Oxatan.com » CızmaQara » Transition Online Müsabiqəsi

Oktyabr 10

CızmaQara, bAzNet : Transition Online Müsabiqəsi

Ustune dinqildat.

Bu günədək bütün layihələr və iştirakçıar qeydiyyatdan keçib məlumatlarını və layihələrini öz bloqlarında yerləşdirməlidirlər.
Layihənin nə olduğunu bilməyənlərə məlumatI Biz bloq/yeni media sahəsi üçün qrant ayırırıq. Hammı iştirak edə bilər.
Transition Online (TOL), www.tol.org, Praqada mənzillənən beynəlxalq yeni media təşkilatı bloqlar/yeni media üçün tender elan edir. Layihə TOL tərəfindən maliyyələşdiriləcək və müəllif(lər) tərəfindən idarə olunacaq.

Layihənin başlıca məqsədi:

Azərbaycanda yeni media və bloqların inkişaf etdirilməsi;
Layihələrdə əməkdaşlıq, birgə istifadə və iştirak imkanlarının təmin edilməsi.
Biz belə hesab edirik ki bu mərhələdə vətəndaş media layihəsi iştirakçıların öz bacarıqlarını təkmilləşdirdikləri qrup bloqu formasında olmalıdır. Daha mürəkkəb elementlər (bloq aqreqatoru digg.com modeli əsasında qurulmuş istifadəçilərin reytinq vermə sistemi, podkastlar və s.) olmalıdır. İstənilən hallarda bu qrup bloqu yerli bloqosferdə inkişaf və böyüməyə imkanlar yaradan özünəməxsus yer tutmalıdır. Bloqun formatı və məzmunu haqqında müəlliflər özləri qərar verəcəklər

Qrup bloqu üçün bizim müraciət edəcəyimiz ideyalar:
Azərbaycan:insan hüquqları, mətbuat azadlığı, korrupsiya, neft/qaz (gəlirlərinə nəzarət), mədəniyyət, təhlükəsizlik, “Cənubi” Azərbaycan, idman, regional iştirak (Böyük Qafqaz və ya Azərbaycanın regionları).

Maliyyələşdirmədə başlıca məqsəd elə bir bloqun yaradılmasına nail olmaqdır ki, yeni mediaya mümkün olan qədər insan cəlb edə bilsin.

Tələb olunanlar:
1. Layihə təklifi və ya biznes plan (minimum 4, maksimum 15)
2. Büdcə (limit 3000 ABŞ dolları və texniki dəstəklə bitsə də, daha səmərəli layihələrə üstünlük veriləcək)
3. Müəlliflər haqqında məlumat



Kim iştirak edə bilər?

Fərdi qruplara üstünlük verilsə də, yalnız bir şəxs, eləcə də gənclər təşkilatları də iştirak edə bilər

Seçimin birinci mərhələsi üçün son gün 25 oktyabr.

Nəzərə alın ki, bütün layihə təklifi və büdcə Azərbaycan dilində olamlıdır və layihə özü də Azərbaycandilli auditoriyaya istiqamətlənməlidir. Bu elanı istədiyiniz kimi yaya və tərcümə edə bilərsiniz.

Qeyd: Layihəyə qoyulan tələblər onun real nəticələrə səmərəli büdcəyə və ən azı bir illik müddətə malik olmasıdır.

Necə müraciət etməli:
1. TOL tərəfindən Azərbaycanda yaradılmış www.sirr.az şəbəkəsində öz adınız altında qeydiyyatdan keçməli; orada aktiv iştirak etməli və öz təklifinizi oradan göndərməli
2. Seçildiyiniz təqdirdə – rashad.ali.oghlu@gmail.com elektron ünvanından bu barədə məktub aldıqdan sonra dərhal büdcənizi göndərməli

Biz Bakıda bu barədə informasiya seminarı keçirməyi də planlaşdırırıq ki, bu seminar barəsində www.sirr.az şəbəkəsində və onun qruplarında ətraflı məlumat veriləcək.

Haqqımızda:
Transition Online Praqa mənzillənən beynəlxalq nəşriyyat və media inkişafı təşkilatı və qeydiyyatdan keçmiş Çex qeyri-kommersiya, qeyri-hökumət və vətəndaş birliyidir. Bizim missiyamız Mərkəzi və Şərqi Avropanın, Balkanların və keçmiş Sovet İttifaqı ölkələrinin yeni mediyalarının professionalizmini, müstəqilliyini və təsir gücünü artırmaqdan ibarətdir.

İnternet xəbər jurnalı:
TOL-un flaqman nəşri TOL Magazine 1999-cu ildə əsası qoyulduqdan bəri Mərkəzi və Şərqi Avropa, Balkanlar və keçmiş Sovet İttifaqı haqqında aparıcı İnternet xəbər jurnalına çevrilmişdir. TOL-in hər ölkədə müxbirləri və digər əməkdaşları vardır. İctimaiyyətə xidmət göstərən mediya qurumu kimi biz bu ölkələr haqqında xəbərlər verərkən daha çox yerli səslərə üstünlük veririk. Çox zaman bir ölkənin sərhədləri çərçivəsindən çıxan təhlillərimizlə ümid edirik ki, demokratiya və bazar iqtisadiyyatına keçidin müxtəlif səhfələrində olan ölkələrin vətəndaşları onlardan bir qədər irəlidə olan digərlərindən dərslər götürə bilsinlər. TOL 2001-ci ildə Avropada onlayn jurnalizmə əhəmiyyətli töhfə üçün NetMedia mükafatına və 2003-cü ildə Ən yaxşı innovasiya və onlayn jurnalizm üçün NetMedia mükafatına layiq görülmüşdür. 2005-cı ildə TOL-un iki redaktoru Avropa İttifaqında inteqrasiya haqqında yazılarına görə European Voice tərəfindən İlin 50 Avropalısı sırasına daxil edilmişdir.

Təlim institutu:
Post-kommunist Avropa və Mərkəzi Asiya ölkələrində jurnalistlərin təlimi lap başlanğıcdan TOL-un missiyasının vacib bir tərkib hissəsi olmuşdur. Erkən dövrlərdə cavan reportyor üçün onlayn və işdə təlimlərin keçirilməsindən başlayaraq hal-hazırda regionun jurnalistləri Avrointeqrasiya, müharibə cinayətləri, müxtəliflik, barışdırıcılıq və korrupsiya kimi məsələlər haqqında ixtisaslaşmış seminarların keçirilməsi ilə məşğuluq. Bu seminarların çoxunda mövzular adətən kommersiya mətbuatının az və ya heç bir təlim təşkil etmədiyi məsələlər barəsində olur. TOL-un təlim institutu hal-hazırda onlayn xəbər xidmətlərinin hazırlanmasında, eləcə də bloqlaşma və digər yeni media layihələrində veb nəşri təcrübələri təklif edir. BBC World Trust və Guardian Foundation ilə birlikdə biz bu yaxınlarda uzaq məsafədən təhsil layihələrinə başlamışıq. Bu vaxta qədər TOL regionun yüzlərlə jurnalistinin mətbuat üçün yazma qabiliyyət və vərdişlərinin inkişafına kömək göstərmişik.


Subscribe      Qaynaq - Oxatan.

Tags: tol .org

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • "BarKamp Azərbaycan 2008"- qeyri-Konfransına qeydiyyat baş ...
  • Barcamp Azərbaycan
  • Netty 2008 fəaliyyətdədir...
  • Netty sona çatdı.
  • Barcamp`a 1 həftə qaldı.





  • Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: