Oktyabr 13
Əslində Azərbaycan üçün elə də illegal sayılmaz. Bizdə müəllif hüququ anlayışı onsuzda yoxdur. Xüsusəndə internetdə olan .mp3`lərdə. Buna görə də rahatlıqla belə layihələr qurulur. Hətta müğənnilər özləri internet saytlarında mahnılarının yayılmağında maraqlı olurlar. Ancaq xaricdə bu tipli bir sayt yaratmaq yüz milyonlarla dollar kapital tələb edir. Nəsə, işin çox dərininə getməyim. Yazıdakı əsas məsələ Azərbaycandakı ən tanınmış musiqi saytı olan mp3-az.com`un yeni interfeysi barədədir. Dəqiq yenilənmə vaxtını bilmirəm ancaq son zamanlarda baş veribdi. Sayta web 2.0 görünüşü qazandırıblar. Saytın ancaq görünüşü bu standarlara uyğundur və kifayət qədər cəlbedici interfeys alınıbdı.
Oktyabr 12
Yahoodan Analytics xidməti
Google Anlytics uzun müddətdir veb statistik vasitələri arasında rəqibsiz kimi görünürdü. Ancaq oxuduğuma görə Yahoo`nun IndexTools`u satın almasıyla birlikdə daha da inkişaf etdirərək veb saytı sahiblərinə təqdim etməyə hazırlaşdığı Yahoo! Veb Analytics xidməti Google`ə ciddi mənada rəqib ola biləcək kimi görünür.
Hələlik yalnız köhnə üzvlərinə xidmət edən bu xidmətini efirə verməsi Yahoo`nun son zamanlarda eniş göstərən performansına canlılıq qazandıracaq bir həmlə olacaq.
İstifadəçilərin Google Analytics`ə çox öyrəşmiş olması Yahoo üçün bir dezavantaj kimi görünsə də bənzər bir interfeys və anında hesabatlaşdırma kimi müsbətləriylə Yahoo! bu dezavantajı aradan qaldırmağı bacaracaq.

Oktyabr 10
Transition Online Müsabiqəsi
Bu günədək bütün layihələr və iştirakçıar qeydiyyatdan keçib məlumatlarını və layihələrini öz bloqlarında yerləşdirməlidirlər.
Layihənin nə olduğunu bilməyənlərə məlumatI Biz bloq/yeni media sahəsi üçün qrant ayırırıq. Hammı iştirak edə bilər.
Transition Online (TOL), www.tol.org , Praqada mənzillənən beynəlxalq yeni media təşkilatı bloqlar/yeni media üçün tender elan edir. Layihə TOL tərəfindən maliyyələşdiriləcək və müəllif(lər) tərəfindən idarə olunacaq.
Layihənin başlıca məqsədi:
Layihə ilə tanış olmaq üçün ətraflı oxuyun.

Oktyabr 08
Dünya maliyyə böhranı internet dünyasında...

Google flash əsaslı oyunlar üçün Adsense tətbiqini hərəkətə keçirdi. Bu xəbəri verərkən paylaşdığı məlumat bu idi, ComScore`ə görə internet istifadəçilərinin %25′i hər həftə online oyunlarda zaman keçirirlər, bu da dünya daxilində 200 milyon internet istifadəçi demək. Oyun içlərinə yerləşdirilən bu ağıllı reklamlar sayəsində daha yüksək bir geri dönüşü hədəfləyən Google, başlanğıc olaraq Konami, Playfish, Zynga, Demand Media, Mochi Media, Əsərəncə, Sprint və Sony Pictures kimi böyük yayımçılar və oyun platformalarıyla razılaşmalar edibdi.
Youtube yenə bir Google şirkəti olmaqla birlikdə bu B planı ardıcıllığına qatılanlardan oldu. Youtubedəki musiqi(başlanğıc EMI Music videoları) və oyun təqdimatı videoları(başlanğıc Electronic Arts videoları) altına əlavə olunan Amazon və iTunes linkləri ilə istifadəçini satışa istiqamətləndirir. Hələlik ABŞda sınanacaq olan bu üsula gedən yolda ən əhəmiyyətli səbəbkar istifadəçi şərhlərindəki suallar olmuş. (Haradan endirə bilərəm? Albomun adı nə? kimi suallar) Bu üsul sayəsində edilən analizlərə görə bu an 200 milyon dollar ətrafında olan illik reklam dəyərini 500 milyon dollara çıxarda biləcək.
Son olaraq Facebook `da edilən dəyişiklik isə tamamilə keçmişdəki gözəl microsoft-Facebook investisiya razılaşmasına söykənir. Facebook axtarış variantları arasına MS Live ilə axtarış variantını sonunda əlavə olundu. Dayağı isə əslində yenə elmi; yenə comScore məlumatlarına görə Avqust ayında MySpacedə 585 milyon ABŞ-mərkəzli axtarış edildi, Googledə bu ədəd 10 milyarddan çox ikən — Facebookdakı ədəd 186 milyon. Facebook yeni axtarışlar, yeni səhifə nümayişləri və yeni reklam satışları gözləyir...
Dünya daxilində online reklam gəliri 40 milyard dollar ətrafında və 2010′da bunun 80 milyard dollara çatacağı nəzərdə tutulur. Bu payın 40 %-i axtarış mühərriklərinə aiddir. Yəni 16 milyard dollar və 2010 üçün də 33 milyard dollara çatacaq deməkdir.
Məqaləni daha geniş oxumaq üçün klikləyin.
Oktyabr 08
IBM business sosial şəbəkə saytı : bluehouse (beta)
Dünyanın ən böyük texnologiya firmalarından IBM sosial şəbəkə saytı qurur. bluehouse.
Facebook, xing və digər sosial şəbəkə saytlarının məşhurluğunu da nəzərə alan IBM, əlindəki ən güclü proqram platforması olan lotusun da dəstəyiylə yeni bir iş həyatı ictimai platforması qurmağa hazırlaşır.
Hal-hazırda beta mərhələsində olan sayta üzvlük qəbul edilir. saytın xüsusiyyətləri arasında şirkətlər arası ortaq yığıncaqlar tənzimləməyə yarayan əlavələri saxlaması, yeni iş əlaqələrinin edilə bilməsi üçün online olma qabiliyyətini inkişaf etdirməsi kimi xüsusiyyətləri saxlayır.
Bluehousenin beta saytına baxmaq üçün klikləyin.

Ordan - burdan...
Müəyyən səbəblərə görə blogda müəyyən qədər qeyri - aktivlik oldu.
Bir neçə keçid təqdim eləmək istəyirəm:
#1. Türklərin məhşur Webrazzi blogunda "Azərbaycan internet bazarı və sosial şəbəkələr" başlıqlı məqalə dərc olunubdu. Qeyd edimki blog əsasən internet aləmində olan yeniliklər və start-up proyektlər barədə xəbər verir. Yazıdakı şərhlərdə bizim internet bazarındakı reklam qiymətlərinin fikirləşdiyimizdən də ucuz olduğunu hiss eləmək olur.
#2. Növbəti keçid Digital life `dan "İstanbulda Cebit Bilişim Eurasia bu gün başlayır" başlıqlıdır. Sərgi haqqında ətraflı məlumat ala bilərsiniz. Həmdə sərgini canlı izləyə bilərsiniz.
#3. Elektron`da isə Hotmail haqqında bir məqalə oxudum. Daha doğrusu ondan əvvəl Cuil haqqında xəbər var. Amma bu köhnəlmiş xəbəri kim yazıb bilmirəm. Cuil`in açılma xəbəri olduqca köhnədir. Belə diqqətsizliklər olmasa yaxşıdır. Hotmail haqqındakı məqaləyə gəldikdə isə bilmədiyim bir məlumatı öyrəndim. Sən demə qurucusu başqası imiş...

Oktyabr 02
Yumroo`nun fəaliyyətə başladığını bildirən yazısı...
Yumroo oktyabr ayının 1-dən fəaliyyətə başlayacağı yazılırdı. Saytın özündə də bu barədə ayın 1-i üçün xəbər yayımlayıblar. Saytı görmədən həmin xəbəri adam oxusa gözündə elə bir proyekt canlanarki, sanki buna nəyinki oxuycu hətta dünya həsəd aparar. Olduqca, olduqca cəsarətlidirlər. Heç bir şey olan sayta bu qədər tərif. Afərin!
Yerli İnternet məkanı üçün ən mühüm və əhəmiyyətli yenilik azərbaycan dilində olan milli axtarış sistemidir.
Google.az bundan daha çox milli gəlir adama. Buna axtarış sistemi deməyə necə dilləri gəlir bilmirəm. Mən utanıram şəxsən. Heç sayt öz adını search eliyib, axtarıb tapa bilmir, qalsınki mənim istədiyim nəticəni. Yumroo olaraq axtarış etdikdə heç bir nəticə vermir. Barı təvazökarlıq edin, deyin ki hansı sistem üzərindən axtarır. Yoxsa elə fərəhlə danışılırki, guya bu camaat bisavaddır. Ya özləri özlərini aldadırlar, ya da saytı kimə qurdurublarsa o bunları aldadıbdı. Onsuzda oxuyucular aldanmırlar.
Ümumiyyətlə saytda bir dənə də olsun istifadəyə yararlı bölmə ilə rastlaşmadım. Görək inkişafını necə etdirəcəklər.

Orta statistik internet istifadəçisinin sevimli saytlarının sayı bir yarım təşkil edir
Bu gün RİTN MHM saytında belə bir yazı gördüm...
Orta statistik internet istifadəçisi bir ay ərzində 85 sayta daxil olur, lakin istifadəçilər tərəfindən sevimli və gündəlik daxil olunan saytların sayı orta hesabla bir yarım təşkil edir. Bu barədə Yahoo!, ComScore və Media Contacts tərəfindən keçirilmiş birgə araşdırmada qeyd olunur. Həmin nəticələr 12 milyon istifadəçi tərəfindən saytlara daxil olmanın təhlilini apardıqdan və daha 800 istifadəçi arasında aparılmış sorğudan sonra əldə edilib.
Bundan əlavə tədqiqatçılar müəyyən ediblər ki, istifadəçilər özlərinin sevimli bir yarım saytlarına orta hesabla 4 il 6 ay ərzində daxil olurlar. Bu cür saytlarda onlar internetdə olan vaxtlarının üçdə bir hissəsini keçirirlər. Digər saytlara nisbətən insanlar sevimli resurslarına daxil olarkən 13% daha çox reklama diqqət ayırırlar. İstifadəçilər hesab edirlər ki, sevimli saytda düzgün məlumatı əldə etmək imkanı digər saytlara nisbətən üç dəfə çoxdur. Bu barədə Lenta yazır.
Bu dünya üzrə aparılan tədqiqatdır. Yəqinki Azərbaycan internet istifadəçilərinə aid deyil. Ümumiyyətlə dünya üzərindəkilərə də şübhə ilə yanaşmaq olar. Ancaq Azərbaycan üçün hesab edirəmki bu ən az 2 yarım sayt olar. Çünki e-mail hesabı + sevimli sayt. Hər halda Azərbaycan üçün çox məlumat alına biləcək bir saytda keyfiyyətli e-mail xidməti yoxdur.
Reklamlara klikləmə faizi oxuyucular üçün necə görsənir bilmirəm, ancaq olduqca yüksək göstəricidir. Bu sayta kənar keçidlər almaqdansa, özünə məxsus bir kütlə yaratmağın vacibliyini göstərir...

Oxu atan: 