Oxatan.com » bAzNet » Azərbaycanda ilk virtual ticarət mərkəzi yaradıldı

Dekabr 06

bAzNet : Azərbaycanda ilk virtual ticarət mərkəzi yaradıldı

Deyilənə bu ilk ticarət mərkəzidir. Press - Relizi mailimdə gördüm və bölüşmək istədim. Əvvəl Press - Reliz:


Azərbaycanda www.Terasell.com adlanan ilk virtual ticarət mərkəzi yaradıldı. Bu resurs vahid platforma çərçivəsində Azərbaycanın müxtəlif İnternet-dükanlarını birləşdirəcək ilk İnternet-məkanıdır. Qeyd etmək lazımdır ki, layihənin əsas məqsədi Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramının (“Elektron Azərbaycan”) prinsiplərinə uyğun olaraq ölkədə elektron ticarətin inkişafına yeni təkan verməkdən ibarətdir. Layihənin konsepsiyasına əsasən bütün ticarət şirkətlərinə “Terasell.com” platformasında təmənnasız şəkildə virtual dükanın açılması üçün imkan yaradılacaq. Qeyd etmək lazımdır ki, sözügedən platforma azərbaycanlı proqramçılar tərəfindən tamamlanmışdır, və minimal İT-biliklərlə belə lazımi məlumatları İnternet-dükanlara yükləyib, onları emal etməyə imkan verir.
   Layihənin meneceri Arina Quliyevanın sözlərinə görə, layihənin konsepsiyası Azərbaycanda öncədən mövcud olan elektron ticarət modellərindən tamamilə fərqlənir, çunki hər bir kəsə hazır platformadan təmənnasız şəkildə istifadə etmək imkanını verir, həmçinin bütün İnternet-dükanlarını heç bir sərmayə olmadan vahid platforma çərçivəsində birləşdirməyə imkan verir. O, qeyd etdi ki, “Terasell.com” vahid resurs çərçivəsində onlara lazım olan məhsulları seçib almağa çalışan istifadəçilər üçün də çox rahatdır. Onun sözlərinə görə, layihə çərçivəsində Bakı və ətraf rayonları əhatə edən çatdırılma xidməti də təklif olunur. Alış-verişin ödənilməsi həm kredit kart, həm də nəğd ödəmə yolu ilə çatdırılmadan sonra həyata keçirilə bilər.
Bundan əlavə, layihə çərçivəsində elektron ticarətlərini müstəqil şəkildə inkişaf etdirməyə çalışan şirkətlər üçün İnternet-dükan platformaları işlənib hazırlanacaqlar. Həmin müştərilər üçün təmənnalı şəkildə tamamilə hazır onlayn-dükanlı İnternet-saytlar yaradılacaq. Onlar da, öz növbəsində, vahid İnternet-dükanlar şəbəkəsi çərçivəsində birləşdiriləcəklər. Layihənin meneceri qeyd etdi ki, Azərbaycanda elektron ödəniş sisteminin inkişafı ölkədə e-ticarətin inkişafı üçün nadir imkan yaradacaq, və istehlakçıların vaxtlarına qənaət etməklə onların həyatını daha da asanlaşdıracaq.


Ilk əvvəl zənn elədimki GoldenPay`dən sonra dərhal belə bir mağaza yaranıbdı. Amma saytı ziyarət edib baxdıqdan sonra gördümki məni təəccübləndirəcək nəsə yenilik yoxdur.  Saytdan ( FAQ bölməsindən ) bir sitat:

Sifarişim üçün ödənişi necə həyata keçirməliyəm?
    Başlanğıcda məhsulun çatdırılma ünvanında nəğd ödəniş (ÇNÖ) olacaqdır. Satın aldığınız məhsul sizə çatdırılacaqdır (sizin seçdiyiniz vaxtda və yerdə), siz isə məbləği nəğd şəklində kuryerimizə təhvil verəcəksiniz. Sifarişinizi əks etdirən Terasell.com fakturasının bir nüsxəsini (saytda gördüyünüzün eynisini) kuryer sizə təqdim edəcəkdir. Xahiş edirik ki, sifariş etdiyiniz məhsulun dəyərini ödəmək üçün kifayət qədər nəğd pulunuzun olduğuna əmin olmadan heç bir addım atmayın.
    Yaxın gələcəkdə kredit kartları vasitəsilə ödənişi əlavə etməyi düşünürük.


Yəni hələki gözləməliyik...


Subscribe      Qaynaq - Oxatan.

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Ən yaxşı saytlar yoxsa ən pullu?
  • "BarKamp Azərbaycan 2008"- qeyri-Konfransına qeydiyyat baş ...
  • Netty 2008 fəaliyyətdədir...
  • Dilmanc
  • Netty2008`in press relizi





  • Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: