Fevral 21
Qulaq gündə bir şey eşitməsə kar olar deyiblər. Bu dəfə isə xəbər dünyaya .com domain sonluğunu satan ICANN`dan olacaq. Deyilənə görə şirkət bundan sonra yeni domain adları təklif
edəcək. Yaxın zamanlarda ".pdf" və ya ".mp3" kimi domain adlarını internet aləmində görmək mümkün olacaq. Bunun yanında artıq nömrəli domainlərdə görə biləcəyik. Məsələn: www.oxatan.123. Subyektiv olaraq isə demək yerinə düşərki bunların heç biri .com domainin yerini verməz. İnternet deyəndə ağıla gələn ilk domaindir .com. Bir haldakı browserdə domainin sonluğunu yazmadanda daxil olmaq mümkündür demək bu ən yaxşıdır. Məsələn adress bar da sadəcə oxatan yazıb
CTRL+ ENTER düyməsini sıxanda birbaşa http://www.oxatan.com/ a daxil olur. Yəni hər nə qədər yeni domainlər təklif olunsada sadəcə rəngarənglik üçündür...
Fevral 20
Bizdə olanlar
Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, Aznetdə olan yeniliklər
haqqında bacardıqca məlumat verəcəkdik. Yenilik deyəndə sözün həqiqi
mənasında yenilik, xəbər deməyə dəyər məlumatlar haqqında. Bu dəfədə
belə xəbərlərdən biri. Türklər demiş saytların "
görücü"yə çıxmaq yerləri statistika sistemləridir.
Bu dəfədə buraya nəzər yetirəndə həmişəki kimi yeni saytlar gördüm, bir
baxım dedim. Təəccüblü olsada bu heçdə DLE üzərində qurulmuş "əyləncə
portalı" deyildi, heç burada reklam yerləri də düzəltməmişdilər.
Nəhayət Azərbaycanda ilk sosial şəbəkə ( community) saytı yaranıbmış. Görmək üçün
ətraflı oxuyun...
Fevral 20
Nokia və google iş birliyi
Nokia və google böyük iş birliyinə artıq hazırdılar. Proyektə görə google axtarış motoru ilə nokia search engine sistemi təkmilləşdiriləcək.İlk olaraq Nokia N96, Nokia N78, Nokia 6210 Navigator və Nokia 6220 classic modelləri ilə başlayacaq əməliyyat zamanla digər cihazlarla da genişləyəcək.
Bu sistemin tətbiqi kompyuterdə aparılan mükəmməl axtarışın mobil telefonlara tədbiq edilməsi, bu sayədə isə həm nokinanın müştərilərinə mükəmməl xidməti, eyni zamanda google`ın da axtarış bazarında öz yerini möhkəmlətməsi deməkdir. Bildiyimiz kimi bu google ilə nokianın ilk birgə işi deyil. Keçən il nokia, google məhsulu olan , online video paylaşım saytı YouTube’u tamamilə dəstəkləyən ilk mobil cihazıda hazırlamışdı.

Fevral 19
Fan - at saytlarımız.
Hə bu ata-at zəmanədə deyəsən bu dəfədə şou əhli bizə atır. Daha doğrusu şou həli bizəmi atır, yoxsa fanatları bu müğənnilərəmi atır, ya da ikisi birləşib bizəmi atır naməlumdur. Bizdə qərar verdik ki bu dəfə oxumuzu yönəldək bunlara sarı. Bizdə şou əhlini öz sahəmizdə tənqid edək. Axı onlar dəblə ayaqlaşıb ( bizdə həmişə dəblə bir neçə il gec ayaqlaşma moddur axı ) fan saytları açdırıllar. Yada öz dilləri ilə desək fanatları onlar üçün sayt
atır. Oyy bağışlayın sayt açır... Hə bax bu dəfə sizə bu saytlar haqqında danışacağıq. Yaxın oturun,
ətraflı oxuyun...
Fevral 19
Wikipedia Məhəmməd peyğəmbərin rəsmini götürməyi qəbul etmədi.
Dünyaca papulyar ensiklopediya saytı wikipedia `da Məhəmməd peyğəmbər haqqında məlumat verilərkən guya ona məxsus rəsimdə yerləşdirilib. Bütün islam dünyasının buna etirazına baxmayaraq rəsim saytdan götürülmür. Son məlumata görə 180.000 dən artıq şikayət maili daxil olub ancaq buna baxmayaraq sayt peyğəmbərin rəsmini hələdə saxlayır. Buna səbəb olaraqda onlar bitərəf bir ensiklopediya saytı olduqlarını bildirirlər. Ətraflı məlumatı buradan oxuya bilərsiniz.
Fevral 18
TurboDbAdmin: AJAX dəstəkli, MySQL idarəçisi.
Bildiyimiz kimi günümüz internet aləmini məlumatlar bazası olmadan təsəvvür
etmək olmaz. Bu baza sistemlərindən ən çox yayılmışı, Aznetdə də ən çox
istifadə olunan MySQL sistemidir. Sistemi idarə etmək üçün müxtəlif
platformalardan istifadə edilir. Bunlardan biri də
TurboDbAdmin sistemidir. Ən yüksək keyfiyyəti, Ajax ilə dəstəklənməsidir. Yaxın zamanda MySQL ilə birgə PostgreSQL dəstəyidə veriləcəyi vurğulanır.
TurboDbAdmin ilə qısa şəkildə desək, aşağıdakı əməliyyatları həyata keçirmək olar.
1. Məlumatlara baxa bilərsiniz.
2. Məlumatları səhmanlaya bilərsiniz.
3. Məlumat bazasını, cədvəlləri import və ya export edə bilərsini.
4. SQL əmrləri yaza bilər və işlədə bilərsiniz.
5. Sorğu nəticələrini dərhal görə bilərsiniz.
Bu məhsulu tes etmək üçün demo səhifəsinə baxa bilərsiniz. Yükləmək üçün isə buraya klikləyə bilərsiniz.

Fevral 16
Yahoo`dan yeni xəbər
Bizim ölkədi internet sahəsinə nə qədər fikir verilir deyilsədə buna
inanmaq üçün gərək ölkə hüdudlarından kənarda yaşayasanki görmüyüb
inanasan. Elə buna görə də internet bazarından olan xəbərlərimiz
əksərən xarici xəbərlər olur. Son yenilik olaraq ancaq Turizm portalı fəaliyyətə başlayıb deyə bilərdimki, bunu da yəqinki dünən axşam ANS TV də baxmış
olarsız yəqin. Mənim əlavə edəcəyim isə odurki sayt düz əməlli tam
bitməmiş təqdim ediblər yəqinki. Çox var gəl etmədən sayta bir iki
bölməyə kliklədim. Xəritələr bölməsinə
daxil olanda isə bir şey tapa bilmədim. Bu boyda dövlət nəzarətində
yaranan sayta bir xəritə düz qoş edə bilməyiblər niyə? Yenə də fərdi
saytlar - bu işdə onda kataloq.neti alqışlamaq lazım olur sadəcə. Bakının xəritəsini
yerləşdiriliblər. Həmdə kifayət qədər ətraflı. Bəs belə yarımçıq
edəcəkdilərsə nəyə görə işə başlayıblar, qrand üçün ya niyə... Bizdə bu
qeyri inkişaf getdiyi vaxtda dünya internet bazarında yeni bir satılma
xəbəri yayılıb.
Ətraflı oxuyun:
Fevral 16
İnternet təhlükəsizliyi üçün ən böyük təhlükə Çin'dən
Google'dan Niels Provos'un raportuna görə
internetdə gəzişmək, axtarış sistemlərindən istifadə artıq gedərək
təhlükəli bir iş halına gəlir. Uzun vaxt bu barədə araşdırmalar
aparılımışdır. Bütün zəhmətlərin nəticəsi olaraq, il yarım davam edən
araşdırmadan sonra 180 min internet saytındakı 3 milyon URL`un
ziyarətçilərinə zərər verici yükləmələr etdiyi aydınlaşıb.Bu isə çox
böyük göstəricidir. Gündə minlərlə kompyuterin bu zərərvericilərə
yoluxması deməkdir. Bu tipli saytların isə böyük əksəriyyətini Çin
saytları olduğu bildirirlir. Bundan sonra axtarış sistemində Çinə
məxsus saytla qarşılaşanda daxil olmazdan əvvəl iki dəfə fikirləşmək
lazım gələcək. Mövzu ilə əlaqəli ətraflı olaraq buradakı xəbərdə,
raportda, və
google blogunda tanış ola bilərsiniz.
Fevral 15
Facebook Mars ilə əməkdaşlığa başladı
Bu gün marketing saytlarımızdan biri olan ( mən bilən elə düz əməlli bir dənə budur ) mak.az`da maraqlı bir xəbər gördüm. Artıq son vaxtların dəb saytı olan facebook bir yenilik daha edib. Buyurun bu da xəbər:
14 fevraldan etibarən Facebookdakı dostunuza yalnız virtual hədiyyə deyil, həmçinin real hədiyyə də alıb göndərə biləcəksiniz. Hələ ki, yalnız MARS məhsullarını göndərmək mümkün olacaq.
Bunun mümkün ola bilməsi üçün, Facebook yeni Celebrate ( bayram qeyd etmək) xidmətini istifadəyə verib. Celebrate vasitəsi ilə xoşunuza gələn şokoladı dostunuza hədiyyə edə bilirsiniz. Siz hədiyyəni göndərəndən sonra, hədiyyəni alan şəxs SMS vasitəsi ilə xüsusi şifrə alır. Hədiyyə ünvanlanan şəxs, şifrəsini partnyor mağazalardan birinə təqdim edib, öz hədiyyəsini əldə edə bilər.
Bill Gates özünün Facebookdakı istifadəçi səhifəsini ləğv etməsə idi, Allah bilir indi nə qədər şokolad hədiyyə alardı. Facebook adlanan virtual sosial topluluqdan imtina etməzdən əvvəl, Bill Gates öz poçt qutusunda hər gün təqribən 8000 dostluğa dəvət mesajı alırdı.
Bill Gatesin Facebook istifadəçisi olmaqdan imtina etməsinə baxmayaraq, hal hazırda Microsoft və Facebook uğurlu əməkdaşlıqlarını davam etdirirlər.

Fevral 14
Statistika sistemlərimiz
İndi istənilən sayt açan şəxs öz saytını dərhal bu statistika
sistemlərinə üzv edir. Həm bu saytın tanınmasını bir qədər
asanlaşdırır. Həm saytının digərləri ilə necə rəqabətini aydın görmək
olur. Bu yolla asan olaraq sayta keçidləri, hansı səhifələrin çox
istifadəsini və s. bilmək olur. Aznetdə ən çox istifadə olunan isə
papulyar rus aytı olan Mail.ru`nun
statistika ölçənidir. Demək olarki ən ideal ölçənlərdəndə biridir. Bir
çox xüsusiyyət ilə çox əlverişli imkanlar təqdim edir. Belə sistemlər
Bizim internet dünyamızda da var. Bunlar haqqında fikirlərim, və
müşahidələrim:

Oxu atan: 