Mart 22
Mart 22
Barcamp Azərbaycan
Mart 21
Sosial şəbəkələrin fevral ayı reytinqi
Mart 17
Son vaxtlarda gördüklərim... ( Netty təsisçiləri bunu da oxumasa olar. Onsuzda veclərinə deyil )
Ötən həftə həm mən, həmdə "oxatan" bir az qeyri aktiv olduq. Bir tərəfdən bayramların gəlməyinə görə artan işlər, digər tərəfdən öz işlərimizin çoxalmağı nəticəsində yazmağa vaxt qalmır. Ümid edirəmki işləridə yerbəyer edib yenidən gündəlik yazmağa vaxt ayıra bilərik. Sözü çox uzatmayım sadəcə bu son vaxtlarda rastıma çıxan bir iki hadisəyə şərh verəcəm.Deməli əvvəl Netty ilə başlayım. Arada iştirakçılara nəzər salırdım. Keçənlərdə nə görürəmki 2006, əyləncə saytları üzrə qalib Natarsan.az saytı yenidən üzv olubdu və saytda təsdiqlənibdi. Mən bilən bir dəfə qalib olan sayt axı yenidən iştirak edə bilməz. Ələxsusda eyni kateqoriya üzrə. Amma yenə əyləncə saytları kateqoriyasında bu sayt mübarizə aparır. Sonrada deyirlər Netty`də hər şey düzdür. İndi bilmirəm yuxulu vaxtlarına düşüb ya nədirsə saytı rədd etməyiblər eks qalibi. Bilmirəm bəlkədə rüşvətini hörmətini eləyibdi ona görə bu il də qalib olmaq itəyir. Bax ona bir söz deyə bilməyəcəm. Burada artıq axan sular durular, mükafat da onların olar. Bizim blog da əyləncə kateqoriyasına üzv olduğundan ora çox nəzər yetirirəm. Təqribi olaraq namizəd saytlar arasında 8-10 aras DLE üzərinə qurulmuş sayt var. Seçim arasında birinci onlardan biri çıxsa mənim deməyə başqa sözüm olmaz.
Birdə keçənlərdə bir Google reklamında görmüşdüm həmdə o dəfə mailimə belə bir mesaj gəlmişdiki engelgor.com`a daxil olun MSN də sizin kimin əngəllədyini görün. Oturub həm bir xeyli güldüm. Həmdə əsəbləşdim. Utanmasalar deyəcəklərki parolunuzla bərabər eviniz açarında bizə yollayın. Belə baxanda məni kim MSN`də iqnor eləsə Allah canın sağ eləsin. Mənə nə düşüb girib birdə ona baxam görəm. Parol əldə etmək üçün bu camaat özünü axırıncı yola qoyubdu lap. Məsləhətim odurki sizə də bu tipli e-maillər gəlsə əsla ciddi qəbul etməyin.
Mart 13
Sayt adında bir blog daha oldu.
Bu gün nə görsəm yaxşıdır. Ilk10`dan saytlara baxanda, gördümki uzun illərdir əl dəyməyən sayt yenilənibdi. Yadımdadır hələ bu blog yazmaq işinə başlamamışdıq ancaq vaxt tapdıqca oxuyurdum. Elə həmin vaxtlarda indiki BLOGran`a çevrilmiş köhnə Birinci blog`da belə bir yazı oxumuşdum - "Partdaq gələcəyə doğru?". (
düzü təbəssümlə oxumuşdum ) Deyəsən bu yazıdakı tövsiyyəyə cavab gəldi ay BLOGran qardaş. Baxıramki elə Parlaq`da modayla ayaqlaşdı. Yox yox web 2.0 və Ajax`la yox. Sadəcə elə sənin də məsləhət etdiyin kimi Mix.az Open.az və s. kimi bir blog ( ya da webzine deyək ) təşkil elədi. Qınamalı da deyil. Harada, nədə reytinq var qaçdı onun dalınca. Düzdə elədi. Düzdü bu DLE üzərində qurulmayıbdı. Ancaq həmin sistemə oxşadılıbdı. Favicon`una baxanda və o tərəf, bu tərəfinə nəzər yetirəndə
SLAED CMS`in DLE`ə oxşadıldığını gördüm. Xeyirli olsun deyək! İllər sonra gələn bu dəyişikliyə səbəb yəqinki reytinq sıxıntısı oldu. Bəs elə də qeyri adi xəbər dəyəri olmayan bu yazını niyə yazdım deyə soruşsaz, səbəb elə məhz əvvəlki sitatıma bir cavab idi. Dedim BLOGran
qardaşa deyimki, səsini eşidən oldu deyəsən. Yəniki yazmağa dəyər...Mart 11
Mail qutucuğu Web 2.0 ilə mail qutusu oldu - beta.box.az
2000.ci ildən fəaliyyət göstərən Box.az milli e-mail ünvanı artıq yeni texnalogiyaya ayaq uydurmağa qərar verdi. Uzun zamandırki heç bir yenilik etməyən elektron poçt servisi bir neçə yeniliyi birdən etməyə hazırlaşır. Blog.ilk10.az oxuduğum xəbər əsasən bunu deyə bilirəm. Ən əvvəl onu deyimki, inbox.az dan sonra artıq box.az da yaddaşını artıraraq 1gb`a çatdırıbdı. Sonra isə mobil telefonlardan e-maili yoxlamaq funksiyası artırılıbdır. Əvvəlki versiyada da bu servisin olmasına baxmayaraq sonradan bağlanmışdı. Sonra isə əyləncəlilik olsun deyə rənglər və iconları zövqünüzə uyğun dəyişə bilərsiniz. Antispam və antivirus sistemi də deyilənə görə inkişaf etdirilib.Giriş səhifəsinin çox xoşuma gəldiyini qeyd edim. Mailə daxil olanda isə yeni texnalogiya Ajax`dan əməllicə istifadə etdiklərini görmək olar. Mailin içi mənə Yahoo mailin daxili səhifəsini xatırlatdı. Çatışmayan tək şeyi reklamları idiki, maşallah box.az üçündə bu problem deyil. Tezliklə onlarda öz yerində olar. Onu deyə bilərəmki kim ki mailini box.az`dan istifadə edirsə o zaman beta.box.az ünvanından öz maillərini yoxlaya bilərlər. Kimin nə deməyindən asılı olmayaraq mənim bəyəndiyim bir yenilikdir. Xırda çatışmamazlıqlarını da aradan qaldırsalar məncə efirə vermək üçün hazırdır.
Mart 10
Yeni bir layihə. Qısaca desəm milli digg
Bu gün Gurbanov`un blogunda belə bir yazı
gördüm. Xeyirli, uğurlu olmasını diləyirəm.
Gurbanovun özünündə belə bir fikri var idi. Deyəsən qabaqladllar onu. Sistem
haqqında mənim çox geniş yazmağıma elə də ehtiyyac yoxdur elə Gurbanov ətraflı
yazıbdı. İstəsəz keçid edib oxuya bilərsiniz. Sadəcə sistem haqqında onun
yazısında bir sitat gətirim:1. Maraqlı bir yazı yazırsınız. Həddindən artıq üzərində işləmisiniz lakin, blogunuzun ziyarətçi sayı az olduğundan hədəfdə tutduğunuzdan daha az oxucuya çatdıra bilirsiniz. Bunun qarşısını almaq üçün, əvvəla yazını yazırsınız və “efirə” buraxırsınız.
2. Gedirsiniz, Xebername.com və yaxud xeber.name, qeydiyyatdan keçirsiniz və özünüzə hesab açıb, emailinizə gələn link ilə hesabınızı aktivləşdirirsiniz.
3. Bundan sonra hesabınıza daxil olub, sol tərəfdən “Yeni Xəbər Göndər” linkinə tıqqıldadırsınız və yazınısın linkini (URL) daxil edib, yazınızın qısa xülasəsini yazdıqdan sonra, bölməsini seçib, XəbərNamədə yayınlayırsınız.
4. Bu zaman sizin xəbəriniz yeni əlavə olunmuş xəbərlər siyahısına düşəcək, başqa adamlar sizin yazınıza baxacaqlar və xoşlarına gəlsə səs verəcəklər. Səs yığmış xəbər Ana Səhifədə məşhur xəbərlər siyahısına düşəcək. Və beləliklə daha çox adam Xəbərnamədən sizi sayta yönləndiriləcək və xəbərinizi oxuyacaq, əziyyətiniz boşa getmiş sayılmayacaq.
Daha ətraflı məlumat üçün bura baxa bilərsiniz.
Qeyd edimki sayt ElimizOnline məxsusdur. Hələki tək iradım ad seçimidir. Heyifki domain bir az uzundur. ona görə də mən xebername.com kimi xeber.name kimi istifadə edəcəm yəqinki saytı.
Əlavə edimki sistemdə bir az gəzib dolaşdım, bir iki xəbər linki əlavə etdim və xoşuma gəldi. Düzü blog yazmağa bir az da həvəsləndirdi məni.
Mart 08
Artıq Google-də qibləni də axtarmaq mümkündür
Bu sistemdə xəritə və peyklə qiblənin yeri müəyyənləşdirilə bilər
Dünyanın ən böyük axtarış sistemlərindən biri olan Google artıq harada olursa olsun qibləni tapmaqda müsəlmanlara köməklik edəcək. Bundan sonra müsəlmanlar Google axtarış sistemində olan xəritə və peyk xidmətindən istifadə edərək qiblənin yerini asanlıqla təyin edə biləcəklər. Bunun üçün axtarış sistemində “QiblaLocator”u və buradan da olduğun ölkə ilə şəhərin koordinatlarını tapmaq lazımdır. Bundan sonra isə istər xəritə ilə, istərsə də peyk görüntüləri ilə qiblənin dəqiq yerini müəyyənləşdirmək mümkündür.
Mart 07
3,5 min funt birbaşa yataqda
21 gün yataqda uzanan hollandiyalı tələbə 3,5 min funt-sterlinq qazanıb. 22 yaşlı İde van Dyutekom veb-kamera vasitəsilə onun yataqda uzandığını translyasiya edilən saytda reklam yeri satmaqla pul qazanır. Belə bir vəziyyət 3 həftədir davam edir. İde yalnız qısa müddətə duş qəbul etmək və özünə yemək hazırlamaq üçün yatağını tərk edir. İndiyə qədər sayta 450 min nəfər baş çəkib. Tələbə bildirib ki, yuxu - onun hobbisidir. Həm də ki bu onun öhdəsindən layiqincə gələ bildiyi yeganə işdir.
Mart 06
Bir azda yazaq...
Haqqında bir az da yazmaq istədiyim başqa bir şey isə bu gün gördüyüm başqa bir saytdır. Ətraflı oxuyaq.


Oxu atan: 




