Oxatan.com » bAzNet

İyul 30

Ustune dinqildat.

Bu yaxınlarda Google PageRank`ləri yenilədi. Bizim blogda 0-dan 3-ə qalxdı PageRank`ı. Ən azından 6 olar inşa Allah.
6 demişkən Aznetdə PR`ı 6 olan çox az domain var idi. Mən bir tək day.az və azerbaijan.az`ı bilirdim. Ancaq bu dəyişiklikdən sonra siyahımız bir az artdı. Bir xeyli domain 5 PR bəziləri də 6 PR oldu. Məndə istədimki birlikdə 6 və 5 PR olan domainləri sadalayaq. Əvvəla mən başlayım sonrada yada düşən və tapılanları şərhlərdə qeyd elərik.

PageRank`ı 6 olan domainlər:

www.day.az
azerbaijan.az
ilk10.az
trend.az
apa.az

PageRank`ı 5 olanlar ( bunlar daha çoxdur ):

aztv.az
itv.az
1news.az
lidertv.com
boss.az
turbo.az
box.az
bakililar.az ( bu domainin 6 olmaması məni təəccübləndirir )
xazar.com
wap.xana.az
open.az
mix.az
joy.az
musavat.com
ayna.az
525.az
baki.info
kataloq.net


Əlavə olaraqda kim 5 və ya 6 PR olan domain bilsə şərhlərdə qeyd eləsin. Mən də yenisi ilə rastlaşsam yazacam. Ancaq bu PR hesablamasında diqqətli olmaqda lazımdır. Bəzən subdomainlər domaindən daha çox PR`a sahib olur. Məsələn xana.az PR`ı 2 dir ancaq wap.xana.az`ın PR`ı 5-dir

Tags:

İyul 30

Ustune dinqildat.

Rabita.az saytında oxudumki yaxın günlərdə bir axtarış sistemi aha açılıbdı.

Ümumdünya internet şəbəkəsində daha bir axtarış sistemi artıb. İyulun 28-dən, Google şirkətinin keçmiş əməkdaşları tərəfindən yaradılmış,  Cuil adlanan axtarış sistemi işə başlayıb. Yaradıcılar əmin edirlər ki, yeni axtarış sistemi 120 milyarddan ibarət ən böyük indeksləşdirilmiş resurslar bazasına malikdir. Ekspertlər, yeni layihənin bazar liderlərini sıxışdırma şanslarını bədbinliklə qiymətləndirirlər.

Yeni Cuil.com axtarış sistemi, Google şirkətinin bir qrup keşmiş əməkdaşları – Tom Kostello, onun həyat yoldaşı Anna Peterson, Rassel Paurer və Lui Monye tərəfindən yaradılıb. Sözügedən axtarış sisteminin indeksində 120 millyard səhifə mövcuddur. Bu da Cuil təsisçilərinin qiymətləndirməsinə görə, Google bazasından üç dəfə çoxdur.

Yeni axtarış sisteminin xüsusiyyətləri arasında, onu rəqiblərindən fərqləndirən dizayn və tematik kateqoriyalar üzrə axtarışın olmasıdır.

Cuil yaradıcıları öz layihələri üçün yatırım qoymaq istəyənləri artıq tapıblar. Hazırda onlar, təzə yaradılmış şirkətlərinə 33 milyonluq yatırım cəlb edə biliblər. Şirkət, axtarış nəticəsində kontekst reklamının yerləşdirməsi hesabına qazanc əldə etmək niyyətindədir.

Cuil yaradıcıları, axtarış sistemi tərəfindən indeksləşdirilmiş səhifələrin miqdarına əhəmiyyət verirlər. Onlar ciddi olaraq saytlar bazasını artırmaq niyyətindədirlər. Hazıda “Yandeksin” bazası 4.5 milyard (bunlardan 1 milyardı əcnəbi dillərdədi), Gogo-nun (Mail.ru portalına məxsusdur) bazası isə 3.3 milyard səhifədən ibarətdir.

Mail.ru portalının vitse-prezidenti və eyni zamanda marketinq üzrə direktoru xanım Anna Artamonova hesab edir ki, bazarda hansısa bir mövqe tutmaq üçün, Culi təsisçilərinə xeyli vaxt və maliyyə vəsaitləri lazım olacaq.


Ancaq bir az axtarış eləyəndən sonra baxdımki bu google`un əlinə su da tökməyə yaramaz. Hər iki sistemdə də Oxatan.com axtardım. Google da axtaranda 3310 nəticə tapıldı. Cuil`də axtaranda isə cəmi 190. Hər halda nə dərəcədə bazarda yer tutacağı sual altındadır. İndi axtarış bazarında Google, Yahoo, Live, Aol müvafiq ardıcıllıqla yer tuturlar. Görək Cuil bu sırlamaya daxil ola biləcəkmi...

İyul 26

Oxatan.com
“BarKamp Azərbaycan 2008” qeyri-konfransına qeydiyyatın başlaması ilə əlaqədar olaraq Ria Novosti İnformasiya agentliyinin konfrans zalında 25 iyulda mətbuat konfransı keçirildi. Mətbuat konfransı “BarKamp Azərbaycan 2008” qeyri-Konfransının Azərbaycandakı təşkilatçıları tərəfindən keçirilmişdir.

29-31 avqust tarixlərində, Lənkəranda keçiriləcək bu qeyri-konfransın əsas məqsədi Azərbaycanda yeni İnternet və Müasir Media layihələrinin inkişafını stimullaşdırmaq, gənc eləcə də təcrübəli İT, Müasir Media mütəxəssisləri arasında təcrübə mübadiləsini, son internet texnologiyaların tətbiqinə təkan vermək, bu sahələrdəki problemlərin, inkişaf perspektivlərinin müzakirəsini təşkil etməkdir. Bu qeyri-konfransda İT-nin və Müasir Medianın müxtəlif istiqamətlərindən olan 160-180 yerli mütəxəssisin və bu sahə ilə yaxından maraqlananların, eləcə də xarici ekspertlərin iştirakı da gözlənilir.

Layihə koordinatoru İlqar Mirzə konfransın proqramı haqqında danışarkən qeyd etdi ki, tədbir çərçivəsində 40-a yaxın təqdimat olacaq, iştirakçılar arasında əməkdaşlıq yarmarkası keçiriləcək, eləcə də müxtəlif layihələrin inkişafı üçün kiçik qrandlar təşkil olunacaq.

Konfransda İT sahəsində olan gənc mütəxəssislər üçün yaranan əlverişli şəraitdən danışıldı. Belə ki, onlar bu konfrans sayəsində öz layihələrini, təqdimatlarını (mühazirələr, hesabatlar, master-klaslar, çıxışlar, diskussiyalar və s.) heç bir məhdudiyyət olmadan təqdim edə bilərlər. Layihə üzrə Baş eskpert Vahid Qasımov öz çıxışında onu da qeyd etdi ki, “BarKamp” formatı indiyədək gördüyümüz ənənəvi konfranslardan kifayət qədər fərqlidir. Burada hər bir iştirakçı həmçinin təşkilatçıdır – hamı bu konfransın təşkilinə öz tövhəsini verə bilər. Eləcə də, təqdimatların proqramı əvvəlcədən tərtib olunmayan bu konfransda hər bir iştirakçı öz mövzusu ilə çıxış etməkdə sərbəstdir.

“BarKamp Azərbaycan 2008”-in texniki işlər üzrə koordinatoru Rəşad Əliyev: “29-31 avqustda Lənkəranda keçiriləcək qeyri-konfransda iştirak etmək istəyənlər konfransın rəsmi saytı olan www.barcamp.az -da qeydiyyatdan keçməlidir. BarKamp olaraq biz Əməkdaşlıq Yarmarkasına investorların və fondların cəlb olunması üzərində də işləyirik”.

“BarKamp Azərbaycan 2008”-ə bir çox qurumlar dəstək verirlər və bu siyahı getdikcə genişlənir. Artıq Soros fondu, Gənclər İdman Nazirliyi və Azərbaycan İnternet İnkişafı Forumu konfransa dəstək verirlər. Bundan əlavə, İKT İnformasiya Mərkəzi və bir çox saytlar da konfransın təşkilinə informasiya dəstəyi verərlər.

Onu da qeyd etmək lazımdır ki, “BarCamp” qeyri-konfranslar hərəkatı 2005-ci ildə ABŞ-da yaranmışdır və hal-hazırda demək olar ki, bütün Dünyada keçirilir. Ətraflı məlumat üçün www.barcamp.az saytına, eləcə də Barkamp hərəkatının qlobal saytına www.barcamp.org müraciət edə bilərsiniz.

İyul 25

Ustune dinqildat.

Bir müddət əvvəl "Telefon kataloqları" barədə bir yazı yazmışdıq. Elə həmin yazı zamanı növbəti belə bir proyektin hazırlandığı xəbərini şərhlər vasitəsilə almışdıq. Nəhayət sözü gedən yeni proyekt - Mobiland.az hazır olubdur. Sistem haqqında geniş məlumatı, işləmə prinsipi və yaranıb ərsəyə gəldiyi ardıcıllığı təsisçinin öz blogundan oxuya bilərsiniz.
Sistem barədə şəxsi olaraq deyə bilərəmki kifayət qədər funksiollığı var. Gördüyüm qədəri ilə saytda işlər davam edir və yeniliklər olur. Sadəcə olaraq şəxsi fikrim olaraq bir - iki irad söyləyəcəm. Saytda əsas üstünlük xəbərlərə verilibdi. Yəni bunun üçün xeyli böyük yer ayrılıbdı. Kataloq saytıdır və telefonlara üstünlük daha yaxşı olardı. Fikrimcə bir az kompaktlıq yoxdur. Həmdə bu xəbərlər daha çox xəbər xarakterli deyil, blog xarakterlidir. Yəni bu həm saytın blogu həm də xəbər blogu kimidir. Düşünürəmki saytın ayrıca blogunu tərtib etmək olar. Hansı ki saytda olan yenilikləri və aparılan işləri orada qeyd oluna. Son blog yazısı isə kataloqda görsənə. Mobil dünyaya aid xəbərlər isə blog xarakterli deyil bir az daha xəbər xarakterli saytda düzlənələr. Saytın kataloq funksiyası isə bir az daha ön plana çəkilsin.
Hər halda bunlara irad da demək olmaz şəxsi düşüncələrimdir. İşinizdə isə uğurlar. Olduqca çox yararlı və vacib bir proyektdir. Aznetdə bu boşluğun olduğunu nəzərə alsaq bu saytın onu doldurmaq üçün yetərincə imkanı var. Gediş də buna nail olacağı yöndədir. UĞUR OLSUN!

Tags:

İyul 25

Ustune dinqildat.

Çin internetdən istifadə edənlərin sayına görə, ABŞ-ı keçərək dünyalda birinci yerə çıxıb. Bu barədə «Çayna deyli» qəzeti məlumat verib
 Hazırda bu ölkənin 253 milyon sakini hər gün bu xidmətdən istifadə edir. Lakin istifadəçilərin əhalinin ümumi sayında faizini nəzərə alsaq bu ölkə heç də dünyada birinci yerdə deyil. Ölkənin 1,3 milyard sakinin yalnız 19 faizi internetdən istifadə edir. Bu göstəriciyə görə Çini Rusiya (21 faiz, Cənubi Koreya (71 faiz), ABŞ (72 faiz), İslandiya (85 faiz) qabaqlayır.

İyul 15

Ustune dinqildat.

Yayda boş oturmayanlardan biri də ilk10.az saytı imiş. Bu gün sayta baxanda yeniləndiyini gördüm. Orangestudio tərəfindən saytda yenidənqurma işləri aparılıbdır. Elə rəngdə stduionun rəng çalarlarına oxşayır. Narıncı rəngdən çox istifadə olunubdu. Web 2.0 standartlarından istifadə olunubdu. Saytın ümumi strukturasında elədə köklü dəyişiklik olmayıbdı. Sadəcə son blog yazılırının əsas səhifədə düşməyi adamda ümid yaradırki bəlkə blogları tez-tez yenilənər. Yenilikləri barədə İlk10`nun öz blogundan sitat gətirim.

Uzun zamandır server və dizayn problemləri ilə fəaliyyət göstərən ilk10.az sistemi, bu gün həm yeni dizayn ilə, həm də yeni , sürətli server ilə fəaliyyətini yeni səviyyədə davam etdirir.
Bir sıra yeni funksional imkanlar artıq işə salındı, bir çoxu isə yoldadır :).
Sağlıqla işlədin.
p.s.
Əsas yeniliklər :
- Şəbəkə alətləri funksionallığı

- Geniş qlobal statistika

- Kontekst yardım sistemi


Ən əsas olaraq ilk10nun serverinin həftədə 7-8 dəfə özündən getməyi düzəlsə əla olar. Əksər hallarda saytlarda qarşılaşdığım o olurdiki, ilk10nun sayğac ikonun açılmırdı. Bu ən çoxda wap saytlarında böyük mənfilik idi. Çünki beləcə çox kontur gedir eyni zamanda saytın açma sürətidə yavaşlayır. Belə hallar ilk10`a istifadəçilərini itirdə bilərdi. Bundan sonra artıq hər şeyin yoluna düşəcəyinə və saytın tam gücü ilə işləyəcəyinə ümid eləyirəm. Xeyirli olsun inşa Allah saytın yenilikləri. Daha çox yenilikləridə gözləyirik. UĞURLAR!!

Tags:

İyul 14

Ustune dinqildat.

Mincom.gov.az `dan belə bir məlumat əldə etdimki dünyanın ən papulyar sosial şəbəkələrindən olan Facebook Azərbaycan dilinə tərcümə olunur. Əvvəla xəbəri oxuyun:

Facebook – ümumdünya sosial şəbəkəsi azərbaycan dilinə tərcümə olunur.
Bu bərədə məlumat verən, könüllü tərcüməçilərdən biri Turxan Kərimov qeyd edib ki, hazırda bütün saytın tərcümə işləri başa çatmaq üzrədir. Şəbəkənin azərbaycan dilinə tərcüməsi nəticəsində saytda, ingilis dilini bilməyən azərbaycanlı istifadəçilərinin sayı artacaq, 1news yazır. Qeyd edək ki, hazırda Facebook-un dəstəklədiyi dillərin sayı 17-yə çatıb.
2004-cü ildən fəaliyyət göstərən Facebook sosial şəbəkəsi uzun zaman MySpace-dən sonra qlobal şəbəkədə istifadəçi sayına ikinci yerdə olub. Lakin cari ilin aprel ayında hər iki resursun istifadəçi sayı bərabər, yəni 115 milyon istifadəçi təşkil edib.


Ancaq niyəsə xəbər mənə bir az qeyri ciddi təsiri bağışladı. Əvvəla şəbəkənin rus dilli versiyası çox yaxın zamandırki hazır olubdu. Yəni Rusiya kimi, rus dili kimi böyük auditoriyanı belə gec nəzər alan Facebook, Azərbaycan dilini çətin bu tezliklə nəzərə ala. Xəbərdən də görsənirki bunu istifadəçilər tərcümə eləyib yollayacaqlarki saytda yerləşdirsinlər. Ancaq inanılası deyilki Facebook kimi bir şirkət dili redaktə etmədən, mütəxəsislərə göstərmədən saytda yerləşdirsin. Mən də inanmıramki, Azərbaycan dili üzrə onlarda mütəxəsis ola. Yəni yəqinki Facebook`u yaxın zamanlarda Azərbaycan dilində görməyəcəyik.

Tags:

İyul 12

Hansı provayderi məsləhət görürsüz ( dial up üçün )
Adanet - 28 (21%)
Azeronline - 16 (12%)
Aztelekom - 16 (12%)
AvirTel - 7 (5%)
Uninet - 7 (5%)
Bakinternet - 5 (4%)
Intrans - 8 (6%)
Connect - 10 (8%)
LiderKart - 2 (2%)
Oxygen - 1 (1%)
Extranet - 0 (0%)
ADSL almasanız internetə həsrət qalacaqsınız... - 32 (24%)
Səs verib: 132 nəfər

Bir neçə vaxt əvvəldən bəri davam elən sorğunu fikirləşdimki başa çatdırım. Əslində bu sorğunun nəticəsi əvvəlcədən bəllid idi. Bizim bu dial-up`la qoşulmağa çalışdığımız internetdən nə sürət gözləmək olarki, Amma yenədə sorğu baş verdi. Bu vaxta kimi də 132 səs qəbul olunubdu. Təbii ki, ən çox səs ən ideal varianta verilibdi: " ADSL almasanız internetə həsrət qalacasınız..." Respondentlərin 24%-i yəni 32 səs alıbdı bu variant. Ümumiyyətlə sorğuya yazdığımız provayderlərdən isə ən çox sürətli hesab olunan Adanet olubdu. İlk üçlüyü bunlardır.
1. Adanet
2. Azeronline
3. Aztelekom

Nəzərinizə çatdırımki 2-ci və 3-cü yerlər muvafiq olaraq hərəyə 12% səs yığıblar. Hər halda son nəticədə belə fikir yaranırki gedin ADSL alın.

İndi isə növbəti bir sorğu tərtib elədik. Buyurun iştirak edin.

İyul 10

Oxatan.comGoogle üçölçülü sosial şəbəkə istifadəyə verib.
Google axtarış sisteminin rəsmi bloqunda, şirkətin personajları hərəkət edən, üçölçülü sosial şəbəkənin istifadəyə verməsi haqda deyilir. Yeni məhsul Lively adlanır və bir çox cəhəti ilə Second Life oynunu xatırladır. Lakin oyundan fərqli olaraq, müvafiq plaqini qurduqdan sonra o, brauzerdə birbaşa işə düşür.

Lively istifadəçilərinə özlərinin üçölçülü hərəkət edən personajlarını yaratmağa təklif olunur. Personajın cinsini, üz cizgilərini, saç düzümünü və geyimini seçmək olar. Personajı seçdikdən sonra, adi sosial şəbəkə səhifəsinin analoqu olan özünüzün virtual otağınızı tərtib etməlisiniz.

Otaq üçün, müxtəlif növ interyer əşyalarını əlavə etməyə mümkün olan bir neçə şablon nəzərdə tutulub. Məsələn YouTube videogörüntüsünü göstərən televizor, mebel və ya fotoşəkilli çərçəvələr.

Kataloqun köməyi ilə, müxtəlif iştirakçıların otaqlarını gəzmək mümkündür. Otaqların içində ünsiyyət zamanı, hər bir dialoq iştirakçısının yanında komikslərdə olduğu kimi, şərhli “qabarcıq” peyda olur.

İstənilən sosial şəbəkədə olduğu kimi, Lively şəbəkəsindədə dost tapmaq olar. Bundan ötrü istifadəçiləri öz otağınıza dəvət etmək kifayətdir. Lively yaradıcıları, üçölçülü hərəkətli sosial şəbəkənin – “iş vaxtınızın 20%-ni şəxsi layihələrinizə xərcləyə bilərsiniz” – şüarını əsas tutan, Google şirkətinin fəaliyyət prinsipləri sayəsində, onların şəxsi təşəbbüslərilə hazırlandığını qeyd ediblər. Hazırda Lively sosial şəbəkəsini ancaq Microsoft Internet Explorer və Mozilla Firefox brauzerləri dəstəkləyirlər.



Google XML dilinin əvəzedicisini təklif edib.
Oxatan.comInformationWeek nəşrinin yazdığına görə, 7 iyul tarixində Google şirkəti bütün istəyənlərə, hamı tərəfindən qəbul olunmuş XML əvəzinə, verilənləri daha effektiv təsvir edən Protocol Buffers dilindən istifadə etməyə təklif edib. Protocol Buffers formatındakı məlumatlar faylı, XML fayllarından 3-10 dəfə kiçikdir və məlumatların çeşidlənməsi 20-100 dəfə sürətli olur.

XML-dən fərqli olaraq, Protocol Buffer formatı istifadəçi tərəfindən oxunmaq üçün nəzərdə tutulmayıb. Bundan əlavə, verilənlərin anlaşılması üçün .proto-fayl lazımdır. Protocol Buffers formatı 2001-ci ildə hazırlanılıb və praktiki olaraq Google tərəfindən, strukturlaşdırılmış informasiyanın saxlanılması lazım olan hər yerdə istifadə olunur. Öncə o, axtarış indeksinin yerləşdiyi serverlərin sorğu və cavablarının formalaşdırılması üçün hazırlanmışdır.




Google əməkdaşlarının özəl məlumatlarını itirib.
Oxatan.comGoolge şirkətinin hüquqşünası Levis Siqal tərəfindən baş prokuror Nyu-Gemprişə ünvanlanmış məktubuna əsaslanaraq InformationWeek nəşri, Google internet-şirkətinin əməkdaşları haqda məlumatların ötən ay itirilməsi barədə xəbər verib. Axtarış-sistemi əməkdaşlarına məxsus şəxsi informasiyalar, personalın idarə olunmasında Google-a xidmət göstərən Colt Express Outsourcing Services şirkətinin ofisindən oğurlanmış kompüterlərdə saxlanılırdı.
Oxşar məktubu axtarış-sisteminin zərər çəkmiş əməkdaşlarıda alıblar. Colt Express Outsourcing Services şirkətinə məxsus kompüterlərin yaddaşında, əməkdaşın adı, soy adı və doğum tarixi, sosial sığorta kartının nömrəsi, sürücü vəsiqəsi və bank kartının nömrəsi kimi məlumatlar saxlanılıb.
Google nümayəndələri qeyd edirlər ki, hələki ziyankarlar tərəfindən oğurlanmış məlumatlar istifadə olunmayıb. Oğurlanmış kompüterlərdə saxlanılan məlumatlar, Google şirkətinin 31 dekabr 2005-ci ilə dək bütün keçmiş və işə qəbul olunmuş indiki əməkdaşlarına aiddir.
Kompüterlər Express Outsourcing Services şirkətinin, Kaliforniyanın Uolnat Krik şəhərində yerləşən ofisindən 26 may tarixində oğurlanılıb. Google əməkdaşlarına məxsus məlumatlardan əlavə, oğurlanmış kompüterlərdə Avant Corp, Bebe, CBS, CNET Networks, Ebara Technologies və Punahou School kimi şirkətlərin işçilərinə aid informasiyalar da olub.

Tags:

İyul 10

Ustune dinqildat.

Təhqiqatlar aparan Net Applications şirkəti maraqlı məlumatlar təqdim edib. Sən demə, hamı tərəfindən yaxşı tanınan Windows Vista əməliyyat sistemi, bütün dünya kompüterlərinin 16.14 faizində qurlaşdırılıb.
Bu göstərici yeni istifadəyə verilmiş əməliyyat sistemi üçün heç də pis deyil. Lakin bu rəqəm, sözügedən əməliyyat sisteminin yayılması üçün şirkətin göstərdiyi səylər qarşısında müqaisə edilməz dərəcədə azdır. Özünüz müqaisə edin – liderliyi hamı tərəfindən sevilmiş, planetimizin 71.2% kompüterlərini əsarəti altında saxlayan Windows XP əməliyyat sistemi edir.
Çoxlarının unutduğu, 2.11% kompüterin əməliyyat sistemi olan Windows 2000 hələdə mövcudluğunu davam etdirir. Softver nəhəngi ilə apardığı mübarizəyə baxmayaraq, Linux əməliyyat sistemi sevənlərin sayı 1 faizə çatmır. Onların miqdarı çox sadə – 0.88% rəqəmi ilə kifayətlənir. Gözlənilməz olsa da, lakin faktdır ki – Aplle tərəfindən hazırlanan əməliyyat sistemlərinin populyarlığı artmaqda davam edir. İndi bu göstərici ümumi bazarın 7.94 faizini təşkil edir.

Tags: