Oxatan.com > bAzNet > Yumroo`nun fəaliyyətə başladığını bildirən yazısı...
Yumroo`nun fəaliyyətə başladığını bildirən yazısı...Oktyabr 02. Разместил: Shaig M |
|
Yumroo oktyabr ayının 1-dən fəaliyyətə başlayacağı yazılırdı. Saytın özündə də bu barədə ayın 1-i üçün xəbər yayımlayıblar. Saytı görmədən həmin xəbəri adam oxusa gözündə elə bir proyekt canlanarki, sanki buna nəyinki oxuycu hətta dünya həsəd aparar. Olduqca, olduqca cəsarətlidirlər. Heç bir şey olan sayta bu qədər tərif. Afərin!
Yerli İnternet məkanı üçün ən mühüm və əhəmiyyətli yenilik azərbaycan dilində olan milli axtarış sistemidir. Google.az bundan daha çox milli gəlir adama. Buna axtarış sistemi deməyə necə dilləri gəlir bilmirəm. Mən utanıram şəxsən. Heç sayt öz adını search eliyib, axtarıb tapa bilmir, qalsınki mənim istədiyim nəticəni. Yumroo olaraq axtarış etdikdə heç bir nəticə vermir. Barı təvazökarlıq edin, deyin ki hansı sistem üzərindən axtarır. Yoxsa elə fərəhlə danışılırki, guya bu camaat bisavaddır. Ya özləri özlərini aldadırlar, ya da saytı kimə qurdurublarsa o bunları aldadıbdı. Onsuzda oxuyucular aldanmırlar. Ümumiyyətlə saytda bir dənə də olsun istifadəyə yararlı bölmə ilə rastlaşmadım. Görək inkişafını necə etdirəcəklər. |