Noyabr 11
bAzNet : Bu`nect ?
Yerli sosial şəbəkələr arasına biri daha əlavə olundu - Bunect.com . Düzü fərəhlə yazası bir şey yoxdur. Saytın açılması haqqında yazmağıma əsas səbəb əvvəlcədən yaxşı PR`ının getməsidir. Bir çox mənbədən saytın açılması barədə oxumaq olardı. Əvvəlcə Mak.az`ın forumunda qarşıma çıxmışdı. Bundan başqa Ukranya saytlarında birində sayt açılmamışdan xəbəri çıxmışdı, Türkiyənin məşhur Webrazzi blogunda bu haqda məqalə yazılmışdı (
yazını dərc eliyəndə istinad etdiyim mənbənin serverində olan köçürmə ilə əlaqədər olaraq sayt tam fəaliyyətdə olmadığından yazara istinad etdim ). Hətta RİTN`nin MHM`nin saytı olan rabita.az`da belə bu haqda yazı yazılmışdı. Bütün bunlardan sonra məndə saytın açılmasını səbirsizliklə gözləyirdim. Ancaq açıldıqdan sonra bütün eşitdiklərim, oxuduqlarımdan sonra yaranan təsəvvürlər heç də özünü doğrultmadı. Dünyavi proyekt olaraq nəzərdə tutulan bir sayt üçün çox pirimitiv gözə çarpır. Yəni bu saytla Linkedin və Xing`lə mübarizə aparmaq olar? Təbii ki mümkün deyil. Ola bilər ki, bu qədər PR`dan sonra yerli bazarda, rəqibsiz olduğu üçün bəlkə nəsə etməyə qadir olsun, ancaq bizim o qədər geniş bazarımızda olduğunu hesab etmirəm. İnkar etmirəmki yerli bazarda, hazır scriptlə də nəsə etmək mümkündür. Yaxşı marketing bacarığı ilə bunu etmək olar. Ancaq Azərbaycan üçün yox, beynəlxalq aləm üçün nəzərdə tutulub deyilməyinin bir əhəmiyyəti yoxdur. Əgər əvvəldən sayt haqqında bu qədər mənbədən oxumasa idim, heç açılış xəbərini də yazmazdım. Çünki, bunun dream.az`dan sirr.az`dan www.azerilive.com`dan sadəcə rənginin və ideyasının fərqli olduğunu fikirləşirəm. Ola bilsin daxildə bir-iki xırda dəyişikliklər də olar (
daxilini çox araşdırmamışam ). Ancaq nəticə etibarı ilə, mənim bu haqda yazmağıma səbəb sayt açılmamışdan aparılmış PR`ı oldu.
Qaynaq - Oxatan.
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.


|
Oxu atan: 
