Oxatan.com » Xəbərlərin siyahısı Dekabr 2008 İldə

Dekabr 19

Ustune dinqildat.

Artıq 2008`i yola salmağa hazırlaşırıq. Həmin bu 2008`də bir çox əlamətdar hadisələr oldu. İstər Azərbaycanın öz üçün, istərsədə bütün dünya üçün. Bizim üçün ən əlamətdarı 2008 seçkiləri idi. Dünya üçün isə ABŞ`dakı seçkilər ən əlamətdar hadisələrdən idi. Bundan başqa Rusiya Gürcüstanla müharibə etdi, Olimpiadalar keçirildi, Avropa kuboku oynandı. Azərbaycan ilk dəfə Eurovisionda çıxış etdi. Təbii ki, bu tipli hadisələrin olduğu aylarda axtarış sistemlərində bu hadisə ilə bağlı çox axtarışlar edilir. Elə bu ildə həmçinin. Xüsusən olimpiada vaxtı bu mərasimlə bağlı axtarılan sözlər çoxluq təşkil edirdi. Amma yola saldığımız 2008`də bu əlamətdar hadisələrdən heç biri ən çox axtarılan sözlər arasında ilk onluğa düşə bilmədilər. Yenə istifadəçilərin şəxsi ehtiyyacları əlamətdar hadisələrin önünə keçdi. Azərbaycandan axtarılan sözlər arasında ilk onluğu "ñêà÷àòü" sözü açır, onun ardınca isə "mp3" sözü gəlir. Üstəlik ilk 2 yerin sahibi digərlərindən ən az 2 dəfə çox axtarılan sözlər olublar. Budur ilk onluğun siyahısı:
1.       ñêà÷àòü
2.     mp3  
3.     nokia
4.     video
5.     baku
6.     azerbaijan
7.     ôîòî
8.     indir
9.     azerbaycan
10.     az

Digər statistika isə ilk 10 yüksələn statistikalardır. Bunlarda ən çox TV kanallarda göstərilən serial adları ön plana çıxır. Siyahısı isə belədir.
1.       odnoklassniki.ru
2.     kaybolan yillar
3.     yaprak dokumu
4.     facebook
5.     eurovision
6.     pusu
7.     kurtlar vadisi pusu
8.     kurtlar vadisi
9.     sexs
10.     youtube

Tags:

Dekabr 06

Ustune dinqildat.

Deyərdim ki 2008`də internetdə ən çox haqqında danışılan məsələ Yahoo`nun aqibəti barədə oldu. İlin əvvəlində Microsoftun Yahoo`ya fantastik rəqəm - 46 milyard dollar təklif etməsiylə bu söz-söhbətlər başladı. Google`la rəqabət edə bilmək üçün, Yahoo kimi yüksək dəyəri almaq Microsoft`un işini çox asanlaşdırardı. Ancaq ilk təklifi Yahoo qəbul etmədi. Elə bundan sonra da söz söhbətlər daha da dərinləşdi. Yahoo`nun hissələrinə sahib çox kəs buna narazılığını bildirdi. Yahoo kəskin tənqid olundu. Microsoftun təklifi rədd etməkdə onlar Google ilə aralarında imzalanacaq reklam müqaviləsinə güvənirdilər. Amma qeyri etik rəqabət olacağı üçün bu razılaşmaya icazə verilmədi. Bir tərəfdən də, maliyyə böhranı Yahoo`nun vəziyyətini lap ağırlaşdırdı. Şirkətin CEO`su Jerry Yang öz vəzifəsindən istefa etdi və indi yerinə keçəcək adamı gözləyir. Mənim şəxsi fikrimə görə isə Yahoo`nu bu qədər ağır şəraitə düşməsinə səbəb qara PR oldu. Elə o qədər Yahoo`da problem var deyirlərki hər kəsdə onlara qarşı inamsızlıq yaranamağa başladı. İndi rəsmi statistikalara görə internet reklamları gəlirlərinin və axtarışdan əldə olunan gəlirlərin çoxluğuna görə 77%`lə Google birincidir, 18%`lə Yahoo ikinci, 5%`lə Microsoft üçüncüdür. Yəni təqribi olaraq 7.2 milyard dollar Yahoo`nun illik gəliridir. Bu isə heçdə pis nəticə deyil. Üstəlik son vaxtlarda Yahoo`da texniki tərəfdəndə böyük irəliləyişlər var. İnternet sahəsində gəlirinə görə 2-ci saytdır. Amma necə deyərlər ağacı qurd içindən yeyərmiş. Yahoo`da da vəziyyət belədir. Beləki uzun müddətdir Carl Icahn,  Jerry Yang`ı vəzifəsindən uzaqlaşdırmağa çalışırdı. Buna nail olduqdan sonra da birjadan Yahoo`nun xeyli hissəsini alaraq şirkətin 5.5%-nə sahib oldu. Düşünürəmki şəxsi mənfəət mübarizəsi, Yahoo`nun imicinə zərbə vurdu və belə vəziyyət alındı. Məhz J.Yang`ın istefasından sonra yenidən Microsoftla Yahoo`nun adı birgə çəkilməyə başlayıbdı. Blogosferada gəzən söhbətlərə görə onlar arasında razılıq əldə olunubdu.  Deyilənə görə, razılaşma ilk mərhələdə bir rəhbərlik razılaşması olacaq. Microsoft, Frazier Miller və Ross Levinsohn rəhbərliyə xarici bir qaynaqdan $5 milyard təmin edəcək. Bu pulla Yahoonun %30 hissəsini satın alacaq olan qrup, buna qarşılıq Microsofta Yahoo axtarış mühərrikinin 10 illik işlətmək haqqını verəcək. Ayrıca razılaşmadan sonrakı 2 il içində Microsoft Yahoonun axtarış işini $20 milyarda satın alma haqqına sahib olacaq. Razılaşmayla birgə Yahoonun gəlirinin illik $2 milyard artması gözlənilir. Bu 10 il deməkdə bir növü elə ömürlük kimi bir şeydir. Yahoo əlində olan iki ən dəyərli servisindən birini itirir. Axtarışı Microsoft alır, maili də Google alsa olar lap tarazlıq.

Tags:

Dekabr 06

Deyilənə bu ilk ticarət mərkəzidir. Press - Relizi mailimdə gördüm və bölüşmək istədim. Əvvəl Press - Reliz:


Azərbaycanda www.Terasell.com adlanan ilk virtual ticarət mərkəzi yaradıldı. Bu resurs vahid platforma çərçivəsində Azərbaycanın müxtəlif İnternet-dükanlarını birləşdirəcək ilk İnternet-məkanıdır. Qeyd etmək lazımdır ki, layihənin əsas məqsədi Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramının (“Elektron Azərbaycan”) prinsiplərinə uyğun olaraq ölkədə elektron ticarətin inkişafına yeni təkan verməkdən ibarətdir. Layihənin konsepsiyasına əsasən bütün ticarət şirkətlərinə “Terasell.com” platformasında təmənnasız şəkildə virtual dükanın açılması üçün imkan yaradılacaq. Qeyd etmək lazımdır ki, sözügedən platforma azərbaycanlı proqramçılar tərəfindən tamamlanmışdır, və minimal İT-biliklərlə belə lazımi məlumatları İnternet-dükanlara yükləyib, onları emal etməyə imkan verir.
   Layihənin meneceri Arina Quliyevanın sözlərinə görə, layihənin konsepsiyası Azərbaycanda öncədən mövcud olan elektron ticarət modellərindən tamamilə fərqlənir, çunki hər bir kəsə hazır platformadan təmənnasız şəkildə istifadə etmək imkanını verir, həmçinin bütün İnternet-dükanlarını heç bir sərmayə olmadan vahid platforma çərçivəsində birləşdirməyə imkan verir. O, qeyd etdi ki, “Terasell.com” vahid resurs çərçivəsində onlara lazım olan məhsulları seçib almağa çalışan istifadəçilər üçün də çox rahatdır. Onun sözlərinə görə, layihə çərçivəsində Bakı və ətraf rayonları əhatə edən çatdırılma xidməti də təklif olunur. Alış-verişin ödənilməsi həm kredit kart, həm də nəğd ödəmə yolu ilə çatdırılmadan sonra həyata keçirilə bilər.
Bundan əlavə, layihə çərçivəsində elektron ticarətlərini müstəqil şəkildə inkişaf etdirməyə çalışan şirkətlər üçün İnternet-dükan platformaları işlənib hazırlanacaqlar. Həmin müştərilər üçün təmənnalı şəkildə tamamilə hazır onlayn-dükanlı İnternet-saytlar yaradılacaq. Onlar da, öz növbəsində, vahid İnternet-dükanlar şəbəkəsi çərçivəsində birləşdiriləcəklər. Layihənin meneceri qeyd etdi ki, Azərbaycanda elektron ödəniş sisteminin inkişafı ölkədə e-ticarətin inkişafı üçün nadir imkan yaradacaq, və istehlakçıların vaxtlarına qənaət etməklə onların həyatını daha da asanlaşdıracaq.


Ilk əvvəl zənn elədimki GoldenPay`dən sonra dərhal belə bir mağaza yaranıbdı. Amma saytı ziyarət edib baxdıqdan sonra gördümki məni təəccübləndirəcək nəsə yenilik yoxdur.  Saytdan ( FAQ bölməsindən ) bir sitat:

Sifarişim üçün ödənişi necə həyata keçirməliyəm?
    Başlanğıcda məhsulun çatdırılma ünvanında nəğd ödəniş (ÇNÖ) olacaqdır. Satın aldığınız məhsul sizə çatdırılacaqdır (sizin seçdiyiniz vaxtda və yerdə), siz isə məbləği nəğd şəklində kuryerimizə təhvil verəcəksiniz. Sifarişinizi əks etdirən Terasell.com fakturasının bir nüsxəsini (saytda gördüyünüzün eynisini) kuryer sizə təqdim edəcəkdir. Xahiş edirik ki, sifariş etdiyiniz məhsulun dəyərini ödəmək üçün kifayət qədər nəğd pulunuzun olduğuna əmin olmadan heç bir addım atmayın.
    Yaxın gələcəkdə kredit kartları vasitəsilə ödənişi əlavə etməyi düşünürük.


Yəni hələki gözləməliyik...

Dekabr 05

Ustune dinqildat.

Nəhayət çoxdan gözlənilən GoldenPay rəsmi olaraq fəaliyyətə başladı. Dekabr ayının 2-i, Hyatt Meeting and Conference Center`də, SilverKey Technologies tərəfindən təqdimat oldu. Bu ilk online payment provider olaraq rəsmi qeydlərə keçir. Təqdimat vaxtı servisin hər hansı bir mənfi xüsusiyyətini görmədim. Əgər varsada bu önümüzdəki işləmə günlərində bilinəcək. Daha servis yenidir, heç bir çatışmamazlığı göz önündə deyil. bu tanınmağa başladıqca hər şey daha aydın olacaq. Sistemin işləmə prinsipi belədir:
Veb sayta daxil olmuş müştəri həmin saytda lazımi xitmədi və ya məhsulu seçir. Sonra bu xidmət və məhsulun haqqını ödəməyə qərar verir. Ödəmə etdikdə müştəri GoldenPay şirkətinin serverlərinə yönləndirilir ki, orada kart informasiyaları daxil etmək üçün xüsusi səhifə var. Buraya müştəri istənilən plastik kart informasiyalarını daxil edir. Bundan sonra GoldenPay sistemi bu informasiyanı yoxlayıb prosesinq mərkəzinə göndərir ki, burada göstərilmiş məbləğ ödəyicinin kartından silinib, şirkətin bank hesabına yatır. İstifadə edilən prosesinq mərkəzi Millikart`ın mərkəzidir. Dünyanın istənilən bankının Visa, Visa Electron, Mastercard və Maestro kartlarından istifadə etmək olar.

Bunlar istifadəçiləri maraqlandıran məlumatlardır. Sistemi tətbiq etmək istəyənlərin isə Hesabları Unibank və Azərdəmiryolbankda hesabları olmalıdır. Onu deyim ki, bu sistemə qoşulmaq üçün mütləq hüquqi şəxs olmaq lazımdır. Bu çox müsbət haldır. Sadəcə vergi ödəyicisi olmaq kifayət etmir. Əgər sizin rəsmi hesabınız Unibank və ya Azərdəmiryolbankda da deyilsə tranzit hesab da açdırmaq mümkündür. Ancaq bir mənfi cəhət varki bu banklardan gərək hər ikisində hesabınız olsun. Çünki banklardan biri Visanın, biri isə Mastercardın lisenziyasını ala bilibdi. Əgər bir bankda hesabınız olsa yalnız seçdiyiniz kartlarda servisə ödəmə etmək mümkün olacaq.
Artıq Nar Mobile sistemə qoşulubdu: http://nar.goldenpay.az/

Ümumən isə servisin nəzərdə tutulmuş işləmə planı mükəmməldir. Qalır sistemin yayılmağı.

Tags: