Oxatan.com » CızmaQara » İnternetdən pul qazanmağın yolları

Noyabr 07

CızmaQara, bAzNet : İnternetdən pul qazanmağın yolları

alt
İnternet həyatımıza daxil olandan onu hər vasitə üçün istifadə etməyə başladıq. İlk başda sadəcə əyləncə və informasiya mənbəyi kimi baxdıq. Tədricən bir çox işə yaradığını və  "yaramadığını"  gördük. Hətta daşdan pul çıxardanlar bu dəfə " mən internetdən də pul qazanaram"   - deyib girişdiyi ancaq Azərbaycanda daşdan pul çıxarmanın daha asan olduğu  çox keçmədən sübut olunur.
            Bir zamanlar " İnternetdən pul qazan"  yada " Internetdən pul qazanmağın yolları"   şüarları interneti bürümüşdü (2002-2004 illərində səhv etmirəmsə). Bir çoxu qeyri-leqal yadaki sadəcə özlərinə pul qazandıracaq vasitələr idi. Bu gün etibariylə baxdığımızda internetdən pul qazanmağın həm daha çox imkanı, həmdə fərqli təbəqələrə xitab edən yolları var. Burada normal internet istifadəçisindən başlayaraq, orta səviyyəli bir webmaster nəzərə alınaraq 100 servis yazılıb. Kateqoriya olaraq nəzər salaq
:

 

Yazı yaz və pul qazan

 

Squidoo , Weblogs, Inc. , PayPerPost , Blogsvertise , Review Me , Smorty , SponsoredReviews , LoudLaunch , Blogitive , BloggerWave , InBlogAds , BlogToProfit , Creative Weblogging , WordFirm , 451 Press , Digital Journal , BlogBurner , Squidoo , About.com , DayTipper , Dewitts Media , BOTW Media , Mashable , BlogFeast , CreamAid və s. Kimi saytlarda blog, reklam ssnearisi, məqalə, firma mallarının tanımı, şərh yazmaqla pul qazana bilərsiniz.

 

Reklam programları

 

Google Adsense , Text-Link-Ads ,   AdBrite , Yahoo Publisher Network v ə s reklam programlarından istifadə edə biləriniz. Öz saytınızda və ya blogunuzda verilən reklamı yerləştirərək klik və ya göstərim sayına görə hesabınıza pul keçirilir. Hər reklam programının öz şərtləri var və sizə hansının uyğun gəlməsini seçə bilərsiniz.

 

Ortaq şəbəkə programları

 

LinkShare , Amazon Associates kimi online ticarət həyata keçirən programlara qoşula bilərsiniz. Online shopping-lə yanaşı tamamilə fərqli yönümlü programlarda mövcuddur.

 

Sosial Şəbəkə programları

 

Son zamanlarda sürətlə artmaqda olan bu programlar geniş istifadə olunur. Video paylaşımdan tutmuş, tanışlıq saytlarına qədər bir çox fərqli kontentə malik programlar var. Dada.net , Jyve , MetaCafe və s.

 

Daha ətraflı buradan oxuya bilərsiniz. Aznetdə isə əsasən Azercell xidmətlərini saytda yerləşdiriməsi ilə "pul qazanamaq olur"


Subscribe      Qaynaq - Oxatan.

Tags: pul qazanmaq, pul, adsense, blog, adclick, internet, affilate

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Blog sistemi
  • Rek - lam - lar ....
  • Böhran dövründə: İnternet & Reklamçıl ...
  • Barcamp Azərbaycan
  • Shine.Yahoo.com
  • #1 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Azərbaycanda paypal olsa və ya bank sistemi yüksək inkişaf etsə bu kimi servislərdən bizim internet istifadəçilərdə rahat pul qazana bilərdilər. ancaq getdikcə bu tip imkanlarımız azalır. bir müddət əvvələ qədər vvebmoney`dən sərbəst istifadə etmək olurdu yenə Azərbaycanda. ancaq son vaxtlarda o da mümkün deyil. qeydiyyat sms`lə olub, Azercell də bunu dəstəkləmir deyə qeydiyyat imkanı yoxdur.
    Yerli internet bazarında isə ən populyar pul qazanmaq üslulu, məqalədə də yazıldığı zəngimcell sonra isə azercell`in diger contentlərini satmaqla mümkün olur.
    sitat gətir    

    #2 yazdı: fool




    Qrup: İstifadəçi
    Qeydiyyat: 16.10.2008
    Test ucun turklərin hafif.org blogunda bir yazı yazdım, hələki 8$ pul qazandırıb. Həmin yazı hər gun ortalama 20 cent pul qazandırır. Bundan pul qazanmağın da metodları var. Məsələn, sabah ABŞ prezident seckiləridirsə onunla əlaqəli bir yazı yazsan axtarış sistemlərindən coxlu sayıda qonaq gəlir. Oxunma və dolayısıyla qazandığın pul miqdarı artır. Və ya hər zaman cəlbedici olabiləcək bir yazı cox uzunmuddetli davamlı olaraq pul qazandıra bilir.
    sitat gətir    

    #3 yazdı: Raiq




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Meqale cox xoshuma geldi. bir arala AGLOCO deyilen bir sistem ortaya cixmishdi. Butun yahoogruplar onun muzakiresi gedirdi ve her kes oz referans linkini gonderdi ki gorek kim cox dam yiga bilecek. Bir muddet kechenden sonra tam sakitlik chokdu. Helede maraqlidir ki AGLOCO-nun taleyi ne yerde qaldi :)

    www.bizimnet.info
    sitat gətir    

    #4 yazdı: Reshid Seferov




    Qrup: Admin
    Qeydiyyat: 5.11.2008
    Sitat: Raiq
    Meqale cox xoshuma geldi. bir arala AGLOCO deyilen bir sistem ortaya cixmishdi. Butun yahoogruplar onun muzakiresi gedirdi ve her kes oz referans linkini gonderdi ki gorek kim cox adam yiga bilecek. Bir muddet kechenden sonra tam sakitlik chokdu. Helede maraqlidir ki AGLOCO-nun taleyi ne yerde qaldi :)

    www.bizimnet.info


    Hələdə bu sistemdə işləyən saytlar var. Düzdür konkret deyÉ™ bilmÉ™rÉ™m ancaq yuxaridakı mÉ™nbÉ™dÉ™ olmalıdır. Bu arada bizimnet.info-da xÉ™ta var.
    public_html/engine/modules/online.php on line 372
    sitat gətir    

    #5 yazdı: Reshid Seferov




    Qrup: Admin
    Qeydiyyat: 5.11.2008
    AGLOCO kimi şirkətlər yalnız qısa bir müddət ərzində yığıb qaçmaq startegiyası güdən saxtakarlardan başqa birşey deyillər. Hər birisi fərqli strategiya seçir lakin nəticə eynidir. İnternetdə kimin saxtakar, kimin olmadığını təyin eləmək asan olmur lakin əsas formul kimi bir neçə şeyə diqqət edə bilərsiniz. Əgər şirkət sizdən çox az şey istəyib çox pul vəəd edirsə, sizindən pul qarşılığnda görmənizi istədiyi işin heç bir məntiqi və ya gəlirli tərəfinin olmaması yada hərkəsin edəbiləcəyi tipdən bir iş olması.
    sitat gətir    

    #6 yazdı: Raiq




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Şərhə münasibətinizə görə təşəkkürlər.
    sitat gətir    

    #7 yazdı: wapxana




    Qrup: İstifadəçi
    Qeydiyyat: 9.09.2008
    GoldenPay sistemini gozlemekden ise gozumuzun koku saralib
    sitat gətir    

    #8 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Sitat: wapxana
    GoldenPay sistemini gozlemekden ise gozumuzun koku saralib


    nəsə umid verici gorsənmir GoldenPay`də.
    sitat gətir    

    #9 yazdı: Elmar İsmayılov




    Qrup: Qonaq
    Qeydiyyat: --
    Şaiq, Webmoney üçün qeydiyyat o qədər çətin olmamalıdır axı. Bakcell işlədən bir tanışının nömrəsindən qeydiyyat üçün istifadə edə bilərsən də.
    Yahoo Publisher Network isə ABŞ-dan kənarda olan vebmasterləri qəbul etmir. Digər AdNetvorklərin çoxu da ABŞ trafikinə çox pul verirlər.
    sitat gətir    

    #10 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Elmar İsmayılov,

    mən Nar və Azercell ilə yoxladım alınmadı. Bakcell ilə də yoxlayaram. İnşa Allah dediyin kimi olar, qeydiyyat alınar. Cunki adamın yaman əlindən tutur webmoney.
    sitat gətir    

    #11 yazdı: vshshv




    Qrup: İstifadəçi
    Qeydiyyat: 3.12.2008
    Saytda yenicə qeydiyyatdan keçmişəm İnşallah hər şeyin uğurlu alınacağına əminəm
    sitat gətir    

    #12 yazdı: sahil




    Qrup: Qonaq
    Qeydiyyat: --
    SALAMLAR HER KESE BOSH SEYDI !!!!!!!!!!INTERNETDEN PUL QAZANMAR UCUN SAYTIN OLAMALIDIONDAN BELKE PUL QAZANMAQ OLAR
    SAHIL2008.TR.GG
    GIRIN BAXIN TAMAMI ILE PULSUZ SAYT

    SAYT SATIRAM BU SATI HER KES ACA BILER AMMA ICINI BELE YIGAN YOXDU AZERBAYJANDA HORMETLE:SAHIL2008.TR.GG OZ SAYTIMDI

    VE BASKA DOMMANLER DUZELDIREM ISTYEN SHIL2008.TR.GG SAYTINDA QEYDIYYATDAN KECIB ADMINLE ELAQE BOLMESINE YAZA BILER ISTEDIYINIZ .TR.GG RU.GG VE BASKA OMMAIN DUZELDIREM(PULSUZ)
    sitat gətir    






    Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: