüb.
Qeyd etməyə dəyər ki, cari ilin iyun ayının əvvəlində, dünyanın ən iri 600 korporasiyaları arasında daha yüksək şöhrəti olanların siyahısında Google şirkəti ikinci yer tutub.
Lider həmin vaxt yaponiyanın Toyota avtokonserni olmuşdur. Amerikanın Reputation Institute təşkilatı tərəfindən tərtib olunmuş siyahı, 27 ölkədə sorğuda iştirak etmiş 60 min insanların rəyinə əsaslanır.

Tags:

İyun 27

Ustune dinqildat.

Dünyada ən böyük sosial şəbəkələrindən biri olan MySpace, iyunun 18-də dizaynını dəyişərək daha sadə və anlaşılan olub. Resursun yeni görkəmi şəbəkənin bütün regional saytlarına aiddir. Sosial şəbəkəyə reklamdan xeyli gəlir gətirəcək yeni dizayn üzərində MySpace əməkdaşları yarım il çalışıblar.

Əvvəllər MySpace sosial şəbəkəsinin dizaynı olduqca tez-tez tənqid mövzusu olurdu. Təhlilçilər örnək olaraq ciddi dizayn kimi MySpace-in əzəli rəqibi Facebook sosial şəbəkəsini gətirirdilər. Bununla onlar Facebook sosial şəbəkəsinin daha sürətli artımını izah edirdilər.

Uzun müddət MySpace dünyanın ən böyük sosial şəbəkəsi sayılıb. Lakin, ComScore-nin verdiyi məlumata əsasən 2008-ci ilin aprelində aylıq ziyarətin sayına görə Facebook şəbəkəsi MySpace-ni geridə qoyub. Həmin ay hər bir şəbəkənin auditoriya sayı 115 milyon insan təşkil etmişdir.

Tags:

İyun 27

Ustune dinqildat.

Facebook sosial şəbəkəsinin rus dilli versiyası fəaliyyətə başlayıb. Bu barədə sabah, iyun ayının 19-da rəsmi elan ediləcək. Belə ki, rus dilli versiyanın yaradılması nəticəsində Facebook-un dəstəklədiyi dillərin sayı 17-yə çatıb.
2004-cü ildən fəaliyyət göstərən Facebook sosial şəbəkəsi uzun zaman MySpace-dən sonra qlobal şəbəkədə istifadəçi sayına görə ikinci yerdə olub. Lakin cari ilin aprel ayında hər iki resursun istifadəçi sayı bərabər, yəni 115 milyon istifadəçi təşkil edib, Lenta yazır.
Qeyd edək ki, MySpace sosial şəbəkəsinin rus dilli versiyası 2008-ci ilin yanvar ayından fəaliyyət göstərir.

Tags: