Oxatan.com » bAzNet » Xiha həyatı - xihalife.com

Noyabr 14

bAzNet : Xiha həyatı - xihalife.com

Ustune dinqildat.

Sayt barədə blodaşımız olan R.Həsənəlizadədən əvvəlki yazıdakı şərhindən sonra xəbərdar oldum.
Şəbəkə barədə bir qədər məlumat versəm, deyə bilərəmki ( özlərinin dediyinə istinadən ) finlər tərəfindən 2007 -ci ildə yaradılmışdır. Əksər hissələri açıq tipli sosial şəbəkədir. İlk baxışda oyunlar üstündə qurulmuş şəbəkəni xatırlatdı. Yəni digərlərindən fərqləndirən tərkibindəki oyunlardır.
Sayt haqqında isə ona görə yazıram ki, müxtəlif dünya dillərində olan bu saytın Azərbaycan dilli versiyasıda var. Azərbaycan dili saytda qüsurlarla da olsa tərcümə olunubdur. Mənə daha çox maraqlı olan azərbaycanca`ya kimin tərcümə etdiyidir.  Orası dəqiq məlumdur dili tam bilməyən biri tərəfindən tərcümə olunubdu. Əslində bu qədər tərcümə olunması belə saytdakı dillər arasında görəndə adama xoş təsir edir. Amma mənə saytda gəzişəndə sanki rus dilli azərbaycanlı ilə söhbət edirmişəm təsirini bağışlayır. Kiçik nümunə:

Yeni dostlar əldə edin,
sizin öz bloğunuzu Başlayın,
Pulsuz oyunlar oynayın,
Öz fotoşəkillərinizi əlavə edin,
... və çox daha çox!
Pulsuz qeydə alının!


Bu sözlər saytın sol tərəfindəki qutuda yerləşir və qeydiyyatdan keçməyi təbliiğ edən sözlərdir.
Azərbaycan dilinidə sayta əlavə etmə səbəblərini bilmirəm,  bəlkədə istifadəçi potensialını yüksək gördüklərindəndir. Əslində haqsızda sayılmazlar. Azərbaycandan ziyarətçi sayına görə bu saytdan kifayət qədər yüksək istifadəçisi olan saytlar da var.
Saytda Azərbaycan dilinin olması, azərbaycanlı istifadəçilər tərəfindən daha çox istifadəsinə səbəb olarmı dəqiq demək olmaz. Şəxsi düşüncəmə görə olmaz. Mən ilk axtarış etdiyimdə Azərbaycandan 70 üzvün olduğunu gördüm. Zamanla isə bizim istifadəçilər tərəfindən nə dərəcədə rəğbət görüb görməyəcəyini müşahidə edərik.


Subscribe      Qaynaq - Oxatan.

Tags: social network sosial şəbəkə shebeke

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Facebook sosial şəbəkəsi azərbaycan dilinə t& ...
  • Blog sistemi
  • Orta statistik internet istifadəçisinin sevimli saytların ...
  • Facebook öz şəbəkəsinin rus dilli versiyasın& ...
  • Yumroo`nun fəaliyyətə başladığını b ...
  • #1 yazdı: Ramin




    Qrup: İstifadəçi
    Qeydiyyat: 23.04.2008
    Çox sağ olun ki, fikrlərinizlə bölüşdünüz. Məndə, amma, nədənsə belə təəssürat yarandı ki, saytı tərcümə edən güneylidir.))) Bilmirəm niyə. Mən də inanmıram ki bu sayt Azərbaycanda uğur qazansın. Amma siz demişkən Azərbaycan dilli versiyasının olması adama xoş təsir edir.


    --------------------
    sitat gətir    

    #2 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Sitat: Ramin
    Məndə, amma, nədənsə belə təəssurat yarandı ki, saytı tərcumə edən guneylidir.

    Ola bilərki guneyli tərcumə etsin. Belə ehtimal daha yuksəkdir. Cunki şimaldan kimsə olsa idi səs sorağını eşidərdik. Ancaq o da mumkundürki bəlkədə Azərbaycan dilini bilən finli tərcumə eliyib.
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: