Oxatan.com » bAzNet » Dünya maliyyə böhranı internet dünyasında...

Oktyabr 08

bAzNet : Dünya maliyyə böhranı internet dünyasında...

Oxatan.com
Krizis nəhənglərin daha elmi düşünməsini və tədbir görməsini təmin etdi.
Google flash əsaslı oyunlar üçün Adsense tətbiqini hərəkətə keçirdi. Bu xəbəri verərkən paylaşdığı məlumat bu idi, ComScore`ə görə internet istifadəçilərinin %25′i hər həftə online oyunlarda zaman keçirirlər, bu da dünya daxilində 200 milyon internet istifadəçi demək.  Oyun içlərinə yerləşdirilən bu ağıllı reklamlar sayəsində daha yüksək bir geri dönüşü hədəfləyən Google, başlanğıc olaraq Konami, Playfish, Zynga, Demand Media, Mochi Media, Əsərəncə, Sprint və Sony Pictures kimi böyük yayımçılar və oyun platformalarıyla razılaşmalar edibdi.

Youtube yenə bir Google şirkəti olmaqla birlikdə bu B planı ardıcıllığına qatılanlardan oldu. Youtubedəki musiqi(başlanğıc EMI Music videoları) və oyun təqdimatı videoları(başlanğıc Electronic Arts videoları) altına əlavə olunan Amazon və iTunes linkləri ilə istifadəçini satışa istiqamətləndirir.  Hələlik ABŞda sınanacaq olan bu üsula gedən yolda ən əhəmiyyətli səbəbkar istifadəçi şərhlərindəki suallar olmuş. (Haradan endirə bilərəm? Albomun adı nə? kimi suallar) Bu üsul sayəsində edilən analizlərə görə bu an 200 milyon dollar ətrafında olan illik reklam dəyərini 500 milyon dollara çıxarda biləcək.

Son olaraq Facebook `da edilən dəyişiklik isə tamamilə keçmişdəki gözəl microsoft-Facebook investisiya razılaşmasına söykənir. Facebook axtarış variantları arasına MS Live ilə axtarış variantını sonunda əlavə olundu. Dayağı isə əslində yenə elmi; yenə comScore məlumatlarına görə Avqust ayında MySpacedə 585 milyon ABŞ-mərkəzli axtarış edildi, Googledə bu ədəd 10 milyarddan çox ikən — Facebookdakı ədəd 186 milyon. Facebook yeni axtarışlar, yeni səhifə nümayişləri və yeni reklam satışları gözləyir...

Dünya daxilində online reklam gəliri 40 milyard dollar ətrafında və 2010′da bunun 80 milyard dollara çatacağı nəzərdə tutulur. Bu payın 40 %-i axtarış mühərriklərinə aiddir.  Yəni 16 milyard dollar və 2010 üçün də 33 milyard dollara çatacaq deməkdir.


Məqaləni daha geniş oxumaq üçün klikləyin.


Subscribe      Qaynaq - Oxatan.

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Microsoft Yahoo! axtarışına 1 milyard dollar təklif edi ...
  • Yahoo, Microsoft-dan başqa hamını heyrətləndirib
  • Google Yahoo üstündəki üstünlüyünü ...
  • Fox Google ilə bağladığı reklam müqavilə ...
  • Microsoftun adı yenə Yahoo ilə birgə anılır





  • Kod: Təhlükəsizlik kodu

    Kodu yazın: