Oxatan.com » bAzNet » Microsoft Office web`də

Oktyabr 30

bAzNet : Microsoft Office web`də

Ustune dinqildat.

Microsoft həmişə çalışır ki, axtarış sahəsində Google`a rəqib olsun. Elə həmişə də buna nail ola bilmir. Deyəsən artıq haqqın yolunu tapır. Bilmədiyi bir sahədə rəqabət aparmaq yerinə, ixtisaslaşdığı sahədə lider olmağa çalışacaq. Belə ki, artıq Microsoft Office proqramları web`ə gəlir. Web əsaslı olaraq təqdim ediləcək olan Office proqramları arasında Word, Excel, PowerPointOneNote iştirak edir. Web versiyaları, masa üstü proqramları qədər əhatəli olmasa da, web distributivində istifadəçilər internet üzərindən Word, Excel, PowerPoint və ya OneNote faylları yarada biləcək, yaratdıqları faylları editleyebilecek və onları web üzərindən istədikləri istifadəçilərlə paylaşa biləcəklər.
Microsoft ofis proqramları tamamilə HTMLJavaScript ilə qurulubdu, ancaq bir də Silverlight distributivi olacaq. Əslində elə gözlənilən o idiki, Silverlight üzərindən işləyəcək ilk zamanlarda. Ancaq bu sonrakı mərhələyə qalır. Hələki bu məhsulları yalnız İnternet Explorerdə tam performans işləyir. Firefox və Safari də dəstəkyir, ən qısa zamanda isə bu səyyahlar da IE səviyyəsinə gətiriləcək.
Microsoft Office məhsulları bazar lideri mövqeyində belə olsa, Zoho və Googlenin Office bənzəri web tətbiqləri bazar paylarını sürətlə artırmaqdadır. Zənnimcə məhz bunu görən Microsoft liderliyi əldən verməmək üçün internet üzərindən də öz məhsullarını istifadəçilərə təqdim edir. Yəqinki bu sahədə o, öz liderliyi qoruyub saxlayacaq və internetdə də lazımi papulyarlıq qazanacaq.
Servisin isə hələ təyin olunmamış bir qiymət siyasəti var.  Gözlənilir ki, servislər pulsuz təqdim olunacaq, ancaq reklam gəlirləri hesabına mənfəət əldə olunacaq. Ancaq dəqiq bir məlumat eşitməmişəm. Ola bilsinki, bu servisi pulla da təqdim eləsin.  Fikrimcə pulsuz etsə daha uğurlu olar.


Subscribe      Qaynaq - Oxatan.

Tags: microsoft office google silverlight

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Google Chrome
  • Microsoftun adı yenə Yahoo ilə birgə anılır
  • Yahoo! Microsoft-la əməkdaşlığa hazırdı
  • Yahoo irəliləyir
  • Fox Google ilə bağladığı reklam müqavilə ...





  • Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: