Fevral 14
Fevral 13
Gözə dəyənlər...
İnterneti bir az gəzəndə yenə bir neçə yeni saytın olduğunu gördüm. Yenə
klassik ənənəyə sahib olan ənənəvi saytlarda çıxdı qarşıma. Hətta zövqsüz və
ancaq HTML
dən ibarət, heç bir style`i olmayan jurnal saytı ilə də rastlaşdım.
Belə nümunələrin onsuzda çoxluğunu nəzər alıb bir az fərqli formatda
olan saytlar barədə məlumat vermək istədim. Bu dəfə seçdiyim saytlar
iqtisadi yönümlü saytlardır. Bu sahənin Azərbaycanın internet məkanında
heç inkişaf etmədiyi deyilməsədə açıq aydın üzdə olan gerçəklikdi.
Bizdə nə webmoney nə də paypal kimi şərti ineternet pul vahidləri yoxdur. Uzun müddətdə belə yenilik gözləməyənlərdənəm düzü. Onsuzda bizdə eBay
kimi bir saytın yaranmasını ümid etmək sadəlövhlük olardı. Ancaq
internet üzərindən alış - veriş etməkdə hamımızın ürəyindən keçir. Eşitdiyimə görə
Azərbaycanda yaxın vaxtlarda bunun lisenziyasını alan bank olub. Görək
gələcəkdə nələr olacaq. İndi isə yazının əvvəlində dediyim saytlar:
Ətraflı oxuyaraq görə bilərsiz
Fevral 11
Yahoo, Microsoft'un təklifinə rəsmi cavabı verəcək
Fevral 11
Technorati ilk ən yaxşı 100 lük.
Burada technorati`də olan ilk ən yaxşı qrafikə məxsus bloglar verilibdi.Bəziləri olduqca adi olsada ( məsələn Fadtastic ) , bəzilər isə öz qeyri adiliyi ilə seçilir ( məsələn A List Apart ). Hər nə qədər xəyal olsada ümid edirəmki yaxın gələcəkdə belə sıralamalarda bizim bloglarda öz yerini tapar. İlk10 saytı isə buradan sizə təqdim edirəm.
TechCrunch
Engadget
A List Apart
The Huffington Post
Copyblogger
456 Berea St.
GigaOM
ShoeMoney
Quartz Mountain Communications
tuaw.com
Fevral 09
Aznetin “püfff” nöqtələri.
Fevral 09
Aznetdə yeniliklərdən...
Fevral 08
İnternetdə "Qızlar axtarış kataloqları"
Fevral 08
Bloglarımız... ( B loxlarımız? )
Aznetdə olan bloglardan bəzilərinə ürəyimdən keçəni ( amma hamsını yox )
yazmaq istədim. Maraqlıdı görən bizdə heç oxucular blogun nə olduğunu
bilirlərmi? Bir neçə vaxt bundan əvvəl Aznetdə fəaliyyətə başlayan Azeriblog.com
saytının səhv etmirəmsə yaradıcısının şəxsi blogundan çıxardığım
nəticəyə görə, Aznetdə blogun nə olduğunu bilmirlər fikrinin tək mənə
aid olmadığını gördüm. Böyük ümidlərlə açdığı bu sistem belə görsənirki
istənilən rəğbəti görməyibdiki qəmli notlarla yazıb. Başa düşülən
reaksiyanı verib düzü. Bizim netdə axı blog anlayışı hələ tam
aydınlaşmayıbdı. Əslində kifayət qədər yüksək reytinqə malik bloglarda
var. Amma niyəsə adlarına blog demirlər. Bu mıx.az dı baku.vs di joy.az
dı hamsı bloglardı ( hərçənd heç birinin oxucu səviyyəsi qane edici
deyil, ola bilsin kontentə görədi ) sadəcə adlarını əyləncə portalı
qoyub camaatın canına vəba kimi xəstəlik salıblar. Hər yerindən duranda
onlara baxıb oxşarını götürüb düzüb qoşurki mənimdə "portal"ım var. (
əlbəttə hər DLEnin bəzəyi olan burada sizin reklam ola bilər divar
yazısı, ekskluziv xəbərləri və zengimcell kodları ilə ). Hətta mənə
maraqlı gələn isə bir vaxtlar onları tənqid edən fox.az belə artıq
ümumi ənənəyə qoşulub oda özünə eyni ilə bu bloglardan birin təşkil
edibdi. Reytinqin yolu birdir də . İndi bizim ölkədə bir azdan hər bir
internet istifadəçisinə bir sayt düşəcək. Necə deyərlər sayı çox
sambalı yox.Hələki bizdə Azeriblog kimi saytların mahiyyətini az adam
başa düşür. Yaxın gələcəkdə də başa düşən çətin tapılsın. Hələ bizim
netə Web 2.0 texnalogiyası güclə gəlib çıxır. Google`ə birdən birə
qurulmayıba , əvvəllər olarında çətinliyi olub yavaş yavaş
böyüyüblərdə. Birdəki Azeriblogun indi ən böyük rəqibi ucoz.ru
dur. Xarici mal keyfiyyətli olar prinsipi iləmi camaat ona belə doğma
münasibət göstərir bilmirəm. Yoxsa ucoz ru öz adına blog yox portal
deyirmi camaat başa düşür o da müəmmalıdır. Nəhayət isə deyə bilərəmki
bAzNet də düz əməlli bloglar çox azdır. Çox məhəbbətlə izlədiyim isə
heç yoxdur. Yoxsa elə yazar yox oxucu olardım.
Amma onu deyimki yaxşılarıda yaddan çıxarmasaq yaxşıdır. Hərçənd onları saymaq çox asan olsa belə.
Arada bir blogda yazmaq üçün informasiyalarında da yararlandığım bir
iki blogu qeyd edim. baz.az gurbanov.net azerbaycan.lı
birincidir.azeriblog.com . Hər bir blogun yazarı və ya yazarlarına
uğurlar....
Fevral 07
Sualtı İnternet Şəbəkəsi
Evdə və yaxud internet klubda internetə girəndə fikirləşməyin ki, dünyanın istənilən yerinə bağlana bildiyiniz internet şəbəkəsi Allahın göndərdiyi paydır :) Əslində internet dünyaya, okeanların altına çəkilmiş fiberoptik kabellərin hesabına işləyir. Bu da o kabellərin xəritəsi, baxın görün dünyada nələr var.


Oxu atan: 






