Noyabr 05
bAzNet : "Odnoklassniki" qeydiyyatı pullu etdi
Azərbaycandakı demək olar ən məşhur sosial şəbəkələrdən biri Odnoklassnikidir. Hətta Facebook`uda geridə qoyub məşhurluqda. Artıq saytdan qeyri məhdud istifadə etmək pulludur. Bu nə vaxtdan belədir dəqiq bilmirəm. Ancaq deyə bilərəmki bu yaxınlarda olubdu. Əvvəl məlumatı eşidəndə fikirləşdimki artıq pullu olduqdan sonra yeni qeydiyyatlar olmayacaq, saytdan istifadə zəifləyəcək və reytinqi geriləyəcək. Ancaq sonra baxdımki pullu dedikdə heçdə ilkin ağıla gəldiyi kimi kredit kartı ilə və ya buna bənzər ödəmə sistemi ilə deyil. Azərbaycan istifadəçilərinə heç də yad olmayan
SMS`lədir ödəmə. Azərbaycan üçün
Azercell və ya
Nar mobile operatorlarından birini seçib, kodu SMS`lə yollamaq lazımdır. Saytın özündə yazıldığına görə, xidmətin dəyəri
1.22 USD təşkil edir. Dəqiq nə qədər kontur getdiyini deyə bilmərəm, amma bu təqribi
1 manat edir, 1 manatlıq kontur isə
200 ilə
300 ə bərabərdir (
270 kontur olmaq ehtimalı daha çoxdur, ancaq xidmətdən istifadə etməmişəm, dəqiq bir söz deyə bilmərəm ). Odnoklassnikdən əvvəllərdə istifadə etmədiyimə görə dəqiq bilmirəmki bu xidmət haqqını köhnə istifadəçilərdindən də istəyirlər ya yox, yaxında onu da dəqiqləşdirərəm.Maraqlıdır bəs pullu servis, saytın yüksələn istifadəçi tempinə ziyan gətirəcək ya yox. Çoxlu alternativi olduğu bir zamanda fikrimcə mənfi təsir edər sayta. Bəs niyə pullu etdi görəsən? Yoxsa maliyyə böhranı saytın gəlirlərinə də təsir etdi? Onların reklamları azaldığındanmı qeydiyyatı pullu etdilər bilmirəm. Onu deyə bilərəmki, reklam verənlərin azaldığı dünya internet bazarında pullu servislər artıq daha ön plana çıxıblar...
Qaynaq - Oxatan.
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.


|
Oxu atan: 