Oxatan.com » CızmaQara » Böhran dövründə: İnternet & Reklamçılıq

Oktyabr 21

CızmaQara, bAzNet : Böhran dövründə: İnternet & Reklamçılıq

Maliyyə böhranı dünyadakı bir çox iri qitisadiyyatlara zərbə endirdi. Müxtəlif ölkələrdə, krizdən xilas üçün bir sıra təklif paketləri irəli sürülməyə davam edilir. Bu hələki müəyyən qədər lap dibə çöküşün qabağını alır. Bir çox banklar, müxtəlif şirkətlər müflisləşib iflasa uğrayırlar. Bəs internet bazarında vəziyyət nə yerdədir? Təbii ki, krizdən internet sektoruda öz payını müəyyən mənada alıbdı. Ancaq hələki çox ciddi ziyan çəkməyibdi. Gəlirinin böyük əksəriyyəti reklamçılıqdan olan internet saytlarında reklam verənlərin azalması, onları bir qədər çətin vəziyyətə salır. Reklam müqavilələrinin əksərən uzun müddətli bağlanmasına görə, internet saytlarına hazırki vəziyyətdə krizin təsiri yüksək dərəcəli deyil. Azərbaycan internet bazarında isə fikrimcə belə təhlükə heç mövcud deyil. Onsuzda çox cılız şəkildə olan internet reklamçılığı heç inkişaf etməyibdirki, nə də bu vəziyyətin ona təsiri olsun.

Oxatan.comAncaq kriz isə bəzi iri şirkətlərə fürsətlər yaradır. Onlar əvvəl baha qiymətə ala biləcəkləri, nisbətən özlərindən kiçik proyektləri daha ucuz qiymətlərə alırlar. Misal olaraq, Wordpressin yaradıcısı Automattic məşhur anket və səs vermə xidməti PollDaddy`yi satın aldı. PollDaddy, istifadəçilərin bloglarına, websaytlarına və ictimai şəbəkə profil səhifələrinə anket və səs vermə widgetları qoymalarını təmin edən İrlandiyalı bir şirkətdir. Bu bazardakı rəqiblərinə görə, daha inkişaf etmiş statistik və analiz variantları təmin edirlər. PollDaddy aylıq olaraq 70 milyonun üzərində anket və səs vermə nümayişi edir.

Oxatan.comDigər əhəmiyyətli alış da Technoratidən gəldi. Şirkət, İyun ayında eşitdirdiyi reklam platforması Technorati Medianı inkişaf etdirmək üçün AdEngage `i öz şirkətinə daxil etdi. Technorati yeni meydana gətirdiyi xidmət ilə önümüzdəki aydan etibarən hər cür blog və ictimai media saytına reklam paylamağı hədəfləyir. AdEngage isə 2004 dən bu yana bazarda olan bir şirkət və 4000 `dən çox sayta reklam təmin edir. Ancaq AdBrite kimi rəqibləri düşünüldüyündə bazarda ki yeri olduqca kiçik bir şirkət. Lakin Technorati aldıqdan sonra böyümə yaşayacaqdır.

Oxatan.comKriz zamanı bəzi iri internet saytları, bu vəziyyətdən yara almadan çıxmaq və öz gəlirlərini daha da çoxaltmaq üçün müəyyən tədbirlərdə görürlər. Bu yaxınlarda MySpace yeni servisini istifadəyə verdi. Uzun zamandır gözlənilən, reklam verənlərə MySpacedə öz reklam kampaniyalarını yaratmalarına imkan yaradan MyAds tətbiqini həyata keçirdi. Tətbiq, reklam verənlərə MyAds üzərində hazırladıqları kampaniyaları hədəflədikləri MySpace istifadəçilərinə asanca çatdırmağı hədəfləyir. Servis hələki ancaq Amerika üçün nəzərdə tutulubdu. Önümüzdəki günlərdə ( ya aylarda ) global bazar üçündə nəzərdə tutulacaq. 728*90 ve 300*250 piksel boylarında olan reklam seçimləri təqdim olunur. MySpace`in bu reklam uyğulaması Facebook`un analoji reklam tətbiqi ilə oxşarlıq təşkil etsədə daha effektlidir. Belə ki, Facebookda istifadəçinin profil bilgiləri əsasında reklam tətbiq olunurdu. Onların maraq dairələri profilllərindən müəyyənləşdirilir. Belə olduqda isə profilini tam doldurmayan hədəf kütləsinə çatmaq mümkün olmurdu. MyAds`də isə vəziyyət belə deyil. Burada istifadəçilərin sayt üzərind etdiyi hərəkətlərə görə onların maraq dairəsi müəyyənləşir və birbaşa hədəf kütləyə reklam təqdim eləmək imkanı olur.

Oxatan.comBir başqa yeni reklam tətbiqi edən internet nəhəgni isə Google`dur. Əksərən Google`u sahib olduğu YouTube`dan lazımi istifadə edə bilməyərək az pul qazanmaqda ittiham edirlər. Nəhayət o Youtube`dan da pul qazanmağa başlamaq qərarına gəlibdir. Əvvəlki yazılarımızda da xəbər vermişdik ki, Youtube, Google`dan sonra ən çox axtarış edilən sayt ünvanına sahib olubdur. Nəzərə alsaq ki, Google`un gəlirlərinin əksər hissəsi adwords`dən gəlir, məhz Youtube üçün də bu tipli reklam uyğulaması tətbiq etməyə qərar veriblər. Youtube`da isə olduqca yüksək ( ComScore `nin məlumatına görə 2.6 milyard sorğu ) axtarış edirlər və bu Google `un doğru addım atdığına işarədir. Qeyd edim ki, hələ test mərhələsində olan və kiçik bir qrup tərəfindən sınanan xidmət, Googlenin AdWords tətbiqinin YouTube`a uyğunlaşdırılmış şəkli kimi düşünülebir. Ancaq yeni tətbiqdə reklam linklərinin üzərinə basıldığında, istifadəçilər başqa bir sayta yönledirilmek yerinə, reklam verənin YouTube hesabına istiqamətləndirilir və reklam videyosunun nümayişi edilir.

Beləliklə görmək mümkündür ki, internet reklamçılığı bizim bazarda başa düşüldüyü kimi sadəcə bir aylıq hansısa sayta, bir flash rolik yerləşdirməkdən ibarət deyil. Onlardan fərqli olaraq bizdə nə reklamın effektivliyi ölçülür, nə saytın PR`ına diqqət yetirilir. Əksər hallarda heç reytinqdə nəzərə alınmır...


Subscribe      Qaynaq - Oxatan.

Tags: internet reklam marketing wordpress polldaddy technorati adengage myspace myads google youtube facebook

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Fox Google ilə bağladığı reklam müqavilə ...
  • Rek - lam - lar ....
  • Dünya maliyyə böhranı internet dünyasında...
  • Google özünə rəqib yetişdirib
  • Google Yahoo üstündəki üstünlüyünü ...





  • Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: