Oktyabr 26
CızmaQara, bAzNet : Nə var nə yox #1
Yazıya əlavə: Blogcamo CEE 2008`də iştirak edən Rəşad Əliyev öz blogunda təəssüratlarını yazıbdır:Statistik məlumata görə 800-dən çox iştirakçı, 100-ə yaxın təqdimat olmuşdur. Bu çox gözəl göstəricidir.
Capm`da olan mənfi və müsbət cəhətləri ilə keçən maraqlı günlərdən qısa xülasə üçün keçid edib oxuyun:
Şəkil formatında olan bu informerlər, ziyarətçilərinizə, onların İP ünvanını, ölkələrini və Azərbaycan İP ünvanları üçün istifadə etdiyi provayderləri göstərir. İnformer şəkilciyi 3 müxtəlif formatda istifadə oluna bilər.Kodları bu ünvandan əldə edə bilərsiniz :
http://www.ilk10.az/ipinformer.php
Google Analytics`də yeniliklər:
Google Analyticsin normalda yalnız ödənişli performans analizi proqramlarında olan yeni xüsusiyyətləri açıqlandı.
Elanlan yeniliklər; xüsusi hesabatlar, inkişaf etmiş istifadəçi segmentasyonu, proqramlaşdırma interfeysi (API), aktuallaşmış interfeys, daha zəngin hesabatlar və Google AdSense inteqrasiyasını tərkibinə daxil edir. Bunlar performans analizi vasitələrinin bütün əhatəsini və elastikliyini Google Analyticsin asan istifadə ilə birləşdirərək dünya səviyyəsindəki kiçik və böyük işyerlərinin ziyarətçilərinə daha yaxşı xidmət verə bilmələrini təmin edir.

Analyticsin yenilənən xüsusiyyətlərinin xülasəsi.
* Xüsusi hesabatlar, müştərilərin öz hesabatlarını müqayisə etməyi istədikləri ölçümlər ilə yaratmalarını və görməyi istədikləri şəkildə təşkil etmələrini təmin edir.
* İnkişaf etmiş istifadəçi segmentasyonu, ziyarətçi trafiklərinin alt qruplara ayrıştırmasına və analiz etmələrinə icazə verir. "Pul ödənmiş trafik" və "satış təmin etmiş ziyarətlər" kimi əvvəldən hazırlanmış və ya özlərinin elastik, istifadəsi asan seqment yaradıcısı ilə yaratdıqları seqmentlər seçilə bilir.
* İndi bağlı olan önizleme(beta) vəziyyətindəki tətbiq proqramlaşdırma interfeysi (API) inkişaf etdiricilərin bütün Google Analytics məlumatlarına çatmalarına və hər cür istifadə üçün bunları istifadə etmələrinə icazə verir. Məlumatları digər məlumat qaynaqları ilə birləşdirmək, xüsusi interfeyslər yaratmaq və offline analiz üçün istifadə etmək ehtimallar arasında var.
* Yenilənmiş interfeys ilə rəhbərlik interfeysinə bir çox yeni xüsusiyyət və daha rahat bir hesabatlaşdırma ekranı gətirilərək, hesabatların məlumatları nümayiş şəkillərini dəyişdirən vasitələr önə çıxarılır. Yeni navigasyon idarəçilərin hesabları və profilləri yenidən adlandırmalarını təmin edərkən, hesab və profil axtaran müştərilərin məhsuldarlıqlarını və hesab idarəçisi istifadələrinə köməkçi olur.
* Hərəkətli Hesabatlar inkişaf etmiş amma istifadəsi üçün asan çox ölçülü analizlər təqdim edir. Müştərilər öz ölçümlərini seçə bilər və məlumatların zaman içersindeki dəyişməsini ölçümləyə bilərlər. Hərəkətli Hesabatlar məlumatı anlamağı asanlaşdıraraq ölçümlərin nə mənaya gəldiklərini köhnə ənənəvi məlumat araşdırma üsullarının qrafikləri və sütunlarına görə daha diqqətə çarpan və asan bir şəklə salır.
* Google AdSense ilə inteqrasiya AdSense istifadəçilərinin həm səhifələrin həm də istiqamətləndirən saytların AdSense performanslarını detallı hesabatlar vasitəçiliyi ilə araşdırmalarını təmin edir. Webmasterlar istifadəçi fəaliyyətləri ilə əlaqədar bu yeni məlumatlar işığında istifadəçi təcrübəsini necə daha yaxşı hala gətirə biləcəklərini və adsansasa ilə daha çox necə gəlir əldə edə biləcəklərini şərhlərkən artıq daha şüurlu bir şəkildə hərəkət edə biləcəklər.
* Yeni xüsusiyyətlər müştərilərə məlumatların necə təqdim edildiyini seçmə azadlığı tanıyır və Google Analytics məlumatlarını başqa məlumat qaynaqları ilə birləşdirə bilməyi təmin edir.
Bu yeni xüsusiyyətlər ziyarətçiləriylə qarlılıqlı təsirlərində və satışa çıxarma investisiyalarının dəyərini artırma işlərində həm kiçik həm də böyük veb saytı sahiblərinə köməkçi olur.
Deyilən
lərə görə Facebook`da musiqi platforması işə salmaq istəyir:MySpace edər də Facebook əskik qalarmı?
Söz-söhbət gəzirki, bir nömrəli sosial şəbəkə saytı olan Facebook, modanı izləyərək bir digital musiqi mağazası açmanın planlarını edir. Mark Zuckerbergin təpədən dırnağa bir xidmət inkişaf etdirib, lisans alışlarıyla məşğul olmaq yerinə, hal-hazırda bu işi edən üçüncü partiya bir platforma ilə əməkdaşlıq etməyin daha ağıllıca olduğunu fikirləşdiyi iddia edilir. Xidmətə məzmun təmin etmələri üçünRhapsody, iLike.com, Lala.com ve iMeem.com ilə maraqlandığı ifadə olunan Facebook, ödənişsiz olan xidməti reklamlarla işlədəcək. MySpacenin Sony BMG, EMI, Warner Music və Universal Music kimi məzmun ortaqlarına qarşı baxaq Facebook kimlərlə razılaşma əldə edəcək, bu isə sualdır.
Qaynaq - Oxatan.
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.


|
Oxu atan: